Telegram Web Link
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə (ona böhtan, iftira atarsa), Allah onu dediyi sözdən təmizlənənə kimi, cəhənnəm əhlinin suyunda məskunlaşdırar.”

📚 Əhməd 5385. Əbu Davud 3597. Albani, sahihul cami 6196. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sərxoş ediçi içkiyə on yöndən lənət edilmişdir; İçkinin özünə, onu hazırlayana, hazırlatdırana, satana, alana, daşıyana, aparılana (sifariş verənə), ondan gələn qazancı yeyənə, içənə və içirənə (süzənə).”

📚Əhməd 4787. Əbu Davud 3674. İbn Macə 3380. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allaha və Axirət gününə iman gətiribsə, içki içilən süfrədə (məclisdə) oturmasın.”

📚Əhməd 14651. Tirmizi 2801. Darimi 2137. Albani, sahihul cami 6506. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Verdiyini başa qaxan, valideynlərinin üzünə ağ olan və içki düşkünü olan Cənnətə girməz.”

📚Nəsai 5672. İbn Hibban 3383. Albani, sahihul cami 7676. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İçkiyə düşkün olan, bütə ibadət edən kimidir.”

📚İbn Macə 3375. Albani, silsilə sahiha 677. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”

سورة لقمان 13
Loğman 13.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.

سورة النساء 48
Ən-Nisə 48.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا

Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.

سورة النساء 116
Ən-Nisə 116.
⭐️Saytda yeni kitab!

📚 Tövhid hər şeydən öncədir 📚

🖊Müəllif:
Şeyx Muhəmməd Nasiruddin əl-Əlbani.

✏️
Tərcümə və haşiyələr:
Əbu Zeyd Həbibli.

🔷Sizə təqdim etdiyimiz növbəti kitabımız bu əsrin dahi hədis alimlərindən və sələfi dəvətinin imamlarından biri olan şeyx Muhəmməd Nasiruddin əl-Əlbaninin mühüm bir suala verdiyi təfsilatlı cavabının yazıya alınmış formasıdır. İmamın bu cavabı elə onun öz sağlığında yazıya köçürülmüş və “Ət-Tovhidu əvvələn, yə duətəl-İsləm” – “Ey İslam təbliğatçıları! Tövhid hər şeydən öncədir” adı ilə nəşr olunmuşdur.

📕Kitabı aşağıdakı linkdən yükləyə bilərsiniz:
http://tovhid.info/kitabxana/

📌Paylaşaq, xeyrin yayılmasına vəsilə olaq!
© TOVHID.INFO
👍 www.tg-me.com/tovhidinfo
İkrimə (rahiməhullah) rəvayət edir ki, İbn Abbas (radiyallahu anhumə) zəmzəm suyu içdiyi zaman belə dua edərdi:

”اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا وَاسِعًا، وَشِفَاءً مِنْ كُلِّ دَاءٍ.“

“Allahım! Səndən faydalı elm, bol ruzi və hər bir xəstəlikdən şəfa diləyirəm.”

📚Dəraqutni 238. Hakim 1739.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Xuzeymədən (rahiməhullah) soruşuldu, bu qədər elm sən də hardandır? O dedi: Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurub:
"Zəmzəm suyu nə üçün içilirsə ona görədir."
Və mən də hər dəfə zəmzəm suyu içəndə Allahdan faydalı elm istədim.

📚Siyar əaləmin-nubələ 14/370.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səad ibn Əbi Vaqqas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İnsanlar arasında ən çox sınağa çəkilən kəslər peyğəmbərlərdir. Sonra onlara oxşarlar və oxşarlar. Adam dininə görə sınağa çəki­lir. Və əgər dinində möhkəm olarsa, müsibətləri artar. Yox əgər zəif olarsa, onda dininə uyğun sınağa çəkilər. (Mömin bəndənin) günahları silinənədək bu müsibətlərin ona üz verməsi davam edər.”

📚Tirmizi 2398. Albani, silsilətus sahihə 143. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Yanvar ayının 16-17-18. Cumədəl-Axir ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Soruşdular, hansılardı ey Allahın Rəsulu? O, buyurdu:
Qarşılaşdığında salam ver.
Dəvət edərsə dəvətinə icabət et.
Nəsihət istədikdə nəsihət ver.
Asqırıb Allaha həmd edərsə (əlhəmdulilləh) yərhəmukallah de.
Xəstələnərsə ziyarət et.
Öldükdə cənazəsində iştirak et.

📚Muslim 2162. İbn Hibban 242.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Həcc etməyin savabı!


🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Minadakı məsciddə oturmuşdum. Biri Ənsardan biri isə Səqif (qəbiləsindən) olan iki nəfər gəlib salam verib, sonra dedilər: Ey Allahın Rəsulu! Səndən sual soruşmağa gəlmişik. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər istiyirsinizsə sizin bura gəlib soruşacağınız haqqında sizə xəbər verim, və əgər istəsəniz danışmıyım, özünüz soruşun. Onlar dedilər: Ey Allahın Rəsulu! xəbər ver bizə? Səqifdən olan Ənsarlıya dedi: sən soruş, o dedi: Ey Allahın Rəsulu! xəbər ver mənə. Peyğəmbər buyurdu: “Sənin gəlib soruşacağın: Evindən çıxıb beytul harama (Kəbəyə) gəlməyinin, tavafdan sonra iki rükət namaz qılmağının, Səfa və Mərva arasında tavaf (səy) etməyinin, Ərafada axşama kimi durmağının, Cəmarata daş atmağının, Qurban kəsməyinin və İfada tavafı etməyinin sənin üçün savabı nədir?” Ənsarlı dedi: “Səni haqq olaraq göndərənə and olsun ki, bu barədə soruşmağa gəlmişəm.” Peyğəmbər buyurdu: “Həqiqətən, sənin evindən çıxıb Beytul-Harama (Kəbəyə) gələrkən dəvənin (miniyinin) atdığı hər bir addımına görə Allah mütləq sənə bir həsənət (savab) yazar və sənin bir günahını silər. Tavafdan sonra iki rükət namaz qılmağın, İsmail (aleyhissələm) övladından bir qul azad etmiş kimi olarsan. Səfa və Mərva arasında tavaf (səy) etməyin yetmiş qul azad etmiş kimi olarsan. Ərafada axşama kimi durmağına gəlincə, həqiqətən, Allah dünya səmasına enir mələkləri qarşısında öyünərək buyurur: “Qullarım toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerdən, Mənim Rəhmətimi istəməyə gəliblər. Əgər onların günahları qum dənəciklərinin sayı qədər olsa, və ya yağış damcıları qədər olsa yaxud dəniz köpükləri qədər olsa belə Mən onu mütləq bağışlayaram. Ey qullarım axışın! Sizi və siz kimin üçün şəfaətçi olsanız onu da bağışladım.” Cəmarata atdığın hər bir daşa görə sənin böyük həlak edici günahına kəffarə olar. Kəsdiyin qurban isə sənin üçün Rəbbin yanında saxlanc olar. Başını keçəl qırxdırmağına görə, hər bir tükünə sənin üçün bir həsənət (savab) yazılar və bir günahın silinər. Bundan sonra evi (kəbəni) tavaf etdikdə artıq sənin günahın qalmaz. Bir mələk gəlib əllərini sənin iki kürəyinin arasına qoyub deyər: “Gələcəkdə yaxşı əməllər et! Artıq sənin keçmiş günahların bağışlandı.”

📚Bəzzar 6177. Tabərani, mucamul kəbir 13566. Albani, səhih tərğib 1112. ((həsən liğeyrihi)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Təlbinə xəstənin ürəyini rahatlaşdırır və bəzi hüznü aparır.”

📚Buxari 5417. Muslim 2216.

Qida izah: Təlbinə çox faydalı yeməkdir. Sıyıq yaxud şorba kimi yeməkdir. Ürəyi rahatlaşdırır və canlandırır. Müasir araşdırmalara görə ödün fəaliyyətini yaxşılaşdırır, böyrəklərdəki daşların əriməsinə kömək olur.
Hazırlanma qaydası: İstəyə görə Arpa unu, iki o qədər su, bir o qədərdə süd birdə yüz qram bal götürülür. Orta temperaturda qaz yandırılır un və su qazana tökülür təxmini on dəqiqə qazın üstündə qarışdırılır, sonra üzərinə süd əlavə edilir beş dəqiqədə qarışdırılır daha sonra qazın üstündən götürülüb yeyiləcək temperatura kimi gözləyib üzərinə bal əlavə edib yeyilir.
Bu yeməyi həftədə 1-2 dəfə yemək məsləhətdir. Mütləq arpa unundan istifadə edilməlidir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
SƏDƏQƏ VERMƏK!

İbn Qeyyim (rahiməhullah) sədəqənin faydalarından danışarkən belə buyurur:

1. Pis ölümdən qoruyur
2. Bəlanı dəf edir
3. Günahları aparır
4. Malı qoruyur
5. Ruzini artırır
6. Qəlbi fərəhləndirir
7. Allah haqqında gözəl zənni gücləndirir
8. Şeytanın vəsvəsələrinin qarşısını alır
9. Nəfsi təmizləyir və saflaşdırır
10. İnsanı, Allaha və insanlara sevdirir
11. İnsanın bütün eyiblərini örtür
12. Ömürü uzadır
13. İnsanların sənin xeyirinə dua etmələrinə səbəbdir
14. Sahibini qəbir əzabından dəf edir
15. İnsan üçün qiyamət günü kölgə olacaqdır
16. Allah yanında şəfaətçilik edəcək
17. Dünya və axirət çətinliklərini yüngülləşdirir
18. İnsanı başqa xeyirxah əməlləri etməyə çağırır.

📚Uddətus Sabirin 227.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, bir kişi Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir; Ey Allahın Rəsulu, insanların Allaha ən sevimli olanı? Və Allahın ən çox sevdiyi əməl hansıdır? Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İnsanların Allaha ən sevimlisi, digər insanlar üçün ən xeyirli olanıdır. Allaha ən sevimli əməl isə müsəlmanı sevindirməyin və ya çətin anında ona yardım etməyin və ya onun əvəzinə borcunu ödəməyin və ya ac ikən onu doyurmağındır. Həqiqətən, qardaşımın ehtiyac duyduğu şeydə onun yardımına gəlməyim, mənim üçün bir ay bu məsciddə (yəni Mədinə məscidində) etikafda qalmaqdan daha sevimlidir. Kim ki, qardaşına olan qəzəbini boğarsa, Allah onun eybini örtər. Kim də qardaşına olan hirsini, onu əməl etməyə qadir olduğu halda gizlədərsə, Allah Qiyamət günü, onun qəlbini razılıqla doldurar. Kim də qardaşının ehtiyac anında onun köməyinə gedərsə, Allah ayaqların sürüşəcəyi gün, onun qədəmlərini sabit edər.”

📚İbn Əbid-Dunyə, qadaul-haic 38. Tabərani, mu'cəmul-kəbir 13646. Albani, silsilə sahiha 906. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kim ayın on yeddisi və ya on doqquzu yaxud iyirmi biri hicama edərsə, hər xəstəliyə şəfa olar.”

📚Əbu Davud 3861. Albani, sahihul cami 5968. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah belə buyurdu:

“Mənim xatirimə bir-birini sevənlərə Mənim sev­­gim vacib oldu. Mənim xatirimə bir-biri ilə əlaqə saxlayanlara Mənim sevgim vacib ol­du. Mənim xatirimə bir-birinə nəsihət edənlərə Mənim sevgim vacib oldu. Mənim xati­ri­mə bir-birini ziyarət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-bi­rinə yax­şılıq edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər Qiyamət gü­nü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər on­lara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər.”

📚Əhməd 22002. Albani, sahihul cami 4321. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 07:27:16
Back to Top
HTML Embed Code: