Telegram Web Link
📋 FƏRƏHƏTUZ-ZƏHRA

🔵 İmam Həsən Əskəridən (ə) "bu gün (9 Rəbiul-Əvvəl) Əhli Beytin ə.s sevincinin təzələnməsi günüdür?" deyə soruşulanda həzrət belə buyurdu:

⁉️ Əhli-Beytin ə.s yanında bu gündən hörməti daha üstün və əzəmətli hansı gün vardır?!

🔵 Həqiqətən atam ə.s belə nəql edib ki, Huzəyfə ibn əl-Yəman bu gün (9 Rabiul-Əvvəl) Allahın Rasulu, babamın s.ə.v.s yanına daxil olur. Huzeyfə belə nəql edir:

Həmin gün ağam Əmirul-muminini ə.s, imam Həsəni ə.s və imam Hüseyni ə.s Allahın Rasulu s.ə.v.s ilə birlikdə yemək yediklərini gördüm. O, onların üzünə təbəssüm edərək, imam Həsən ə.s və imam Hüseynə ə.s belə buyurdu:

🔴 Yeyin, bu günün bərəkətinə xatir sizə nuş olsun. Həqiqətən bu gün Allahın ﷻ özünün və babanızın s.ə.v.s düşmənini həlak etdiyi və ananızın ə.s duasını qəbul etdiyi gündür!

🔴 Yeyin, həqiqətən bu gün Allahın ﷻ sizi sevənlərin və şiələrinizin əməllərini qəbul etdiyi gündür!

🔴 Yeyin, həqiqətən bu gün Allahın ﷻ { Beləliklə bu, onların zülmləri üzündən viran və bom-boş qalmış evləridir! Nəml - 52 } sözünün təsdiq tapdığı gündür!

🔴 Yeyin, həqiqətən bu gün babanıza s.ə.v.s nifrət edən "tikanın" qırıldığı gündür!

🔴 Yeyin, həqiqətən bu gün Əhli-Beytimin ə.s "fironunun", onlara zülm edən və haqqlarını qəsb edən şəxsin yoxa çıxdığı gündür!

🔴 Yeyin, həqiqətən bu gün Allah ﷻ onların gördüyü işlərini onlara boş və səpələnmiş halda təqdim etdiyi gündür!

📚 Əllamə Məclisi, “Biharul-Ənvar”, c.31, səh.121-122.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/11/15 14:52:59
Back to Top
HTML Embed Code: