Telegram Web Link
Sovbən (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının bir ay orucu on ayın savabını gətirir və (şəvvalın) altı gün orucu isə iki ayın savabını gətirir ki, bu da bütün ilin orucudur.”

📚İbn Xuzeymə 2115. Albani, səhih tərğib 1007. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Racəb (rahiməhullah) buyurur:

“Müsəlman ramazandan ayrıldığı zaman necə gözündən yaş gəlməsin ki, o bilmir bir daha həmən aya qayıdacaq ya yox.”

📚Lətaiful Məarif 1/217.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əli (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Cənnətdə içərisindən çölü, çölündən içərisi görünən otaqlar vardır. Bir bədəvi ərəb qalxıb dedi: O kimlər üçündür ey Allahın Rəsulu?! O belə buyurdu: “Gözəl danışan, yemək yedirən, davamiyyətli (nafilə) orucları tutan və insanlar yatarkən Allah üçün gecə namazı qılan kimsələr üçündür.”

📚Əhməd 1338. Tirmizi 1984. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bəndə qəbrə qoyulduğu və yol­daşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və hə­min anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəm­məd (salləllahu aleyhi və səlləm) deyilən adam haqqında nə deyə bilərsən?” O deyir: “Mən şa­hid­­lik edi­rəm ki, Mu­həmməd Allahın qulu və el­çisi­dir.” (On­da ona) deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sə­nə Cənnətdə bir yer verdi". Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “O adam hər iki yerini görür. Kafir və ya münafiqə gəl­dik­də isə, (verilən suala o belə) cavab verir: “Bilmirəm, mən insanların de­di­yi­ni deyir­dim.” (On­da ona) deyilir: “Sən (haqqı) başa düşməmisən və (Quran) oxu­mamısan!” Bundan sonra dəmir çəkiclə onun qulaqlarının arasına bir zərbə vu­rulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, yanında­kıların ha­mısı onun səsini eşidir.” 

📚Buxari 1338. Muslim 2870.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər böyük günahlardan çəkinərsə, beş vaxt namaz, cümə namazı, növbəti cüməyədək, ramazan orucu, növbəti ramazanadək arada olan günahların kəffarəsidir.”

📚Muslim 233. Tirmizi 214. İbn Hibban 1733.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bəndələrin sabahladığı hər gün, iki mələk enir. Onlardan biri: Allahım, malını (Sənin yolunda) xərcləyənin əvəzini ver! deyir. Digəri isə: Allahım, xəsislik edəni tələf et! deyir.”

📚Buxari 1442. Muslim 1010.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا ۗ أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

سورة اﻷنعام 70
əl-Ənam 70.
(وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ)

And olsun ki, Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?!

[سورة القمر 17]
əl-Qamər 17.
💫Həsənul Basri (rahiməhullah) demişdir:

“Dünya üç gündür. Biri dünən idi, artıq keçib getdi. İkinci isə sabahdır ki, onun gəlib-gəlməyəcəyini bilmirik. Üçüncüsü isə bu gündür. Elə isə bu gününüzdən istifadə edin.”

📚İbn Əbid Dunya, Zühd 17.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

May ayının 25-26-27. Şəvval ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Səbir (Ramazan) ayı oruc tut və hər aydan üç gün oruc tut ki, bir il oruc tutmuş kimi olasan.”

📚Əhməd 7577. Nəsai 2408. Albani, silsilə sahiha 2633. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Zənnə qapanmaqdan çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizin eybini axtarmayın, cəsusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!”

📚Buxari 6066. Muslim 2563.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🕸Qəlblərimiz niyə ölüb?🕸

İbrahim bin Ədhəm, bazardan keçən zaman, insanlar onun başına toplaşıb dedilər: Bizə nə olub ki, dua edirik qəbul olunmur? İbrahim bin Ədhəm dedi: Çünki sizin qəlbləriniz on səbəbə görə ölmüşdür:
1. Allahı tanıdız, haqqını vermədiz.
2. İddia etdiz ki, Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) sevirsiz, amma sünnəsini tərk etdiz.
3. Quranı oxuduz, ona əməl etmədiz.
4. Allahın nemətlərindən yediz, ona layiqincə şükr etmədiz.
5. Şeytan düşmənimizdir dediz, amma onun ardınca getdiz.
6. Cənnət haqdır dediz, onun üçün əməl etmədiz.
7. Cəhənnəm haqdır dediz, ondan ibrət almadız.
8. Ölüm haqdır dediz, ona hazırlaşmadız.
9. Yuxudan durub insanların eyibləri ilə məşğul olduz, öz eyiblərinizi unutduz.
10. Ölülərinizi basdırdız ondan ibrət almadız.

📚Cəmiu Bəyənil-İlm və Fadlih (2/12).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Adəm övladı Rəbbi hüzurunda beş şeydən hesaba çəkilmədən Qiyamət günü ayağını ayağının üstündən götürə bilməz: Ömrünü necə yaşayıb, cavanlığını necə keçirib, sərvətini necə toplayıb və hara xərcləyib, öyrəndiyi elmə necə əməl edib.”

📚Tirmizi 2416. Darimi 537. Albani, sahihul cami 7299. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arasi onun üçün nur olar.”

📚Hakim 3392. Beyhəqi, sünənus-suğra 606. Albani, sahihul cami 6470. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Namaza azan verildiyi zaman, göylərin qapıları açılır və dua qəbul olur.”

📚Əbu Yəalə 4072. Albani, sahihul cami 818. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Canım Əlində olan Allaha and olsun ki, iman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etsəniz bir-birinizi sevəcəksiniz!? Aranızda salamı yayın!”

📚Muslim 54. Əbu Davud 5193. Tirmizi 2688.



https://www.tg-me.com/DIN_NESIHETDIR
MİSVAKIN FAYDALARI

💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

1- Ağzı təravətləndirir.
2- Damağı möhkəmləndirir.
3- Bəlğəmi kəsir.
4- Görməni aydınlaşdırır.
5- Dişlərdəki sarılığı aparır.
6- Mədəni sağaldır.
7- Səsi saflaşdırır.
8- Həzmə kömək edir.
9- Yuxunu qovur.
10- Oxumağı aktivləşdirir.
11- Namaza fəal edir.
12- Zikrə fəal edir.
13- Rəbbi razı salır.
14- Mələklərin xoşuna gəlir.
15- Həsənətləri çoxaldır.

📚Zədul Məad 4/323.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abduallah ibn Amr (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa, hamısı Cəhənnəmdədir.” Dedilər: “Ey Allahın Rəsulu! O kimdir?” O belə buyurdu: “Mənim və səhabələrimin yolu üzərində olanlar.”

📚Tirmizi 2641. Albani, sahihul cami 5343. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, mən dedim ey Allah Rəsulu! Zikr məclislərinin qəniməti nədir? O belə buyurdu:

“Zikr məclislərinin qəniməti Cənnətdir.”

📚Əhməd 6651. Albani, sahihut tərğib 1507. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 05:28:35
Back to Top
HTML Embed Code: