Telegram Web Link
🌟Salman ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən biri oruclu olduğu zaman iftar etdikdə qoy iftarını xurma ilə etsin. Əgər xurma tapmasa, qoy iftarını su ilə etsin. Çünki, su təmizdir.”

📚Əhməd 12676. Tirmizi 694. Albani, sahihul cami 6583. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.”

📚İbn Hibban 1770. Albani, sahihul cami 2286. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Bəkr ibn əbi Məryəm (rahiməhullah) şeyxlərindən rəvayət edərək deyir ki, onlar deyərdilər:

“Ramazan ayı gəldiyində, bu ayda sədəqə verməyi çoxaldın! Çünki bu ayda verilən sədəqə Allah yolunda xərclənən sədəqə kimi qat-qat artırılar. Bu ayda edilən təsbih (SubhənAllah demək) digər aylarda edilən təsbihdən min dəfə daha fəzilətlidir.”

📚İbn Racəb, lətaiful məarif 357.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Uca Allah Ramazanın hər gündüzü və gecəsində bir qrup insanı cəhənnəmdən azad edir. Həqiqətən, Ramazanın hər gündüzü və gecəsində hər bir müsəlmanın qəbul olunası bir duası var.”

📚Əhməd 7450. Bəzzar 962. Albani, səhihut tərğib 1002. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İnsanlar iftarı tezləşdirdikləri müddətdə, xeyir içində olacaqlar.”

📚Buxari 1957. Muslim 1098.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Zuhri (rahiməhullah) Ramazan ayı daxil olduqda deyərdi:

“Bu ay Quran oxumaq və yemək yedizdirmək ayıdır.”

📚İbn Racəb, Lətaiful məarif 400.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnətin səkkiz qapısı vardır. O qapılardan birinin adı Reyyandır. O qapıdan yalnız oruc tutanlar girər.”

📚Buxari 3257. Beyhəqi 7865.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Nə qədər ki, insanlar iftarı tezləşdirərlər din zahir olacaqdır. Çünki yəhudilər və xristiyanlar gecikdirirlər.”

📚Əbu Davud 2353. Albani, sahihul cami 7689. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Ən yaxşı oruc tutanlar, oruc olduqları zaman Allahı ən çox zikr edənlərdir.”

📚əl-Vabilus-Seyyib 153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Səhl bin Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətim iftarda ulduzları gözləmədiyi müddətcə sünnəm üzərində olarlar.”

📚İbn Xuzeymə 2061. İbn Hibban 3510. Albani, səhih tərğib 1074. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir qurtum su ilə olsa belə səhur edin.”

📚İbn Hibban 3476. Albani, səhih tərğib 1071. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazanda edilən ümrə həccə bərabərdir.”¹

“Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.”²

📚¹Buxari 1782. ²Muslim 1256.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Q ə d r S u r ə s i

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işə görə yerə enərlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olar.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Aişə (radiyallahu anhə) buyurur ki, mən dedim: Ey Allahın Rəsulu! De görüm, əgər bilsəm ki, Qədr gecəsidi onda nə deyim?! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: De:

اللَّهُمَّ إِنَّكَ عَفْوٌّ تُحِّبُ الْعَفْوَ فَاعْفُ عَنِّي

Allahummə innəkə afuvvun tuhibbul afva fə'afu anni.

Allahım! Həqiqətən, sən əfv edənsən, əfv etməyi sevirsən məni əfv et!

📚Tirmizi 3513. İbn Macə 3850. Albani, sahihul cami 4423. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) belə rəvayət edir:

“(Ramazanın) axır on günü girdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belbağını bərk-bərk bağlayardı (canla-başla ibadət etməyə ciddi hazırlıq görərdi) və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).”

📚Buxari 2024. Muslim 1174.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Qədr gecəsini imanla və savabını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar.”

📚Buxari 2014. Muslim 760. Əbu Davud 1372.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qədr gecəsi parlaq gecədir, nə isti nə də soyuq olur. O gecədə ulduz atılmaz. O gecənin gündüzünün əlaməti isə günəş şüasız çıxar.”

📚Tabərani, mucamul kəbir 17605. Albani, sahihul cami 5472. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul-Qeyyim (rahiməhullah) demişdir:

“Ramazanın son on gecəsi zulhiccənin ilk on gecəsindən daha fəzilətlidir, zulhiccənin ilk on gündüzü isə, ramazanın son on gündüzündən daha fəzilətlidir. Ramazanın son on gecəsi qədr gecəsinə görə fəzilətli edilib. Zulhiccənin ilk on gündüzü isə, qurban günü, ərəfə günü və tərviyə gününə (zilhiccənin səkkizi) görə fəzilətli edilib”.

📚Zədul-məad 1/57.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 13:16:13
Back to Top
HTML Embed Code: