Telegram Web Link
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən. Bizi cəhənnəm əzabından qoru!

سورة آل عمران 191
Ali İmran 191.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ

Ey iman gətirən qullarım! Şübhəsiz ki, Mənim yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin!
Hər kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!

سورة العنكبوت 56-57
əl-Ənkəbut 56-57.
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

Ruhdan düşməyin və kədərlənməyin. Əgər möminsinizsə, üstün olacaqsınız.

سورة آل عمران 139
Ali İmran 139.
وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ ۖ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا ۖ وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.

سورة القصص 77
əl-Qasas 77.
YENİ MƏQALƏ:

Gözmuncuğu niyə haramdır? Əslində gözdən necə qorunmalıyıq?

Gözdəymə həqiqətən də varmı?
Gözdəymədən qorxmaq doğrudurmu?
Hər kəsin başqa birinə gözdəymə təsiri ola bilərmi? Hətta, mömin insanın belə?
Gözdəymə necə baş verir?
Kiməsə gözümüz dəyməsin deyə nə etməliyik?
Çox gözü dəyən insanlar vardırmı?
Əgər gözmuncuğu və bənzəri şeylər taxmaq olmazsa, onda İslama görə əslində gözdəymədən necə qorunmalıyıq?

Bu sualların cavabını öyrənmək istəyirsinizsə, bu keçiddən keçin - http://senxatirlat.com/?p=648
قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

سورة الفرقان 77
əl-Furqan 77.
🌟Əbu Zərr əl-Ğifəri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Harda olursan ol, Allahdan qorx. Pis işin ardınca yaxşı əməl gör ki, onu silib aparsın. Və insanlarla gözəl əxlaqla davran.”

📚Tirmizi 1987. Darimi 2833. Albani, sahihul cami 97. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Uca Allah (Qiyamət günü) cəhənnəmdə ən yüngül əzab çəkən bir kimsəyə deyəcək: “Əgər dünya və onun içindəkilər sənin olsaydı fəda edərdinmi?” O: "Bəli!" deyəcəkdir. Uca Allah deyəcək: “Artıq səndən Adəmin belində ikən bundan daha yüngül olanı -Mənə şərik qoşmamağı- tələb etmişdim. Sən isə inadkarlıq edərək şirk qoşdun.”

📚Buxari 3334. Muslim 2805.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim bir mömini dünya sıxıntılarından birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının bir sıxıntısından qurtarar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirət işini asanlaşdırar. Kim müsəlmanın eybini örtərsə, Allah da onu dünya və axirətdə eybini örtər. Qul qardaşının köməyində olduğu müddətcə, Allah da o qulun köməyində olar. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Bir qövm, Allahın evlərindən birinə toplaşıb Allahın kitabını oxuyurlar və öz aralarında onu öyrənərlərsə, mütləq onların üzərinə sükunət enər, rəhmət onları bürüyər, mələklər onları əhatəyə alar və Allah onları Öz dərhagahındakıların yanında xatırlayar. Kimin əməli onu (Cənnətə) gecikdirərsə, nəsli onu (Cənnətə) tələsdirməz.”

📚Əhməd 7427. Muslim 2699.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Zikr (elm) məclisinin fəziləti!

🌟Səhl ibn Hanzaliyyə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir toplumun Allahı zikr etdikləri elə bir məclis yoxdur ki, oradan duranda onlara deyilməsin ki; Durun! Artıq Allah sizin günahlarınızı bağışladı və günahlarınızı savablarla dəyişdi.”

📚Tabərani, mucmul kəbir 6039. Albani, sahihul cami 5610. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizə inək südünü və (südündən düzələn) yağını tövsiyə edirəm. Ətindən isə çəkinin! Çünki südü şəfa, yağı dərman, əti isə dərtdir.”

📚Hakim 8232. Albani, sahihul cami 4061. ((səhih)).

Qısa izah: İnək əti halaldır. Amma həddən artıq yemək və ya başqa ətləri tərk edib yalnız inək əti ilə kifayətlənmək yaxud inək əti düşkünü olmaq xəstəliyə səbəb ola bilir. İnək ətini az yemək lazımdır.


https://www.tg-me.com/DIN_NESIHETDIR
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

سورة ق 16
Qaf 16.
وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ ۚ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ

Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə əsla zülm edilməz.

سورة البقرة 272
əl-Bəqərə 272.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əsma bint Əbu Bəkr (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Gizlətmə, yoxsa Allah da (verdiyi nemətləri) səndən gizlədər. Bacardığın qədər (malın­dan Allah yolunda) xərclə!”

📚Buxari 1434. Muslim 1029.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əsma bint Yəzid (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir:

“Sizə ən xeyirli olanlarınızı bildirimmi? Dedilər: “Bəli, ey Allahın Rəsulu.” O belə buyurdu: “Sizin ən xeyirliləriniz o kimsələrdir ki, görüldükləri zaman İzzət və Cəlal sahibi Allah xatırlanır.”

📚Əhməd 27601. İbn Macə 4119. Albani səhih liğeyrihi demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

سورة الرعد 28
ər-Rad 28.
Amir ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Qışda oruc tutmaq gözəl bir qənimətdir.”

📚Əhməd 18959. Tirmizi 797. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 07:31:19
Back to Top
HTML Embed Code: