Telegram Web Link
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki:

“Peyğəmbər (salləllahu aleyhi və səlləm) qara qarışığı olan ağ rəngdə və buynuzlu iki qoçu öz əliylə kəsdi, (kəsərkən) “Bismilləh, Allahu əkbər” dedi, ayağını da (heyvanın) boynunun üstünə qoydu.”

📚Buxari 5565. Muslim 1966.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abduallah ibn Bureydə (rahiməhullah) atasının belə dediyini rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan bayramı günü bir şey yemədən (namaza) çıxmazdı. Qurban bayramı günü isə, namaz qılana kimi bir şey yeməzdi.”¹

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Ramazan bayramı günü bir şey yemədən (namaza) getməzdi. Qurban bayramı günü isə, (namazdan) qayıdana kimi bir şey yeməzdi, qurbanlığından yeyərdi.”²

📚¹Tirmizi 542. ²Əhməd 22989. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Qurban bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
🌟Abdullah ibn Qurt (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah qatında günlərin ən əzəmətlisi qurban günüdür, sonra isə, “qarr” günüdür. (zulhiccənin on birinci günü)”.

📚Əbu Davud 1765. İbn Xuzeymə 2866. Albani, sahihul cami 1064. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Musa əl-Əşari (radiyallahu anhu) Qurban bayramı günü xütbə verərkən deyərdi:

“Qurban bayramından sonra üç gün vardır. Hansı ki, Allah kitabında "Sayı müəyyən olan günləri" zikr etmişdir. O, günlərdə edilən dua cavabsız qalmaz. Elə isə, rəğbətinizi (istəyinizi) Uca Allaha qaldırın.”

📚Təfsir ət-Tabəri 4/203.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Nubeyşə əl-Huzəli (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Təşriq günləri (zulhiccənin 11,12,13) yemək içmək və Allahı zikr etmək günləridir.”

📚Muslim 1141. Nəsai 4241.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Həmzə ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bu günlərdə (zulhiccənin 11,12,13) oruc tutmayın, çünki bu günlər yemək və içmək günləridir.”

📚Əhməd 16081. Albani, sahihul cami 7355. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ)

Sənə ölüm gələnədək Rəbbinə ibadət et.

[سورة الحجر 99]
əl-Hicr 99.
(وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ)

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz danışan kim ola bilər?!

[سورة فصلت 33]
Fussilət 33.
(وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ)

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.

[سورة اﻷنعام 120]
əl-Ənam 120.
💫Həsənul Basri (rahiməhullah) demişdir:

“Dünya üç gündür. Biri dünən idi, artıq keçib getdi. İkinci isə sabahdır ki, onun gəlib-gəlməyəcəyini bilmirik. Üçüncüsü isə bu gündür. Elə isə bu gününüzdən istifadə edin.”

📚İbn Əbid Dunya, Zühd 17.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ)

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dünya sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.

[سورة لقمان 33]
Loğman 33.
(وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə düşmənçilik edən kimsə sanki yaxın bir dost olar.

[سورة فصلت 34]
Fussilət 34.
🌟Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

📚Beyhəqi, sünənus-suğra 5994. Albani, silsilə sahiha 1407. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Həni ibn Yəzid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnəti vacib edən əməllər yemək yedirmək, salamı yaymaq və gözəl söz danışmaqdır.”

📚İbn Hibban 504. Albani, səhih tərğib 2690. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim imanla, mükafatını (yalnız Allahdan) diləyərək cənazənin ardınca getsə, namazını qılıb dəfn edilənədək yanında qalsa, iki qirat savabla geri qayıdar ki, qiratların hər biri Uhud dağı boyda olar. Kim cənazə namazı qılıb dəfn edilməmişdən əvvəl geri qayıdarsa, bir qiratla geri qayıtmışdır.”

📚Buxari 47. Muslim 945.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə dediyini eşitdim:

“Kimin üç qızı olub onlara səbr edər və malından onları yedirir, içirir və geydirirsə, Qiyamət günü cəhənnəmə qarşı onun üçün pərdə olurlar.”

📚Əhməd 17403. İbn Macə 3669. Albani, sahihul cami 6488. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Qeyyim (rahiməhullah) buyurur:

“Şeytanlar Adəm övladına hiylə edərək bu altı əməldən birinə düşürmək istərlər!
- Küfr
- Bidət
- Böyük günahlar
- Kiçik günahlar
- Mübah olan şeylərlə çox məşğul olmaq
- Daha əfzəl olanı tərk edib ondan aşağı olanı etmək
əgər bu hiylələrdən (Adəm övladı) xilas olarsa, onda (şeytan) başqa hiyləyə əl atıb batil və bidət əhlini (Adəm övladının) üzərinə salar.”

📚Muxtərat min i'ləmil-Muvaqqi'in 157.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

"Valideyn Cənnətin orta qapısıdır. Sən bu qapını itirədə bilərsən, qoruyada bilərsən."

📚Tirmizi 1900. İbn Macə 2089. Albani, səhih tərğib 2486. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 21:25:25
Back to Top
HTML Embed Code: