Telegram Web Link
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!

سورة آل عمران 102
Ali İmran 102
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Dekabr ayının 17-18-19. Cumədəl Ulə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.”

📚Beyhəqi, sünənul kubra 5995. Albani, səhih tərğib 1673. ((həsən))



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

سورة اﻷنفال 29
əl-Ənfal 29.
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dua edərdi:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ»

((Allahummə inni əuzu bikə min zəvali nimətikə, va təhavvuli afiyətikə, va fucaəti niqmətikə, va cəmi'i səxatikə.))

“Allahım! Mənə verdiyin nemətin qurtarmasından, verdiyin sağlamlığın dəyişməsindən, əzabın qəfil gəlməsindən və Səni qəzəbləndirəcək hər şeydən Sənə sığınıram.”

📚Muslim 2739. Əbu Davud 1545. Nəsai, sünənul kubra 7900.


https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ)

Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

[سورة القصص 88]
əl-Qasas 88.
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ
Həqiqətən, Allah yanında haqq din, İslamdır!

سورة آل عمران 19
Ali İmran 19.
وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

Kim islamdan başqa bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar!

سورة آل عمران 85
Ali İmran 85
HİCABIN ŞƏRTLƏRİ

1) Hicab bədənin hər yerini örtməlidir.
2) Geyim geniş və qalın olmalıdır. Nazik, dar və ya şəffaf olmamalıdır.
3) Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır.
4) Hicab ətirli olmamalıdır.
5) Qadın nə kişi paltarı geyməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
6) Hicab kafir qadının geyiminə bənzəməməlidir.
7) Paltar şöhrətpərəstlik paltarı olmamalıdır.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Kəab (radiyallahu anhu) demişdir:

“Cümə günü verilən sədəqənin savabı qat-qat artıqdır.”¹

“Cümə günü sədəqə vermək başqa günlərdə sədəqə verməkdən daha fəzilətlidir.”²

📚¹İbn Əbi Şeybə, musannəf 5513. ²Abdurrazzaq əs-Sənani, musannəf 5558. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
لَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَخْذُولًا

Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan.

سورة اﻹسراء 22
əl-İsra 22.
ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا

Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.

سورة اﻹسراء 39
əl-İsra 39.
وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!

سورة المؤمنون 117
əl-Muminun 117.
فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ

Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.

سورة الشعراء 213
əş-Şuəra 213.
🌟Cabir (radiyallahu anhu) rəvayət edir ki:

“Peyğəmbər (sallallahu aleyhi va səlləm) bazar ertəsi, çərşəmbə axşamı və çərşəmbə günü fəth məscidində dua etdi. Çərşəmbə günü iki namaz arasında (zöhr əsr arasında) etdiyi dua qəbul oldu. Sevinci (duanın qəbul olunması) üzündən bilindi”.
Cabir dedi: Mənə bir çətinlik (sıxıntı) baş verəndə həmin vaxtda dua etməyə çalışardım, bilirdim ki, həmin vaxtda etdiyim dua qəbul olur.”

📚Əhməd 14153. Buxari, ədəbul mufrad 704. Albani, səhih tərğib 1185. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

📚Beyhəqi, sünənus-suğra 5994. Albani, silsilə sahiha 1407. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümrə ilə ümrə, ikisi arasındakı günahlara kəffarədir. Qəbul olunmuş həccin mükafatı isə, yalnız Cənnətdir”.

📚Buxari 1773. Muslim 1349.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abul Abbas Səhl ibn Sad əs-Səidi (radiyallahu anhu) buyurur, bir kişi Peyğəmbər (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi:

“Ey Allahın Rəsulu! Məni elə bir əmələ yönəlt ki, onu etdikdə həm Allah məni sevsin, həm də insanlar məni sevsinlər.” (Peyğəmbər) buyurdu: “Dünyada zahid¹ ol, Allah səni sevəcəkdir, insanların əlində olana zahid ol (göz dikmə), insanlar da səni sevəcəkdir.”

📚 İbn Macə 4102. Albani, sahihul cami 935.

1- ZAHİD - dünyaya rəğbət bəsləməyən və bağlı olmayandır.

💫İbn Teymiyyə (rahiməhullah) buyurmuşdur:

“Zahidlik axirətdə fayda verməyəcək şeyləri tərk etməkdir.”

📚 İbn Qeyyim, mədəricus-səlikin 285.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 05:21:12
Back to Top
HTML Embed Code: