Telegram Web Link
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

May ayının 14-15-16. Şəvval ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Səbir (Ramazan) ayı oruc tut və hər aydan üç gün oruc tut ki, bir il oruc tutmuş kimi olasan.”

📚Əhməd 7577. Nəsai 2408. Albani, silsilə sahiha 2633. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Zənnə qapanmaqdan çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizin eybini axtarmayın, cəsusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!”

📚Buxari 6066. Muslim 2563.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Soruşdular, hansılardı ey Allahın Rəsulu? O, buyurdu:
Qarşılaşdığında salam ver.
Dəvət edərsə dəvətinə icabət et.
Nəsihət istədikdə nəsihət ver.
Asqırıb Allaha həmd edərsə (əlhəmdulilləh) yərhəmukallah de.
Xəstələnərsə ziyarət et.
Öldükdə cənazəsində iştirak et.

📚Muslim 2162. İbn Hibban 242.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Sizlərə cənnət əhli olan kişiləriniz haqda xəbər verimmi?
Peyğəmbər cənnətlikdir, siddiq cənnətlikdir, şəhid cənnətlikdir, körpə ikən ölən uşaq cənnətlikdir, uzaq bir şəhərdə müsəlman qardaşını sırf Allah rizası üçün ziyarət edən cənnətlikdir.
Sizlərə cənnətlik olan qadınlarınız haqda xəbər verimmi?
Ərini çox sevən qadın cənnətlikdir. Çoxlu uşaq dünyaya gətirən qadın cənnətlikdir. Qəzəblənəndə, yaxud ona bir pislik ediləndə yaxud əri onu qəzəbləndirəndə ərinə: Əlim sənin əlindədir, sən məndən razı qalmadıqca əlimi sənin əlindən çəkmərəm, deyən qadın cənnətlikdir.”

📚Tabərani, mucamul-ovsat 1743. Albani, silsilə sahiha 3380. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

[سورة النحل 90]
ən-Nəhl 90.
(وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ)

Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

[سورة القصص 88]
əl-Qasas 88.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

سورة ق 16
Qaf 16.
🕸Qəlblərimiz niyə ölüb?🕸

İbrahim bin Ədhəm, bazardan keçən zaman, insanlar onun başına toplaşıb dedilər: Bizə nə olub ki, dua edirik qəbul olunmur? İbrahim bin Ədhəm dedi: Çünki sizin qəlbləriniz on səbəbə görə ölmüşdür:
1. Allahı tanıdız, haqqını vermədiz.
2. İddia etdiz ki, Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) sevirsiz, amma sünnəsini tərk etdiz.
3. Quranı oxuduz, ona əməl etmədiz.
4. Allahın nemətlərindən yediz, ona layiqincə şükr etmədiz.
5. Şeytan düşmənimizdir dediz, amma onun ardınca getdiz.
6. Cənnət haqdır dediz, onun üçün əməl etmədiz.
7. Cəhənnəm haqdır dediz, ondan ibrət almadız.
8. Ölüm haqdır dediz, ona hazırlaşmadız.
9. Yuxudan durub insanların eyibləri ilə məşğul olduz, öz eyiblərinizi unutduz.
10. Ölülərinizi basdırdız ondan ibrət almadız.

📚Cəmiu Bəyənil-İlm və Fadlih (2/12).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah bin Amr (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Dörd (xislət) vardır ki, bunlar kimdə olarsa, həmin şəxs əsl münafiq sayılar. Kimdə bu xislətlərdən sadəcə biri olarsa, o kəs bunu tərk edənədək onda münafiqlikdən bir xislət olar; Danışdığı zaman yalan danışar, vəd verdiyi zaman (vədinə) xilaf çıxar, mübahisə etdiyi zaman haqsızlıq edər və əhd bağladığı zaman (əhdini) pozar.”

📚Buxari 2459. Muslim 58.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh

Şəvval ayının bitməsinə 6 gün qalıb, unudub və ya məşğul olub tutmayanlar, bu fürsəti əldən verməmək üçün sabahdan başlayıb tutsunlar!
Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Doğruluqdan əl çəkməyin! Çünki doğruluq insanı yaxşı işlər görməyə yönəldər, yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışarki, nəhayət Allah yanında doğru danışanlardan sayılar. Yalandan çəkinin! Çünki yalan insanı günah işlərə yönəldir, günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışarki, nəhayət Allah yanında yalançı sayılar».

📚Buxari 6094. Muslim 2607. Əbu Davud 4989.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

📚Beyhəqi, sünənus-suğra 5994. Albani, silsilə sahiha 1407. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”

سورة لقمان 13
Loğman 13.
(وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا)

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.

[سورة فاطر 45]
Fatir 45.
وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

سورة ص 26
Sad 26.
🌟Ummu Həbibə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gün ərzində on iki rükət namaz qılarsa, onun üçün Cənnətdə bir ev tikilər. Zöhrdən əvvəl dörd sonra iki. Məğrindən sonra iki. İşadan sonra iki. Fəcrdən əvvəl iki rükət.”

📚Tirmizi 415. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, əzandan sonra məsciddə danışan insanları görür, onları (dünya işləri haqda) danışmaqdan çəkindirir və deyir: Siz bura namaz üçün gəlmisiniz! Ya namaz qılın, ya da susun! Həqiqətən, mən Allahın Rəsulunun (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm:

“Axır zamanda məsciddə dəstə-dəstə oturan elə bir qövm olacaq ki, onların imamları dünya olacaq, onlarla oturmayın! Allahın onlara ehtiyacı yoxdur.”

📚İbn Hibban 6761. Tabərani, mucamul kəbir 10452. Albani, silsilə sahihə 1163. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim evindən çıxdığı zaman: "Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh". [Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadır!] Deyərsə, ona deyilər: Kifayət etdi, qorundun, hidayət edildin. Şeytan ondan uzaqlaşar. Digər şeytan deyər: Sən hidayət olunan, kifayət olan və qorunan kimsə ilə nə edə bilərsən?”

📚Əbu Davud 5095. Tirmizi 3426. Albani, sahihul cami 499. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 11:15:41
Back to Top
HTML Embed Code: