Telegram Web Link
Əbu Lübəbə ibn Abdul-Munzir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən cümə günü, günlərin ağası və Allah yanında ən əzəmətlisidir. O, Allah yanında Qurban bayramı və Ramazan bayramı günlərindən daha əzəmətlidir. Onda beş xislət vardır: Allah Adəmi o gün yaratdı. Allah Adəmi o gün (Cənnətdən) yerə endirdi. Allah Adəmi o gün öldürdü. O gündə elə bir saat vardır ki, qul Allahdan haram bir şey istəmədiyi müddətcə ona dilədiyi mütləq verilər. Qiyamət o gündə qopacaqdır. Elə bir yaxın olan mələk, göy, yer, küləklər, dağlar və dəniz yoxdur ki, cümə günündən qorxmasınlar.”

📚Əhməd 15548. İbn Macə 1084. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlman qardaşını gülər üzlə qarşılamaq olsa belə heç bir yaxşılığı kiçik görmə.”

📚Muslim 2626. İbn Hibban 523.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Doğruluqdan əl çəkməyin! Çünki doğruluq insanı yaxşı işlər görməyə yönəldər, yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışarki, nəhayət Allah yanında doğru danışanlardan sayılar. Yalandan çəkinin! Çünki yalan insanı günah işlərə yönəldir, günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışarki, nəhayət Allah yanında yalançı sayılar».

📚Buxari 6094. Muslim 2607. Əbu Davud 4989.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Kim dünya və axirətdə Allahın yardımını istəyirsə bu hədisə əməl etsin!

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kim qiyabında qardaşına yardım edərsə, Allah ona dünya və axirətdə yardım edər.”

📚Beyhəqi, sünənul-kubra 16685. Albani, sahihul cami 6574. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim mənə iki çənəsi arasındakını və iki ayağı arasındakını qoruyacağına zəmanət verərsə, mən də onun Cənnətə (girəcəyinə) zəmanət verərəm.”

📚Əhməd 22823. Buxari 6474. Tirmizi 2408.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərz namazından sonra ən fəzilətli namaz isə gecə namazıdır.”

📚Muslim 1163. Tirmizi 438. Nəsai 1612.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Osman ən-Nehdi (rahiməhullah) demişdir:

“Onlar (sələflər) üç on günü çox təzim edərdilər: Ramazanın son on gününü. Zulhiccənin ilk on gününü. Məhərrəmin ilk on gününü.”

📚Lətaiful Məarif 88.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə yahudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: Bu oruc tutduğunuz gün nədir? Onlar dedilər: Bu əzəmətli bir gündür! Allah bu gündə Musanı və qövmünü xilas etmiş, Fironu və qövmünü batırmışdır. Musa da bu günü Allaha şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Biz Musaya sizdən daha haqlı və daha yaxınıq.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu günü oruc tutdu və bunu əmr etdi”.

📚Buxari 2004. Muslim 1130.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxusa, ayağının altından göy üzünə kimi nur saçar. Qiyamət günü onun yolunu işıqlandırır və iki cümə arasında etdiyi günahlar bağışlanır.”

📚Hakim 2/368. Munziri, ət-tərğib 1/398. Albani, irvaul ğalil 3/93. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Musa (radiyallahu anhu) belə rəvayət edir:

“Aşura günü yəhudilərin əzəmətləşdirdiyi və bayram etdiyi bir gün idi.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Siz o gün oruc tutun.”

📚Buxari 2005. Muslim 1131.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Muhəmməd ibn Şihəb əz-Zuhri (rahiməhullah) səfərdə olarkən aşura orucunu tutur, və ona deyilir ki:

“Nə üçün səfərdə olarkən ramazan orucunu tutmursan amma aşura orucunu tutursan? O, buyurur: “Çünki, ramazan orucunu başqa günlərdə tutmaq olur, amma aşura orucunu isə başqa günlərdə tutmaq olmur”.

📚Əs-Siyar 5/342.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu:

“Ey Allahın Rəsulu! Bir kişi aşura orucunu tutarsa onun savabı nədir?” O belə buyurdu: “Bu bir il oruca bərabərdir.”

📚İbn Hibban 3631. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum və rahmətullahi və bərakətuh.

18 Avqust məhərrəm ayının 9 günüdür (təəsua). 19 Avqust isə məhərrəm ayının 10 günündür (aşura). Bu günlərdə oruc tutmaq sünnədir!
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutub, insanlara da bunu əmr edəndə dedilər: “Ey Allahın Rəsulu! Bu, yəhudi və nəsranilərin əzəmətləşdirdiyi gündür.” Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: “İnşəAllah gələn il olsa, doqquzuncu günü oruc tutarıq”. Lakin gələn il gəlmədən Allah Rəsulu (salləllahu aleyhi və səlləm) vəfat etdi.”

📚Muslim 1134. Əbu Davud 2445.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allahın razılığını qazanmaq üçün Lə iləhə illəllah desə son sözü bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün oruc tutsa son əməli bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün sədəqə versə son əməli bununla bitərsə, Cənnətə girər.”

📚Əhməd 22813. Albani, səhih tərğib 985. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Aşura gününün orucu Allahdan gözləyirəm ki, keçən bir ilin günahlarına kəffarə olsun.”

📚Muslim 1162. Tirmizi 752. İbn Macə 1424.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 19:19:25
Back to Top
HTML Embed Code: