Telegram Web Link
Əli ibn Əbi Talib (radiyallahu anhu) demişdir:

“Nalayiq söz danışanla onu (camaat arasında) yayan kimsə eyni dərəcədə günah qazanır­lar.”

📚Buxari ədəbul mufrad 324. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
İkrimə (rahiməhullah) rəvayət edir ki, İbn Abbas (radiyallahu anhumə) zəmzəm suyu içdiyi zaman belə dua edərdi:

”اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا وَاسِعًا، وَشِفَاءً مِنْ كُلِّ دَاءٍ.“

“Allahım! Səndən faydalı elm, bol ruzi və hər bir xəstəlikdən şəfa diləyirəm.”

📚Dəraqutni 238. Hakim 1739.



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh

Şəvval ayının bitməsinə 6 gün qalıb, unudub və ya məşğul olub tutmayanlar, bu fürsəti əldən verməmək üçün sabahdan başlayıb tutsunlar!
🌟Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.”

📚Muslim 1164. Əbu Davud 2433. Tirmizi 759.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, bir gün bir bədəvi, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gələrək belə deyir:

"Ey Allahın Rəsulu! Mənə xeyirli bir şey öyrət!"
🔘 Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bədəvinin əlindən tutaraq belə deyir:
De ki: Sübhənallahi valhəmdulilləhi va lə iləhə illəllahu vallahu əkbər
🔘 Bədəvi əlini bükərək o zikrləri edir, sonra gedir. Yolda bir az düşünür və yenidən geri qayıdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) təbəssüm edərək belə deyir:
"Yazıq qayıtdı."
🔘 Bədəvi qayıdaraq belə deyir:
"Ey Allahın Rəsulu! Sübhənallahi valhəmdulilləhi va lə iləhə illəllahu vallahu əkbər bütün bunlar, Allah üçündür, bəs mənim üçün nə var?!"
🔘 Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:
"Ey bədəvi!"
🔹 Sən "SÜBHƏNALLAH" dedikdə, Allah belə deyər:
"DOĞRU DEDİ!"
🔹 Sən "ƏLHƏMDULİLLƏH" dedikdə, Allah belə deyər:
"DOĞRU DEDİ!"
🔹 Sən "LƏ İLƏHƏ İLLƏLLAH" dedikdə, Allah belə deyər:
"DOĞRU DEDİ!"
🔹 Sən "ALLAHU ƏKBƏR" dedikdə, Allah belə deyər:
"DOĞRU DEDİ!"
🔘 Əgər sən bundan sonra belə desən:
🔸 "Allahummə-ğfirli" (Allahım məni bağışla), Allah belə deyər:
"ARTIQ ETDİM!"
🔘 Sonra belə desən:
🔸 "Allahummə-rhəmni" (Allahım mənə rəhm et) Allah belə deyər:
"ARTIQ ETDİM!"
🔘 Və desən ki:
🔸 "Allahummə-rzuqni" (Allahım məni ruziləndir) Allah belə buyurar:
"ARTIQ, BUNU DA ETDİM!"
🔘 Bədəvi yeddi barmağını bükərək qaçmağa başlayır."

📚Beyhəqi, şuabul iman 610. Albani, Silsilə Sahihə 3336. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər.

[سورة النور 10]
ən-Nur 10.

(وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ)

Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.

[سورة النور 14]
ən-Nur 14.

(وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَحِيمٌ)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi.

[سورة النور 20]
ən-Nur 20.
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlman müsəlmanın qardaşıdır: ona zülm etməz və onu təhlükəyə atmaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər.”

📚Buxari 2442. Muslim 2580.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ)

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir!

[سورة التغابن 1]
ət-Təğabun 1.
(وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ)

Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.

[سورة اﻷعراف 204]
əl-Əraf 204.
(إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ)

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

[سورة النور 19]
ən-Nur 19.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir kişi başqa bir kənddə olan qardaşını ziyarət etməyə gedir. Allah onun getdiyi yolun üstünə bir mələk göndərir. Mələk (insan qiyafəsində) ona yaxınlaşır və: "Hara gedirsən?"– deyə soruşur. O deyir: "Bu kənddə olan qardaşıma baş çəkmək istəyirəm." Mələk deyir: "Onun sənə verəcəyimi var?" Adam belə cavab verir: "Xeyr, mən onu Allah xatirinə sevirəm." Mələk deyir: "Mən Allahın sənə göndərdiyi elçisiyəm. Gəlmişəm sənə müjdə verim. Sən onu sevdiyin kimi, Allah da səni sevir.”

📚Muslim 2567. İbn Hibban 576.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Suheyb (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Həqiqətən, sizin ən xeyirliniz yemək yedirən və salamı alanınızdır.”

📚Əhməd 23971. Hakim 7739. Albani, sahihul cami 3318. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ)

Kişi və qadınlaradan, mömin olaraq kim yaxşı iş görərsə, əlbəttə, ona gözəl həyat bəxş edəcəyik və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

[سورة النحل 97]
ən-Nəhl 97.
(وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ)

Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.

[سورة السجدة 22]
əs-Səcdə 22.
(وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ)

Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.

[سورة هود 114]
Hud 114.
🌟Fərva ibn Nofəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Yatağına girdiyin zaman «Qul yə əyyuhəl Kəfirun» surəsini oxu! Sona çatdıqda yat. Çünki o, şirkdən uzaqlaşdırır (qoruyur).”

📚Əbu Davud 5055. Tirmizi 3403. Albani, sahihul cami 292. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Adəm övladı Allahı zikr etmək kimi onu Allahın əzabından ən çox qurtaracaq bir əməl işləməmişdir.”

📚Əhməd 22132. İbn Macə 3790. Albani, sahihul cami 5644. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Cümə günü edilən əməllər.

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 07:27:16
Back to Top
HTML Embed Code: