Telegram Web Link
🌟Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Həqiqətən, dünyanın ən fəzilətli günləri (zil-hiccənin ilk) on günüdür. Dedilər; Ey Allahın Rəsulu! Allah yolunda onlara bənzər olan varmı? O, buyurdu: “Onlara bənzər olan yoxdur, yalnız kim Allah yolunda (döyüşə çıxıb) üzü toza-torpağa bulaşarsa.”

📚Bəzzar, kəşful-əstar 1128. Albani, səhih tərğib 1150. ((səhih liğeyrihi)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ)
(لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ)

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!

[سورة الحج 37-36]
əl-Həcc 36-37.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim imkanı olaraq, Qurban kəsməzsə, bizim namazgaha yaxınlaşmasın.”

📚Əhməd 8273. İbn Məca 3123. Albani, səhih tərğib 6490. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qurban bayramında qurban kəsmək istədiyi vaxt yekə, kök, qoşabuynuz, qara qarışığı olan ağ rəngdə, axtalanmış iki qoç alırdı. Onların birini Allahın təkliyinə və özünün elçiliyinə (peyğəmbərliyinə) şahidlik edən ümmətinin adından, digərini isə özü və ailə üzvlərinin adından kəsirdi.”

📚Əhməd 25843. İbn Macə 3122. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🚩MÜJDƏ

📍Unutmayaq ki, Zulhiccənin ilk on günündəyik!

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə bir təhlil (Lə iləhə illəllah) deyən yoxdur ki, müjdələnməsin, və elə bir təkbir (Allahu əkbər) deyən yoxdur ki, müjdələnməsin”. Soruşdular; Ey Allahın Rəsulu! Cənnətnənmi? O buyurdu: “Bəli”.

📚Tabərani, mucəmul-əvsat 7779. Albani, silsilə sahiha 1621. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Axsaqlığı aşkar bilinən axsaq, taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə və ayağı sınıq hansı ki, sümüyündə ilik olmayan (heyvanlardan) Qurban kəsilməz.”

📚Tirmizi 1497. İbn Hibban 5919. Albani, sahihul cami 886. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Mixnəf ibn Suleym (radiyallahu anhu) rəvayət edir ki, biz Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə Ərafada durmuşduq. O belə buyurdu:

“Ey insanlar! Həqiqətən, hər bir ailəyə hər il bir qurban kəsmək vacib olur.”

📚Əbu Davud 2788. Tirmizi 1518. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ)

Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;

[سورة الحج 34]
əl-Həcc 34.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Gecələr arasında cümə gecəsini gecə namazı qılmaqla xüsusiləşdirməyin. Günlər arasında cümə gününü oruc tutmaqla xüsusiləşdirməyin. Yalnız sizdən birinin oruc tutduğu gün o günə təsadüf eliyərsə bu müstəsnadır.”

📚Muslim 1144. İbn Xuzeymə 2157.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ərəfə günü Allahın qullarını cəhənnəmdən ən çox azad etdiyi gündür.”

📚Muslim 1348. Nəsai 3003. İbn Macə 2458.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh. Əziz müsəlmanlar!

Sabah (8 iyul) Ərafa günü, zilhiccə ayının doqquzudur. «Ərafa günü» oruc tutmaq sünnədir! Bu gündə oruc tutmaq bir il keçmiş, bir il də gələcək günahlara kəffarədir! Unutmayaq və bu fürsəti qaçırmayaq!
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allahdan gözləyirəm ki, ərafa gününün orucu özündən bir il qabaq və bir il sonrakı günahlara kəffarədir.”

📚Muslim 1162. Tirmizi 749. İbn Macə 1416.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Amr ibn As (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ən xeyirli dua ərafa günü edilən duadır. Mən və Məndən öncəki Peyğəmbərlərin dediyi ən xeyirli söz;
Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh, ləhul-mulku, va ləhul-həmdu, va huva alə kulli şey'in qadir.”

📚Malik 1270. Tirmizi 3585. Albani, səhih tərğib 1536. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki:

“Peyğəmbər (salləllahu aleyhi və səlləm) qara qarışığı olan ağ rəngdə və buynuzlu iki qoçu öz əliylə kəsdi, (kəsərkən) “Bismilləh, Allahu əkbər” dedi, ayağını da (heyvanın) boynunun üstünə qoydu.”

📚Buxari 5565. Muslim 1966.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abduallah ibn Bureydə (rahiməhullah) atasının belə dediyini rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan bayramı günü bir şey yemədən (namaza) çıxmazdı. Qurban bayramı günü isə, namaz qılana kimi bir şey yeməzdi.”¹

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Ramazan bayramı günü bir şey yemədən (namaza) getməzdi. Qurban bayramı günü isə, (namazdan) qayıdana kimi bir şey yeməzdi, qurbanlığından yeyərdi.”²

📚¹Tirmizi 542. ²Əhməd 22989. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Qurban bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
🌟Abdullah ibn Qurt (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah qatında günlərin ən əzəmətlisi qurban günüdür, sonra isə, “qarr” günüdür. (zulhiccənin on birinci günü)”.

📚Əbu Davud 1765. İbn Xuzeymə 2866. Albani, sahihul cami 1064. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Musa əl-Əşari (radiyallahu anhu) Qurban bayramı günü xütbə verərkən deyərdi:

“Qurban bayramından sonra üç gün vardır. Hansı ki, Allah kitabında "Sayı müəyyən olan günləri" zikr etmişdir. O, günlərdə edilən dua cavabsız qalmaz. Elə isə, rəğbətinizi (istəyinizi) Uca Allaha qaldırın.”

📚Təfsir ət-Tabəri 4/203.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Nubeyşə əl-Huzəli (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Təşriq günləri (zulhiccənin 11,12,13) yemək içmək və Allahı zikr etmək günləridir.”

📚Muslim 1141. Nəsai 4241.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Həmzə ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bu günlərdə (zulhiccənin 11,12,13) oruc tutmayın, çünki bu günlər yemək və içmək günləridir.”

📚Əhməd 16081. Albani, sahihul cami 7355. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 11:17:56
Back to Top
HTML Embed Code: