Telegram Web Link
Kim dünya və axirətdə Allahın yardımını istəyirsə bu hədisə əməl etsin!

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kim qiyabında qardaşına yardım edərsə, Allah ona dünya və axirətdə yardım edər.”

📚Beyhəqi, sünənul-kubra 16685. Albani, sahihul cami 6574. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ)

Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı zikr etmək isə ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir.

سورة العنكبوت 45
əl-Ənkəbut 45.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

İyun ayının 12-13-14. Zul-qadə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Abdullah ibn Amr (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Günahların ən böyüyü bir adamın öz valideynlərini lənətləməsidir”. Orada olanlar dedilər: “Ey Allahın Elçisi, bir nəfər öz valideynlərini necə lənətləyə bilər? Peyğəmbər buyurdu: “Biri digərinin atasını söyür. Söyülən adam da cavab olaraq onun atasını söyür. Biri digərinin anasını söyür. Söyülən adam da cavab olaraq onun anasını söyür.”

📚Buxari 5973. Muslim 90.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim mənə iki çənəsi arasındakını və iki ayağı arasındakını qoruyacağına zəmanət verərsə, mən də onun Cənnətə (girəcəyinə) zəmanət verərəm.”

📚Əhməd 22823. Buxari 6474. Tirmizi 2408.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Həni ibn Yəzid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnəti vacib edən əməllər yemək yedirmək, salamı yaymaq və gözəl söz danışmaqdır.”

📚İbn Hibban 504. Albani, səhih tərğib 2690. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Kəab (radiyallahu anhu) demişdir:

“Cümə günü verilən sədəqənin savabı qat-qat artıqdır.”¹

“Cümə günü sədəqə vermək başqa günlərdə sədəqə verməkdən daha fəzilətlidir.”²

📚¹İbn Əbi Şeybə, musannəf 5513. ²Abdurrazzaq əs-Sənani, musannəf 5558. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

"Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam əlaqə quran kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də, onu yenidən qursun."

📚Buxari 5991. Əbu Davud 1697.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!


سورة اﻹسراء 23
əl-İsra 23.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Cənnətə girəcək ilk zümrədə olan kimsələrin siması on dörd gecəlik ay kimi (gözəl və parlaq) olacaq. Cənnətdə onlar nə tüpürəcək, nə (burunlarından) selik ifraz edəcək, nə də təbii ehti­yac­larını rəf edəcəklər. (İşlətdikləri) qabları qızıldan, da­raq­la­rı isə həm qızıldan, həm də gümüşdən olacaq. Buxurdanlarında ud (yan­dırılacaq). Onların tərindən müşk qoxusu gələcək. Onlardan hər birinin iki zöv­cəsi olacaq. Bu qızlar elə gözəl və elə zərif olacaqlar ki, dərilərinin al­tın­dan ayaq sümüyünün iliyi görünəcək. (Cənnət əhlinin) arasında nə bir ix­ti­laf, nə də kin-küdurət olacaq. Özləri də canbir qəlb olacaqlar. Onlar səhər-ax­şam Allahın şəninə təriflər deyəcəklər.”

📚Buxari 3245. Muslim 2834.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim mənim səhabələrimi söyərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olsun.”

📚Tabərani, mucamul kəbir 12709. Albani, sahihul cami 6285. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
QURBAN ƏTİ-YEYİLƏN DÖRD-AYAQLI EV HEYVANLARINDAN KƏSİLİR.

1) 🐫 Dəvə=5 illik və ya yuxarı ola bilər.

2) 🐂 İnək=2 illik və ya yuxarı ola bilər.

3) 🐏 Qoyun=6 aylıq və yuxarı ola bilər.

4) 🐐 Keçi=1 illik və yuxarı ola bilər.


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ummu Sələmə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kimin (qurban) kəsəcək bir heyvanı varsa və Zulhiccə ayının hilalı yeniləndiyi vaxtdan qurbanını kəsincəyə qədər saçından və dırnaqlarından bir şey götürməsin.”¹

“Zulhiccənin hilalını gördünüzsə, və sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin”.²

📚¹Muslim 1977. ¹Əbu Davud 2791. ²Tirmizi 1523. ²Nəsai 4363.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Artıq zul-hiccə ayı girdi, zul-hiccənin doqquz gününün orucunu sabahdan tutmaq olar. Həmçinin qurban kəsməyə niyyəti olanlar indidən nə dırnaqlarından nə də saç və tüklərindən götürə bilməzlər.

Uca Allah hamımızı xeyir işləri görməyə müvəffəq etsin!
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə günlər yoxdur ki, bu on gündən Allah qatında daha əzəmətli olsun və onlarda edilən əməl Allaha daha sevimli olsun. Bu günlərdə təhlili (lə iləhə illəllah), təkbiri (Allahu əkbər) və təhmidi (əlhəmdu lilləh) çoxaldın.”

📚Əhməd 6154. Əhməd Şakir, səhih musnəd 7/224. İbn Baz, hədisul-məsə 248.


🚩QEYD: Zikrin forması: Allahu əkbər, Allahu əkbər, Lə iləhə illəllah. Allahu əkbər, Allahu əkbər, va lilləhil həmd.

📚İbn əbi Şeybə 5633. Albani isnadına səhih demişdir. İrvağul-ğalil 3/125.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə bir günlər yoxdur ki, saleh əməl o günlərdə bu on gündən (zilhiccənin ilk on günündən) Allaha daha sevimli olsun”. Dedilər: “Ey Allahın Rəsulu! Hətta Allah yolunda cihad da?” O, Dedi: “Hətta Allah yolunda cihad da! Yalnız o kəsdən başqa ki, canı və malıyla çıxır və heç biriylə geri qayıtmır.”

📚Buxari 926. Əbu Davud 2438. Tirmizi 757.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Həcər (rahiməhullah) buyurmuşdur:

“Zulhiccənin ilk on günündə olan cümə günü, digər cümə günlərindən daha fəzilətlidir. Bu da, iki fəzilətin eyni vaxta cəm olduğuna görədir.”

📚Fəthul-Bari 2/460.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 09:17:14
Back to Top
HTML Embed Code: