Telegram Web Link
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Ən yaxşı oruc tutanlar, oruc olduqları zaman Allahı ən çox zikr edənlərdir.”

📚əl-Vabilus-Seyyib 153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ ۚ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَهُوَ الْغَفُورُ الرَّحِيم

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

سورة يونس 107
Yunus 107.
قُلْ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنَا عَلَيْكُمْ بِوَكِيل

De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.

سورة يونس 108
Yunus 108
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Avqust ayının 22-23-24. Məhərrəm ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Amr bin Şurahbil (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər aydan üç gün oruc tutmaq, Qəlbin sərtliyi (kin-küdurətini, qəzəbini) aparır.”

📚Əhməd 20738. Nəsai 2385. Albani, sahihul cami 2608.((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, mən: Ey Allahın Rəsulu! İnsanların ən xeyirlisi kimdir? dedim. O belə buyurdu:

“Qəlbi məxmum və dili doğru olandır.” Biz dedik: Ey Allahın Rəsulu! Dili doğrunu bilirik, bəs qəlbi məxmum nədir? O buyurdu: “O qorxan (təqvalı) təmiz qəlbdir, özündə heç bir günüh, kin və həsəd saxlamayandır.”

📚İbn Macə 4216. Beyhəqi, şuabul iman 6096. Albani, sahihul cami 3291. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(قُلْ لِعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنْفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ)

İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər.

[سورة إبراهيم 31]
İbrahim 31.
(قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ)

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.


[سورة آل عمران 31]
Ali İmran 31.
(يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ)

Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevmir.

[سورة اﻷعراف 31]
əl-Əraf 31.
(مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ)

Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!

[سورة الروم 31]
ər-Rum 31.
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.”

📚Beyhəqi, sünənul kubra 5995. Albani, səhih tərğib 1673. ((həsən))



https://www.tg-me.com/DIN_NESIHETDIR
(إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا)

Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.

[سورة النساء 31]
ən-Nisə 31.
(وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا)

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.

[سورة النساء 69]
ən-Nisə 69.
🌟Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elm öyrənmək hər bir müsəlmana fərzdir.”

📚İbn Macə 224. Tabərani, mucamus sağir 14. Albani, sahihul cami 3913. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Qeyyim (rahiməhullah) demişdir:

Dörd əməl ruzi gətirər.

1.Gecə namazı

2.Sübh çağına yaxın çoxlu istiğfar (əstəğfirullah demək ,yəni Allahım məni bağışla)

3.Davamlı sədəqə vermək

4.Günün əvvəli və sonunda edilən zikrlər (səhər axşam zikrləri)

📚Zədul Məad 4/378.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Ovn ibn Abdullah (rahiməhullah) demişdir:

“Xeyir əhli bir-birlərinə bu kəlimələri yazardılar;
Kim axirəti üçün əməl edərsə, Allah ona dünya işlərində kifayət edər.
Kim özüylə Allah arasını islah edərsə, Allah onunla insanların arasını islah edər.
Kim də tək başına qaldıqda özünü islah edərsə, Allah onu aşkarda olanda islah edər.”

📚İbn Quteybə, uyunul-əxbər 2/378.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, mən dedim: Ey Allahın Rəsulu mənə tövsüyə et! Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allahdan qorx, təqvalı ol! Çünki hər işin başı təqvadır.
- Ey Allahın Rəsulu daha çox tövsiyə et, dedim: O buyurdu:
- Quranı çox oxu! Çünki o, sənin üçün yerdə nur, göydə saxlancdır!”

📚İbn Hibban 261. Albani, səhih tərğib 1422. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Xovlə bint Hakim (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Kim bir mənzil başına çatdıqda:
"Əuzu bikəlimətilləhit təəmməti min şərri mə xaləq".
Yaratdıqlarının şərindən Allahın tam kəlimələrinə sığınıram! - deyərsə, oradan ayrılana qədər ona heç bir şey zərər verməz.”

📚Muslim 2708. Tirmizi 3437.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxuyarsa, özü ilə beytul-atiq (kəbə) arasında bir nur olar.”

📚Darmi 3450. Beyhəqi, sünənul kubra 5996. Albani, sahihul cami 6471. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İki pis xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir: ölüyə vay-şivən salıb ağlamaq və əsil-nəcabətə tənə vurmaq.”

📚Buxari ədəbul mufrad 395. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 21:22:14
Back to Top
HTML Embed Code: