Telegram Web Link
“ÖLÜYƏ YASİN”, Quran oxumaq olarmı?

♦️3-cü hissə

🔸Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”.[1]

🔸Fatihə və ixlasın, Quranın oxunması həm ölən üçün duadır, həm də yaşayan üçün şəfadır.

📍Hz, Peyğəmbərimiz (s) üç cür dərman istifadə edirdi. Qurani-Kərim və ya dua oxuyardı. Elm yolu ilə kəşf edilən dərmanlardan istifadə edirdi. Hər ikisindən birlikdə istifadə edirdi. Bir hədisdə buyurulur ki :
“Qurani-Kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz”.

🔹İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də Cənnətdə özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur![2]

📍Bu barədə islam məzhəbləri arasında müxtəlif fikirlər söylənmişdir.

🔺1) Hənəfi məzhəbinə əsasən qəbr ətrafında Quran oxumaq məkruhdur.[3]

🔺2) Şafeyi məzhəbinə əsasən ölüyə oxunan Quranın savabı ona çatmır.[4]

🔺3) Malikilərin məzhəbinə əsasən ölüyə Quran oxumaq məkruhdur.[5]

🔺4) Hənbəlilərin məzhəbinə əsasən isə ölüyə Quran oxumaq bidət və haramdır.

🔸Peyğəmbər və Əhli-beytnin fikrini bilək.
Ona görə də bunun cavabını Quran və hədis əsasında verəcək.
Quran ayələrinə və hədislərə diqqət yetirsək insan öləndən sonrada bəzi əməllərin ona, savabının çatmasına şahid olarıq.

🔸(Bəzi adamların fəxr etdiyi) mal dövlət, oğul uşaq bu dünyanın bər bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə, Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha yaxşıdır.[6]

📍Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə, Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır.[7]

🔸Bu iki ayələrdə Allah təala bəzi əməllərin əbədi qalmasından və əbədi qalan əməllərin əhəmiyyətindən danışmışdır.

📜 Peyğəmbər (s) buyurmuşdur:

1) Başqalarına fayda verən elm.
2) Özündən sonra onun üçün dua edən saleh övlad.
3) Həmişə cari olan sədəqə.[8]

🔸Özündən sonra kitab yazıb qoymaq, Məscid tikdirmək, Quyu, yaxud, bulaq qazdırsın,

🔸Bir gün bir kişi peyğəmbərə ərz elədi, anam vəfat edib, onun tərəfindən sədəqə versəm savabı ona çatarmı? Peyğəmbər (s) buyurdu. Bəli. (Səhih Müslim)

📜 İmam Əli (ə) buyurmuşdur:
“Öz ölülərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə sevinirlər. Öz ata-ananızın qəbrinin yanında hacətlərinizi istəyin”.[9]

🔸Əbu Bəkr və İbni Abbasdan rəvayət edilmişdir ki, Peyğəmbər Əkrəm (s) buyurub:
“Qəbiristanlığa girib «Yasin» surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayınca savab verilər”.[10]

🔺Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə «Yasin» surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.

📚 Mənbələr:
[1] “Həşr” 59,10.
[2] “Tur”, 52, 21.
[3] “Əli qari Hənəfi, Fiqhul - Əkbər kitabı, s.110.
[4] Əttəzkiratu Qurtubinin kitabı , s.7.
[5] “Əş Şərtu s Səğir”, c.1, s.180.
[6] “Kəhf”,18;46.
[7] “Məryəm”, 19;76.
[8] “Vəsailuş-şiə” c.15, s.116.
[9] Usuli Kafi, c.3, s.230.
[10] Ruhil-bəyan, Təfsiri «Dörd səhih hədis» kitabı Əbu Hüreyrədən, 1044-1066-cı hədis

https://www.tg-me.com/mezhebus_sadiq
2024/12/28 02:53:41
Back to Top
HTML Embed Code: