Telegram Web Link
Media is too big
VIEW IN TELEGRAM
Ləbbeykə ya Əli .

Bugün İslam Peyğəmbərimizin özü olan ("Ali-İmran" 61), ilk dəfə rukuda zəkat verən ("Maidə" 55),
Elm şəhərinin qapısı,
Peyğəmbərimizin (s) qardaşı, Ümmətimizin atası,
Allahın Aslanı, Allahın yeganə "Möminlərin əmiri" adını layiq bildiyi şəxs,
Peyğəmbərimizin (s) qızı Xanım Zəhranın (s.ə) həyatının yoldaşı, Müqəddəs Kəbə evində dünyaya gələn yeganə şəxs və bir çox gözəl isimlərə malik olan Hz.Əmirəl Muminin Əli ibn Əbu Talibin (ə.s) mövlud günüdür.

Bu münasibətlə hamınızı təbrik edirəm

KİŞİLƏR BAYRAMINIZ MÜBARƏK
DİQQƏT ‼️

RƏCƏB AYININ 15

Bərəkətli bir gündür və "Əyyamul-beyz"in (ağ günlər) sonuncusudur. Bu gecə (5 fevraldan 6 fevrala keçən gecə) və onun gündüzünün (6 fevral) müəyyən əməlləri vardır.

🔵 Gecənin əməlləri:
1). Qüsl almaq.
2). Gecəni oyaq qalmaq (Əllamə Məclisinin buyurduğuna əsasən).
3). İmam Hüseynin(ə) ziyarəti.
4). Altı rükət (üç dənə iki rukətlik) namaz. Hər rükətdə “Həmd”dən sonra “Yasin” və “Mulk” surələrini oxumaq lazımdır.
5). Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas” surəsini oxumaq. İbni Tavus bu namazı Peyğəmbərdən (s) çoxlu fəzilətlə nəql edib.
6). On iki rükət (iki-iki) namaz. Bu namazın xüsusi qılınma şəkli vardır və namazdan sonra müəyyən dua qeyd edilib. Lakin ixtisara riayət edərək onu təfsilatı ilə qeyd etmirik. İstəyənlər "Məfatihul-cinan" kitabında Rəcəb ayının 15-ci gecəsinin əməllləri bölümünə müraciət edə bilər.

🔵 Gündüzün əməlləri:

1). Qüsl almaq
2). İmam Hüseynin (ə) ziyarəti. İbni

Əbu Nəsrdən belə dediyi nəql edilir: “İmam Rzadan (ə) İmam Hüseyni (ə) hansı ayda ziyarət etmək haqqında soruşdum. Həzrət belə buyurdu: “Rəcəb və Şəban aylarının ortalarında.”
3). Salmanın namazı.
4). Dörd rükət namaz.
5). Ummu-Davud duası və onun əməlləri. Bu əməl hacətlərin rəva olmasında, çətinliklərin aradan qaldırılmasında və zalımların zülmündən amanda olmaqda təsirlidir.
Son iki namazın qılınma qaydası və Ummu-Davud əməli barədə ətraflı məlumat almaq istəyənlər "Məfatihul-cinan" kitabında Rəcəb ayının birinci və on beşinci gününün əməlləri bölümlərinə müraciət edə bilərlər.

📚 Şeyx Abbas Qummi, "Məfatihul-cinan".
2024/09/30 11:26:03
Back to Top
HTML Embed Code: