Telegram Web Link
🌿Ramazan ayının 1-ci günü Bir neçə əməldən ibarətdir:

1. Axar suda qüsl almaq və başa otuz ovuc su tökmək.Bu, insanı bütün il boyu bütün xəstəlik və dərdlərdən qoruyar.


2. Pərişanlıq və alçaqlıqdan nicat tapsın deyə, üzünə bir ovuc gülab sürtsün.Bir az da başına töksün ki, o ildə gicgah və beyin xəstəliklərindən amanda olsun.

3.İki rükət ayın əvvəlinin namazını qılsın və sədəqə versin.

4. İki rükət namaz, birinci rükətdə “Həmd”dən sonra “Fəth” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra istənilən surə ilə qılsın.O ildə Allah taala bütün pislikləri ondan uzaqlaşdırar və ilin axırına kimi onu qoruyar.

5. Dan yeri söküldükdə bu duanı oxusun:
Əllahummə qəd həzərə şəh-ru rəməzan, və qədiftərəztə ələyna siyaməh, və ənzəltə fihil Quranə hudən lin nasi və bəyyinatin minəl huda vəl furqan,Əllahummə əinna əla siyamihi və təqəbbəlhu minna və təsəlləmhu minna, və səllim-hu ləna fi yusrin minkə və afiyəh, innəkə əla kulli şəyin qədir.

📗Mənbə:"Məfatihul-cinan" kitabından
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allahın elə bərəkətli bir ayı ilə vidalaşdıq ki, bilmirik gələn il o ayı görməyə ömür yetəcək ya yox.

Əlvida, əlvida ey Ramazan ayı!
Fitr gecəsi və bayram gününün bəzi əməlləri.

1️⃣. Gün batana yaxın Qüsl almaq. (Niyyət: Allaha yaxınlaşmaq üçün Bayram gecəsinin qüslünü alıram.)

2️⃣. Gecəni namaz, dua və istiğfarla əhya saxlamaq.

3️⃣Məğrib, işa, sübh və bayram Namazının ardınca bu duanı oxuyun.
*Əllahu əkbər, Əllahu əkbər, lə iləhə İlləllahu vallahu əkbər, Əllahu əkbəru va lillahil həmd, Əlhəmdu lillahi əla mə hədənə va ləhuş-şukru əla mə əulənə.*
Tərcüməsi:
Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona.!

4️⃣Məğrib, işa Namazını və onun Nafiləsini qıldıqdan sonra əlləri göyə qaldırıb desin:
*Ya Zəl mənni vat taul.Ya Zəl cud.Ya Mustafiyə Muhəmmədin va nəsırah.Salli əla Muhəmmədin va ali Muhəmməd.Vağfir li  kullə zənbin əhsaytəhu va huva indəkə fi kitəbin mubin.*
Tərcüməsi:
Ey nemət və mərhəmət Sahibi.Ey bəxşiş Sahibi. Ey Muhəmmədi bəyənib seçən və Onun yardımçısı.Muhəmməd və Muhəmmədin Əhli Beytinə Salam yetir. Mənim saydığım və yanındaki aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla.!🤲

*Sonra səcdəyə gedib səcdədə 💯 dəfə: "Ətubi ilƏllah"-desin.* Sonra hacətlərini Allahdan istəsin.İn şə Allah ki, Allah Təala tezliklə rəva edər.

5️⃣Şeyxin rəvayətində isə deyilir ki, məğrib(yəni şam) Namazından sonra səcdəyə gedib desin:
*Ya Zəl həuli ya Zət taul.Ya mustafiyən Muhəmmədin va nəsırah salli əla Muhəmmədin va ali Muhəmməd.Vağfir li kullə zənbin əznəbtuhu va nəsituhu ənə va huva indəkə fi kitəbin mubin.*
Tərcüməsi:
Ey qüdrət Sahibi.Ey bəxşiş Sahibi. Ey Muhəmmədi bəyənib seçən və Onun yardımçısı.! Muhəmməd va ali Muhəmmədin Əhli Beytinə Salam yetir.Yerinə yetirdiyim və unutduğum,yanındakı aydın kitabda qeydə alınan bütün günahlarımı bağışla.🤲
*Sonra* 💯 dəfə *Ətubi ileyh* desin.

6️⃣İmam Hüseyn (Əleyhis-Səlam) ziyarət etmək.Çoxlu savaba malikdir.

*7️⃣Bayram Namazından öncə qüsl almaq:* Qüsl alarkən belə de:
*Əllahummə imənən bikə va təsdiqən bikitabik. Vattibəa sunnəti Nəbiyyikə Muhəmmədin Sallallahu əleyhi va alih.*
Tərcüməsi:
İlahi,Sənə iman gətirditimə, kitabını təsdiq etdiyimə və Peyğəmbərin Muhəmmədin(Allahın Salamı olsun Ona və Əhli Beytinə) sünnəsinə tabe olduğuma xatir.🤲
Sonra Bismillah deyib qüsl al.Aldıqdan sonra de.
Əllahumməc'əlhu kəffəratən lizunubi va tahhir dini.Əllahummə əzhib annid-dənəs.
Tərcüməsi:
İlahi:onu(qüslü)günahlarımın kəffarəsi qərar ver və dinimi pakla.🤲İlahi çirkinliyi məndən uzaqlaşdır.🤲
8️⃣Bayram Namazından öncə fitrə-zəkatını çıxardaraq ehtiyacı olana vermək.
Gözəl paltarları geyinərək ətirlənmək və bayram namazından öncə xurma  və ya şərbət ilə iftar etməkdə təkid olunur.
Şeyx Mufid yazır ki,bütün dərdlərə şəfa olan İmam Hüseyn Əleyhis-Səlam türbətindən bir az yemək müstəhəbdir.*

9️⃣Fitr və qurban bayramı Namazlarının qaydası

Fitr və qurban bayramı namazları iki rəkətdir.(Eynən sübh Namazı kimi sadəcə qunutda fərq edir)

Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır.
Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir.

İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur axırıncı təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və Salamla Namaz başa çatır.

_Bu Namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:_

"Əllahummə əhləl-kibriyəi val-azaməti va əhləl-cudi val-cəbəruti va əhləl-afvi var-Rahməti va əhlət-təqva val-məğfirəti əsəlukə bihəqqi həzəl-yəumilləzi cəaltəhu lil-musliminə ıydən va li Muhəmmədin salləllahu əleyhi va alihi zuxran va şərəfən va məzidən ən tusəlliyə alə Muhəmmədin va ali Muhəmmədin va ən tudxiləni fi kulli xeyrin ədxaltə fihi Muhəmmədən va əla Muhəmmədin va ən tuxricəni min kulli suin əxractə minhu Muhəmmədən va əla Muhəmmədin saləvatukə əleyi va əleyhim əcməin. Əllahummə inni əsəlukə xeyra mə səələkə minhu ıbədukəs-salihunə va əuzu bikə fihi mimməstəazə minhu ıbadukəl salihun(muxlisun).
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ای حسین من کجایی؟

Ya Hüseyn(ə), hardasan?
Ağlama da ey məni ağladan 😔🥀 - Mehdi Resuli ©

ᴛᴇʟᴇɢʀᴀᴍ: @ruhumuntebibi 🕌
Can Ağam 😔🥀

ᴛᴇʟᴇɢʀᴀᴍ: @ruhumuntebibi 🕌
Qapında Hüseyn cümlə şahlar gədadır 😔🥀 - Seyyid Peyman ©

ᴛᴇʟᴇɢʀᴀᴍ: @ruhumuntebibi 🕌
2024/11/18 10:34:20
Back to Top
HTML Embed Code: