Telegram Web Link
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizə Ramazan ayı, mübarək bir ay gəldi. İzzət və Cəlal sahibi Allah bu ayda oruc tutmağı sizə fərz etmişdir. Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, azğın şeytanlar isə zəncirlənər. Bu ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir. Kim onun xeyrindən məhrum olarsa, həqiqi məhrumdur.”

📚Əhməd 7148. Nəsai 2106. Albani, səhih tərğib 999. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) İftar edərkən belə deyərdi:

«ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللّه»

"Zəhəbəz-zaməu, vabtəllətil uruq, va səbətəl əcru in şəə Allah"

[Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı.]

📚Əbu Davud 2357. Albani, sahihul cami 4678. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhumə) belə buyurur:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) insanların ən səxavətlisi idi. Ramazanda, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazanın hər gecəsində Peyğəmbər ilə görüşər, onunla birlikdə Quranı oxuyub təkrar edərdi. Odur ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) xeyirli işlərə tələsməkdə sərbəst əsən küləkdən daha sürətli olardı.”

📚Buxari 6. Muslim 2308.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Zeyd ibn Xalid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.”

📚Tirmizi 807. İbn Macə 1428. İbn Hibban 3429. Albani, sahihul cami 6415. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç şey Peyğəmbərliyin əxlaqındandır! İftarı tezləşdirmək, Səhuru gecikdirmək və Namazda sağ əli sol əlin üstə qoymaq.”

📚Heysəmi 2/108. Albani, sahihul cami 3038. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim oruclu olduğu halda unudaraq yeyərsə və ya içərsə orucunu tamamlasın. Çünki onu Allah yedirib və içirmişdir.”

📚Buxari 1933. Muslim 1155. İbn Macə 1366.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.”

📚İbn Hibban 3467. Albani, səhih tərğib 1066. ((həsən səhih)).

💫Əbul Aliyə (rahiməhullah) buyurur: “Allahın salavatı (duası) onu tərifləməsidir. Mələklərin salavatı isə onun üçün dua etməsidir.”
Dahhak (rahiməhullah) buyurur: “Allahın salavatı rəhmət, mələklərin salavatı isə duadır.”

📚Fadlus Saləti Alən-Nəbiy 95, 96.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan gecələrini imanla və mükafatını (yalnız Allahdan) istəyərək namaz (təravih) qılarsa, keçmiş günahları bağışlanar.”

📚Buxari 2009. Muslim 759. Tirmizi 808.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) belə rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi.”

📚Əbu Davud 2356. Tirmizi 696. Albani, silsilə sahiha 2840. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Xurma möminin ən gözəl səhur yeməyidir.”

📚Əbu Davud 2345. İbn Hibban 3475. Albani, səhih tərğib 1072. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫əl-Qurtubi (rahiməhullah) demişdir:

“Deyilir ki, həqiqətən bu ay günahları yandırdığına görə ramazan adlanıb. Yəni saleh əməl vasitəsilə günahları yandırır.”

📚əl-Cəmiu li-Əhkəmi əl-Quran 2/271.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Səhur yeməyində bərəkət var. Sizdən biri bir qurtum su içməklə olsa belə, onu tərk etməsin. Çünki Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.”

📚Əhməd 11396. Albani, sahihul cami 3683. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, hər iftar vaxtında Allah tərəfindən (Cəhənnəm atəşindən) azad edilənlər vardır. Bu (ramazanın) hər gecəsində olur.”

📚İbn Macə 1643. Albani həsən səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim (oruclu olarkən) ədəbsiz danışmağı və yalanı tərk etməzsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Tabərani, mucamus-sağir 472. Albani, səhih tərğib 1080. ((həsən liğeyrihi)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Zubeyr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər hansı bir evdə iftar edirdisə (ev sahibi üçün) dua edərdi:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ ، وَأَكَلَ طَعَامَكُمُ الأَبْرَارُ ، وَصَلَّتْ عَلَيْكُمُ الْمَلائِكَةُ .

Əftara indəkumus-saimun, va əkələ təaməkumul-əbrar, va sallət aleykumul-mələikə.

Oruc tutanlar sizdə iftar açsın, yeməyinizi yaxşı adamlar yesin, mələklər də sizin üçün dua etsin!

📚 Əbu Davud 3854. İbn Macə 1429. İbn Hibban 5296. Albani, sahihul cami 4677. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫əl-Beydavi (rahiməhullah) buyurmuşdur:

“Orucun əmr olunmasındakı məqsəd, ac və susuz qalmağın özü deyildir, əksinə şəhvətləri sındırmaq, pislikləri əmr edən nəfsi xatircəm olan nəfsə tabe etdirməkdir. Əgər bu hasil olmazsa, Allah ona qəbul etmə nəzəri ilə baxmaz.”

📚Fəthul-Bari 5/235.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) belə rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) iftar etdikdə xurma ilə başlayardı.”

📚Nəsai, sünənul kubra 3318. Albani, silsilətus sahiha 2117. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim imam namazı bitirib gedənə kimi onunla namaz (təravih) qılarsa bütün gecəni namaz qılmış (savabı) yazılar.”

📚Əbu Davud 1375. Tirmizi 806. Albani, sahihul cami 2417. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) buyurmuşdur:

“Ramazan ayında fəqirlərə yemək ilə yardım etmək, İslamın sünnələrindəndir.”

📚Məcmu əl-Fətəva 25/298.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Haris (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən birinin belə dediyini rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhur etdiyi vaxt yanına gəldim. O belə buyurdu: Həqiqətən, səhur yeməyi, Allahın sizə verdiyi bərəkətdir. Onu tərk etməyin!”

📚Nəsai 2161. Albani, səhih tərğib 1069. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 11:17:03
Back to Top
HTML Embed Code: