Telegram Web Link
📌Cümə günün əməlləri

📍Bu günün zikrləri.


📿 Əllahummə salli ələ Muhəmmədin və əli Muhəmməd və əccil fəracəhum. (100-dəfə).

Menasi (Allahım.Salam gönder Muhemmed(s) ve onun Ehlibeytine)


- اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَعَجِّلْ فَرَجَهُمْ


📿 Ya zəl-cələli vəl-ikram (1000-dəfə).


Menasi ( əzəmət, ucalıq və səxavət sahibi deməkdir.)

- یا ذاالجلال و الاکرام

📿 əl-Qayyum (100 defe)

Menasi (hər şeyi, yeri-göyü yaradan.)

-القيّوم

   🌸 Sabah və axşam içindən yalvararaq və qorxaraq yüksək olmayan yüngül bir səslə Allahı zikr et. Qafillərdən olma🌸

               Ə'raf süresi,aye 205

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

Cümə gününün duası🤲🏻

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv və dəyişiklik yoxdur. Şəhadət verirəm ki, Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, savabla bağlı haqq-həqiqəti yaxşı mükafatla müjdələdi və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma və mənə öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Salam yetir Məhəmməd və onun Əhli-beytinə; məni onların ardıcılı və şiələrindən qərar ver, onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, Sənsən iqtidar və hikmət sahibi!

📚Məfatihul Cinan

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🕌 CÜMƏ GUNUNUN NAMAZI!

"HZ.Muhamməd.(ə) buyurmuşdur:

“Hər kəs cümə günündə dörd rükət namaz qılsa və onun hər bir rükətində “Həmd”, “Mulk” və “Fussilət” surələrini oxusa, mütəal Allah onu cənnətə daxil edər, onun öz ailəsinə şəfaət verməsini qəbul edər, qəbir əzabından və Qiyamətin gününün qorxulu, vəhşətli hadisələrindən amanda saxlayar.” Ravi o həzrətdən soruşdu: “Bu namazları günün hansı vaxtında qılaq?” Buyurdu: “Gün çıxandan batana qədər olan fasilədə.”

📚Mənbə/Məfatihul cinan

↘️Qeyd bütün müstəhəb namazlar iki rükət iki rükət qılınır
!
📍 *MƏBƏS GECƏSİ VƏ GÜNÜNÜN ƏMƏLLƏRİ.* 👇

1⃣ Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Muhəmməd Təqi (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”. Soruşurlar ki, bu əməllər hansılardır? Buyurur: “İşa namazından sonra gecə yarısından əvvəl ayağa qalx, 12 rükətli namaz qıl. (6 dənə 2 rükətli) Hər bir rükətdə “Fatihə” sonra qısa və ya geniş surələrdən oxumaq. Namaz bitəndən sonra “Fatihə” surəsini 7 dəfə, “Nas” və “Fələq” surələri 7 dəfə, “İxlas” və “Kafirun” surələrini 7 dəfə, “Qədr” və “Ayətül-kürsü”nü 7 dəfə oxu və bundan sonra bu duanı oxu:

🟢 *Ərəb dilində:*

اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ

سْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ .

🔵 *Oxunuşu:*

"Əlhəmdlilləh, əlləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulki və ləm yəkun ləhu vəliyyun minəzzilli və kəbbirhu təkbira. Əllahummə inni əs’əlukə biməaqidi izzikə əla ərkəni ərşikə və muntəhər-rahməti min kitəbikə və ismikəl-ə’zəm, əl-ə’zəm, əl-ə’zəm, və zikrikəl-ə’la, əl- ə’la, əl- ə’la, və bikəlimətikə əttəmməti ən tusalliyə əla Muhəmmədin və alih. Və ən təf’ələ bi mə əntə əhluh.

Bundan sonra Allaha dua et”.

2⃣ Bu gecədə qüsl almaq müstəhəb əməllərdəndir. Niyyət: "Məbəs gecəsinin qüslünü alıram Qürbətən İləllah."

3⃣ Bu gecənin ən fəzilətli əməli isə Həzrət Əmirəl-möminini (ə) və Həzrət Peyğəmbəri (s) ziyarət etməkdir.

📍 *MƏBƏS GÜNÜNÜNÜN ƏMƏLLƏRİ.*

Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

1⃣ *Qüsl almaq.*

Niyyət: "Məbəs gününün qüslünü alıram Qürbətən İləllah.

2⃣ *Oruc tutmaq.*
Bu günün orucu 70 ilin orucuna bərabərdir.
Qəzası olanlar bu niyyət ilə orux tutacaq: "Qəza orucumu tuturam Vacib Qürbətən İləllah."
Qəzası olmayanlar bu gününün niyyəti ilə oruc tutacaq: "Məbəs bayramının orucunu tuturam Qürbətən İləllah."

3⃣ *Hz. Peyğəmbər və Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək.*

4⃣ *Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.*

5⃣ *Şeyx Misbah İmam Muhəmməd Təqidən (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət (6 dənə 2 rükət) namaz qılaq. Namaz bitəndən sonra isə “Fatihə”, “İxlas”, “Nas” və “Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri
4 dəfə oxunmalıdır:

🟢 *Ərəb dilində:*

لا اِلهَ اِلا اللهُ واللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ”
🔵 *Oxunuşu:*

"Lə iləhə illəllah, vəllahu əkbər, və subhənəllah, vəlhəmdulilləh, və lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim."

اللهُ اللهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَیْئا

"Allahu Allahu rabbi, lə uşriku bihi şəy’ən."

لا اُشْرِكُ بِرَبِّى اَحَدا

"Lə uşriku birabbi əhədə."

_Sonra isə uca Allahdan hacətinizi istəyin._
2024/11/18 12:42:31
Back to Top
HTML Embed Code: