Telegram Web Link
(وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ)

Sənə ölüm gələnədək Rəbbinə ibadət et.

[سورة الحجر 99]
əl-Hicr 99.
(وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ)

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz danışan kim ola bilər?!

[سورة فصلت 33]
Fussilət 33.
(وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ)

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.

[سورة اﻷنعام 120]
əl-Ənam 120.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ)

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dünya sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.

[سورة لقمان 33]
Loğman 33.
🌟Həni ibn Yəzid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnəti vacib edən əməllər yemək yedirmək, salamı yaymaq və gözəl söz danışmaqdır.”

📚İbn Hibban 504. Albani, səhih tərğib 2690. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.”

📚Beyhəqi, sünənul kubra 5995. Albani, səhih tərğib 1673. ((həsən))



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kiçik günahlardan çəkinin! Həqiqətən, kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, biri bir çöp başqa biri bir çöp gətirir və nəhayət çör-çöp toplayıb yeməklərini bişirirlər. Həqiqətən, kiçik günahlar da üst-üstə toplanıb sahibini belə həlak edir.”

📚Əhməd 22808. Albani, silsilə sahiha 389. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَٰئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah Bağışlayandır, Rəhmlidir!

سورة الفرقان 70
əl-Furqan 70.
🌟Səmura ibn Cundəb (radiyallahu anhu) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) sübh namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb. O, qarmağı oturan adamın yanağına soxub onun ağzının bir tərəfini qafasına qədər cırır, sonra da bu qaydada onun ağzının digər tərəfini cırırdı. Bu əsnada ağzının əvvəl cı­rılan tərəfi sağalır və o, təzədən həmin tərəfi cırırdı. Mən: “Bu nədir?”– deyə so­ruş­dum. O iki nəfər mənə: “Get!”– dedi. Biz yolumuza davam etdik. Nə­ha­yət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə baş­qa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış ada­mın başını əzirdi. Daşı hər dəfə onun başına vur­duqda daş yumbalanıb ge­dir­di. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bi­ti­şə­rək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: “Bu kim­­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza davam et­dik. Nəhayət, gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyu­ğun altında atəş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən: “Bunlar kim­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kəna­rında isə başqa birisi dayanmışdı, qarşısında da çoxlu daşlar var idi. Çayın için­dəki adam sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Beləcə, o hər dəfə sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Mən: “Bu nədir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza da­vam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında otu­rub qarşısındakı odu alovlandırırdı. Sonra yoldaşlarım məni ağaca qal­dır­dı­lar və məni elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini gör­mə­miş­dim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çı­xardıb bir az da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi. Mən o iki nəfərə de­dim: “Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə mənə gördüklərim barədə xə­bər verin.” Onlar dedilər: “Bəli! Ağzı cırılan adama gəlincə, o, bir yalançıdır. Dünyada ikən o, yalan danı­şardı və onun bu yalanı hər tərəfə yayılardı. Qi­ya­mət günü­nədək onun ağzı beləcə cırılacaq. Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun için­dəkilərə əməl etməmişdir. Qiya­mət gününə­dək onun başı beləcə əziləcək. Də­likdə gördüyün adamlar zinakar­lardır. Çayın içində gördüklərin isə sələm ye­yən­lərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim, ətrafındakı uşaqlar isə in­sanların övladla­rıdır. Odu alovlan­dıran Cəhənnəmin gözətçisi – Malikdir. Da­xil olduğun birinci ev bütün mömin­lərin evi, bu gördüyün ev isə şəhidlərin evi­dir. Mən Cəbrailəm, bu da Mikaildir. Qaldır başını”. Mən yuxarı baxıb ba­şım üzərində buluda bənzər bir şey gördüm. Onlar: “Bu sənin mənzilindir”– de­dilər. Mən dedim: “Qoyun mən öz mənzilimə daxil olum!” Onlar dedilər: “Sə­nin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış ol­say­dın, mənzilinə girərdin.”

📚Əhməd 20165. Buxari 1386.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.

سورة اﻷنفال 24
əl-Ənfal 24.
(إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا)

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!

[سورة اﻷحزاب 56]
əl-Əhzab 56.
🌟Nəvvas ibn Səman (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Uca Allah doğru yola aid bir məsəl çəkdi; bu yolun hər tərəfində bir divar, həmin divarlarda açıq qapılar və bu qapıların üstündə sallanmış pərdələr var­dır. Yolun başında dayanmış bir nəfər in­sanları çağırıb: “Ey insanlar! Hamı­nız bu yolla gedin və firqələrə bölünməyin!”– de­yir. Digər dəvətçi də yolun üstündə dayanıb nəzarət edir. Kimsə o qapılardan biri­ni açmaq istəyəndə ona: “Vay sənin halına! O qapını açma. Əgər sən onu açsan, müt­ləq ora girəcəksən”– deyir. (Peyğəm­bər (sallallahu aleyhi və səlləm) sözünə davam edib) dedi: “Burada yol – İslam dinidir; divarlar – Allahın qoy­duğu hüdudlar və qayda-qanun­lardır, açıq qapılar – Allahın haram buyurduqlarıdır, yo­lun başında dayanan çağırışçı – Allahın Kitabıdır və nəhayət, yolun üstündə duran nəza­rətçi – Allahın hər bir müsəl­manın qəlbində təyin etdiyi nəsihətçidir.”

📚Əhməd 17634. Tirmizi 2859. Albani, sahihul cami 3887. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allah üçün ən çirkin olan söz bir adam digərinə "Allahdan qorx" dedikdə, o da qayıdıb ona "get, özünlə məşğul ol" deməsidir.”

📚Tabərani, mucamul-kəbir 8587. Albani, silsilə sahihə 2598. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərz namazından sonra ən fəzilətli namaz isə gecə namazıdır.”

📚Muslim 1163. Tirmizi 438. Nəsai 1612.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Osman ən-Nehdi (rahiməhullah) demişdir:

“Onlar (sələflər) üç on günü çox təzim edərdilər: Ramazanın son on gününü. Zulhiccənin ilk on gününü. Məhərrəmin ilk on gününü.”

📚Lətaiful Məarif 88.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə yahudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: Bu oruc tutduğunuz gün nədir? Onlar dedilər: Bu əzəmətli bir gündür! Allah bu gündə Musanı və qövmünü xilas etmiş, Fironu və qövmünü batırmışdır. Musa da bu günü Allaha şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Biz Musaya sizdən daha haqlı və daha yaxınıq.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu günü oruc tutdu və bunu əmr etdi”.

📚Buxari 2004. Muslim 1130.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Musa (radiyallahu anhu) belə rəvayət edir:

“Aşura günü yəhudilərin əzəmətləşdirdiyi və bayram etdiyi bir gün idi.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Siz o gün oruc tutun.”

📚Buxari 2005. Muslim 1131.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Muhəmməd ibn Şihəb əz-Zuhri (rahiməhullah) səfərdə olarkən aşura orucunu tutur, və ona deyilir ki:

“Nə üçün səfərdə olarkən ramazan orucunu tutmursan amma aşura orucunu tutursan? O, buyurur: “Çünki, ramazan orucunu başqa günlərdə tutmaq olur, amma aşura orucunu isə başqa günlərdə tutmaq olmur”.

📚Əs-Siyar 5/342.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 09:15:35
Back to Top
HTML Embed Code: