Telegram Web Link
💫İbnul Qeyyim (rahiməhullah) belə buyurur:

“Əgər qədr gecəsi ildə bir gecə olsa idi, o gecəyə yetişmək üçün bütün ilin gecələrini namaza durardım. Elə isə on gecəni necə namaza durmayım.”

📚Bədaiul fəvaid 1/55.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Vasilə bin əl-Əsq'a (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İbrahimin səhifələri Ramazanın birinici gecəsi nazil olub. Tövrat Ramazanın yeddinci gecəsi nazil olub. İncil Ramazanın on dördüncü gecəsi nazil olub. Zəbur Ramazanın on doqquzuncu gecəsi nazil olub. Quran isə Ramazanın iyirmi beşinci gecəsi nazil olubdur.”

📚Əhməd 16984. Tabərani, mucamul kəbir 185. Beyhəqi, şuabul iman 2053. Albani, sahihul cami 1497. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qədr gecəsinin (əlamətləri) barədə belə demişdir:

“Qədr gecəsi parlaq-işıqlı (nurlu) mülayim olar, nə isti nə də soyuq olar, həmin günün səhəri günəş parlaq olmadan şüasız çıxar.”

📚İbn Xuzeymə 2192. Albani, sahihul cami 5475. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) buyurur: Ramazan ayı yetişdikdə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi:

“Həqiqətən, bu ay (Ramazan) artıq gəlib çatıb, onda min aydan xeyirli bir gecə vardır. Kim ondan məhrum olarsa, artıq xeyrin hamısından məhrum olmuşdur. Onun xeyrindən yalnız məhrum olmuş kimsə məhrum olar.”

📚İbn Macə 1644. Albani, sahihul cami 2247. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm.”

📚Tirmizi 2526. İbn Hibban 7387. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qədr gecəsi iyirmi yeddinci gecə yaxud iyirmi doqquzuncu gecədir. Həqiqətən, həmin gecədə yer üzündə mələklər, xırda daşların sayından daha çox olurlar.”

📚Əhməd 10734. İbn Xuzeymə 2194. Albani, silsilə sahiha 2205. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Qədr gecəsinin 27 ci gecə olmasına dəlillər

1- Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir:
«Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar».
(Səhih Muslim, 762).

2-Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi:
- Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər.
Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«İyirmi yeddinci gecəni ibadətdə keçir».
(Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib)

3- İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir :
«Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın».
Başqa bir rivayətdə buyurmuşdur:
«Onu iyrimi yeddinci gecədə axtarın»
(Müsnəd Əhməd, 4808, hədis səhihdir)

4- Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir»
(Sünən Əbu Davud, 1386, Albani səhih deyib).

5-İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
«Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyrimi yeddinci gecə olduğundan şəkk etməyiblər».
(Şərh Sahih Muslim)

6- Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir:
«Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir».

7-Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir:
«Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir.
Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu.
Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər».

8- Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var.
Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm.
Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər.
İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər» .

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://www.tg-me.com/islamveelm
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) fitrə zəkatını bir saa (2 kq) xurma və ya arpa çıxartmağı hər bir müsəlman, qadın və kişiyə, böyük və kiçiyə, azad və qula, fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.”

📚Buxari 1503. Muslim 984. Nəsai 2503.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Ömərin (radiyallahu anhumə) köməkçisi olan Nafiidən belə dediyi rəvayət olunur:

“(Fitrə zəkatını) Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar.”

📚Buxari 1511. Muslim 984.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Fitrə zəkatını oruc tutanın pis və boş-boşuna danışdığı sözlərdən təmizlənməsi və kasıbların yeməsi üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir.”

📚Əbu Davud 1609. İbn Macə 1827. Albani, sahihul cami 3570. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) belə rəvayət edir:

“Biz Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) zamanında ramazan bayramında fitrə zəkatını bir saa (2 kq) yeməkdən çıxarardıq. O zaman bizim yeməyimiz arpa, kişmiş, qurut və xurma idi.”

📚 Buxari 1510. Muslim 985. Əbu Davud 1616.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Vakii ibn Cərrah (rahiməhullah) buyurur:

“Ramazanda Fitrə zəkatı Namazımda səhv səcdəm kimidir, Səcdə Namazdakı nöqsanları tamamladığı kimi, Zəkat da Ramazanda olan nöqsanları tamamlayır.”

📚Məcmuu lin-Nəvəvi 6/120.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh

Bayram 13 maydır. Bu gecə təravih namazı qılınır, sabah orucuq inşAllah.
📢Bayram qabağı bilinməsi zəruri olan məlumatlar:

1. Bayram namazından əvvəl çimmək və gözəl paltar geyinmək. İbn Ömər (radiyallahu anhuma) belə edərdi.

2. Bayram namazına evdən çıxmadan əvvəl tək sayda xurma yemək sünnətdir. Üç, beş və daha çox tək sayda xurma yemək olar. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Fitrə bayramı günü tək sayda xurma yeməmiş çölə çıxmazmış.

3. Bayram günü sünnətdir ki, evdən bayram namazı qılınan musallaya (və ya məscidə) gedərkən və imam namazı qıldırmağa gələnə kimi təkbir gətirmək. İbn Ömər (radiyallahu anhuma) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edir.

Kişilər ucadan, qadınlar isə sakit təkbir gətirir.

”Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”

Və ya

”Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Allahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”


Birlikdə xor şəkilində təkbir gətirmək bidətdir. Nə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bunu edib, nə də ki, onun səhabələri. Hər kəs təklikdə özü üçün təkbir etsin.


4. Ayaqla gəzərək bayram namazına getmək sünnətdir. Əli (radiyallahu anhu) deyib ki, bayram namazına ayaqla getmək sünnətdir.

5. Bayram namazına gedərkən bir yolla, evə qayıdarkən isə başqa yola getmək sünnətdir. Cabir (radiyallahu anhu) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edib.

6. Bayram namazından əvvəl və sonra heç bir sünnət namazı yoxdur. Namaz qılınan yerə gəlinir və heç bir sünnət namazı qılmadan imam gələnə kimi oturulur. İmam gəldikdən sonra imamla bayram namazı qılınır.

Bayram namazı günəş çıxdıqdan sonra azansız və iqaməsiz qılınır.

Bayram namazı iki rükətdən ibarətdir. Birinci rükət 7 təkbirdən, ikinci isə 5 təkbirdən ibarətdir. Bayram namazında Əla və Ğaşiyə və ya Qaf və Qamər surələrini oxumaq sünnətdir. Xütbə bayram namazından sonra verilir.

7. Qadınların bayram namazında iştirak etməsi təkid edilmiş sünnətdir.

Heyzli qadınlar da bayram namazında iştirak edə bilərlər, amma namaz qılınan yerdən (məsicddən və ya musalladan) qıraqda durmalıdırlar. Onlar zikrləri eşidər və xütbədən faydalanarlar.


8. Əgər Fitrə bayramı cümə gününə düşərsə, bayram namazı qılana cümə namazı qılmaq vacib deyil.


9. Bayram günü insanlar bir- birilərini ''Allah bizdən və sizdən qəbul etsin'' deyərək təbrik edə bilərlər.

Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq icazəlidir. Və həmçinin bayram münasibəti ilə hədiyyə vermək və almaq da icazəlidir.

10. Fitrə bayramı cəmi bir gündür, Qurban bayramı isə üç gün.

12. Bayram günü oruc tutmaq qadağandır.

13. Bayram günü dəf çalmaq yalnız qadınlara icazəlidir.

14. Məhz bayram günlərini xüsusiləşdirərək qəbirstanlığa ölüləri ziyarət etməyə getmək bidətdir.


📝 Məqalə əsasən Şeyx Fovzanın (hafizahullah) aşağıdakı linkdəki dərsinə əsasən tərtib edilib.

www.alfawzan.af.org.sa/node/14073



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) ramazan və qurban bayramı günlərində oruc tutmağı qadağan etmişdir.”

📚Buxari 1991. Muslim 827.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Səid əl-Xudri (radiyallahu anhu) demişdir.

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bayram namazından öncə heç bir namaz qılmazdı. (Bayram namazından sonra) evinə qayıtdıqda iki rükət namaz qılardı.”

📚İbn Macə 1293. İbn Xuzeymə 1469. Hakim 1102. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Ramazan bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
🌟Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.”

📚Muslim 1164. Əbu Davud 2433. Tirmizi 759.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Bişr əl-Həfi (rahiməhullah) belə buyurur:

“Allahın haqqını yalnız ramazanda tanıyan qövm necədə pis bir qövmdür. Həqiqətən, saleh kimsə (təkcə ramazanda deyil) bütün il boyu Allaha ibadət etməyə çalışan kimsədir.”

📚Lətaiful Məarif 222.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Rəcəb (rahiməhullah) belə buyurur:

“Ramazan orucundan sonra, yenidən oruca qayıtmaq, Ramazan orucunun qəbul olmasının əlamətidir. Çünki, Allah bəndənin əməlini qəbul etdikdə, o əməldən sonra ona başqa saleh əməllər etməyə müvəffəq edir.”

📚Lətaiful Məarif 221.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 07:29:07
Back to Top
HTML Embed Code: