Telegram Web Link
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazanı imanla və mükafatını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağış­lanar.”

📚Buxari 38. Muslim 760.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Oruc tutan kişilər və oruc tutan qadınlar üçün Allah bağışlama və böyük mükafat hazırlamışdır.

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا.

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

📖əl-Əhzəb, 35.


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Uca Allah müsafirdən orucu və namazın yarısını götürmüşdür. Hamilə və uşaq əmizdirən qadından isə oruc tutmağı götürmüşdür.”

📚Əhməd 19347. Əbu Davud 2408. Tirmizi 715. Nəsai 2274. Albani həsən səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxıb: “Amin, amin, amin” - dedi. (Səhabələr) soruşdular: “Ey Allahın Rəsulu! Həqiqətən, sən minbərə qalxıb: “Amin, amin, amin”- dedin?” Peyğəmbər belə buyurdu:

“Həqiqətən, Cəbrayıl (aleyhissələm) yanıma gəlib dedi: “Kim Ramazana yetişib günahları bağışlanmamış (halda ondan ayrılsa), Cəhənnəmə girsin və Allah onu (rəhmətindən) uzaqlaşdırsın! “Amin” de! - dedi və mən də “Amin” dedim. “Kimin Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onunla yaşayıb, sonra da onlara yaxşılıq etməyib ölərsə, Cəhənnəmə girsin və Allah onu (rəhmətindən) uzaqlaşdırsın! “Amin” de! - dedi və mən də “Amin” dedim. “Kimin yanında xatırlandığın zaman sənə salavat gətirməyən, Cəhənnəmə girsin və Allah onu (rəhmətindən) uzaqlaşdırsın! “Amin” de! - dedi və mən də “Amin” dedim.”

📚Əbu Yəalə 5922. İbn Hibban 907. Albani, səhih tərğib 1679. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allah buyurur: Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görədə Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə qoy desin ki, "Mən oruc tutmuşam" Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah yanında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir.”

📚Buxari 1904. Muslim 1151. Nəsai 2215.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allahın razılığını qazanmaq üçün Lə iləhə illəllah desə son sözü bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün oruc tutsa son əməli bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün sədəqə versə son əməli bununla bitərsə, Cənnətə girər.”

📚Əhməd 22813. Albani, səhih tərğib 985. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Amr ibn Murra əl-Cuhəni (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi:

“Ey Allahın Rəsulu! Mən, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və həqiqətən, sənin Allahın Rəsulu olduğuna şəhadət gətirdim, beş namazı qıldım, malımın zəkatını verdim, ramazan ayını oruc tutdum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim valideynlərinin üzünə ağ olmaz və bu (əməllərin) üzərində ölərsə, Qiyamət günü peyğəmbərlər, siddiqlər, və şəhidlərlə birlikdə olar. İki barmağını birləşdirib beləcə dik tutdu.”

📚Əhməd 24009. İbn Hibban 3438. Albani, səhih tərğib 2515. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayı yetişdiyi zaman göyün qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlara zəncir vurulur.”¹

“Ramazan yetişdiyi zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlara zəncir vurulur.”²

“Ramazan yetişdiyi zaman rəhmət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlara zəncir vurulur.”³

📚Buxari ¹1899, ²3277. Muslim ³1079.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və asi cinlər zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açıq qalmır, Cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Bir çağrışçı belə deyər: Ey xeyir istəyən kimsə! Qəbul et! Ey şərr istəyən kimsə! Geri çəkil! Hər gecə Allahın cəhənnəmdən azad etdiyi kimsələr vardır.”

📚Tirmizi 682. İbn Macə 1339. Albani, sahihul cami 759. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim (oruclu ikən) yalanı və onunla əməl etməyi və cahilliyi tərk etməzsə, onun yeyib içməsini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Buxari 6057. İbn Hibban 3480.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Oruc tutmaq təkcə yemək və içməyi təkr etməklə olmur. Həqiqətən, oruc tutmaq həm də boş-boş danışmağı və söyüş söyməyi tərk etməklə olur. Əgər biri səni söyərsə və ya sənə qarşı cahillik edərsə, de: Həqiqətən, mən orucam. Həqiqətən, mən orucam.”

📚İbn Xuzeymə 1996. İbn Hibban 3479. Hakim 1570. Albani, səhih tərğib 1082. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Cümə günü həftənin tərəzisidir.
Ramazan ayı ilin tərəzisidir.
Həcc isə ömürün tərəzisidir.”

📚Zədul Məad 1/384.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu İshaq əl-Həmədani (rahiməhullah) buyurmuşdur:

“Əli ibn əbi Talib (radiyallahu anhu) Ramazan ayının ilk gecəsi, çıraqlar işıq saçdığı və Allahın kitabı məscidlərdə oxunduğu vaxt çıxıb belə dedi: “Allahın məscidlərini Quranla nurlandırdığın kimi, Allah da səni qəbrində nurlandırsın ey Ömər ibn Xattab.”

📚İbn əbid-Dunyə, movsua 1/369.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Oruclu misvakdan istifadə edə bilərmi?

🔺İstər ramazan orucu olsun istərsə də nafilə orucu, oruclu halda misvakdan istifadə etmək orucu pozmur nə də savabını azaltmır.

🔺Misvakdan hər hansı bir vaxtda istifadə etmək sünnədir.

🔹Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Misvakdan istifadə etmək ağzın təmiz qalmasına və Rəbbin razı olmasına səbəbdir.”

📚Nəsəi 5. Albani səhih demişdir.

Hədisdə keçən bu cümlə "Rəbbin razı olmasına səbəbdir." Yəni nə vaxt misvakdan istifadə etsən Rəbbin səndən razı qalar. Rəbbimizin razılığını qazanmaq daima lazımdır.

🔹Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

"Əgər ümmətimə çətin olmasaydı, hər dəstəmazda mivakdan istifadə etməyi əmr edərdim."

📚İbn Xezeymə 140. Albani, sahihul cəmi 5317. ((səhih)).

🔹Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Əgər ümmətimə çətim olmasaydı, hər namazdan əvvəl misvakdan istifadə etməyi əmr edərdim."

📚Buxari 887. Muslim 252.

Hər hansı bir vaxt misvakdan istifadə etmək sünnədir. Amma bəzi vaxtlarda misvakdan istifadə etmək təkid olunan sünnədir. Yuxarıda keçən hər iki hədis dəlildir ki, hər dəstəmazda və hər namazdan əvvəl misvakdan istifadə etmək lazımdır (təkid olunan sünnədir). Burda heç bir istisna gəlməyib ki, orucluya olmaz deyə, əksinə hədis dəlildir ki, ümumən icazəlidir, və qadağan edən heç bir "səhih" dəlildə yoxdur. (oruclu oldun olmadın) dəstəmaz alanda və ya namazdan əvvəl misvakdan istifadə et.

💫İmam Buxari (rahiməhuallah) öz səhih kitabında, oruc kitabının 27-ci fəslinin ünvanında isnadsız (qoyduğu şərtə uyğun olmadığına görə hədisi isnadsız bir başa fəsilə başlıq olaraq yazmışdır) bir hədis zikr etmişdir:

🌟Amir ibn Rəbia (radiyallahu anhu) rəvayət edir ki:
“Mən dəfələrlə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm), oruclu ikən misvakdan istifadə etdiyini görmüşəm.”

📚Buxari, Sovm: 27 fəsilə başlıq kimi yazmışdır. Əbu Davud 2364. Tirmizi 725.

Bu hədisin hökmü elm əhli arasında ixtilafdır. Şeyx Albani "zəif" demişdir. İbn Həcər "həsən" demişdir. Əbu Davud bu hədisi isnadla rəvayət edib "susmuşdur". Tirmizidə bu hədisi isnadla rəvayət edib "həsən" demişdir.

❗️Qeyd: Misvakdan qopanı udmaq olmaz. Kim unudub udarsa orucu pozulmaz.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Nə qədər oruclu vardır ki, orucundan ona ac qalmaqdan başqa şey yoxdur. Və nə qədər gecə namazına qalxan vardır ki, qalxmağından ona yuxusuzluqdan başqa bir şey yoxdur.”

📚İbn Macə 1690. İbn Xuzeymə 1873. Albani, sahihul cami 3488. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Huzeyfə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kimin son əməli orucla bitərsə Cənnətə girər.”

📚Bəzzar 2781. Albani, sahihul cami 6224. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Cabir (radiyallahu anhu) buyurmuşdur:

“Oruc tutduğun zaman qulağın, gözün və dilinlə oruc tut. Sakit və təmkinli ol. Oruclu gününlə başqa günlərin eyni olmasın.”

📚İbn Əbi Şeybə, musannəf 8880. Beyhəqi, şuabul iman 3646.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Talhə ibn Ubeydullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hilalı (təzə ay) görəndə belə deyərdi:

“Allah ən böyükdür! Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla, islamla və ey Rəbbimiz, sevdiyin və razı qaldığın işlərə müvəffəqiyyət verməklə başımız üzərinə çıxart! (Ey hilal) Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!”

📚Tirmizi 3451. Darmi 1730. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌙SABAH İNŞƏALLAH 1 RAMAZAN

Əziz Müsəlmanlar!

Bu gecə ilk Təravih namazı qılınacaq.
Sabah isə Ramazanın ilk gününün orucudur.
Ramazan ayınız mübarək olsun!!!
🌟Hafsa bint Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim oruca gecədən niyyət etmirsə onun orucu yoxdur.”¹

“Fəcrdən əvvəl oruc tutmağa niyyət etməyənin orucu yoxdur.”²

📚¹Əbu Davud 914. ²Tirmizi 730. Albani, sahihul cami ¹6535, ²6538. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 13:18:43
Back to Top
HTML Embed Code: