Telegram Web Link
🌟Səad ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Mü­səlmanı söymək fasiqlikdir, ona qarşı vuruşmaq isə küfrdür.”

📚Buxari 48. Muslim 64.



https://www.tg-me.com/DIN_NESIHETDIR
📖İbnus-Saləh (Allah ona rəhmət etsin) demişdir:

“Quran oxumaq — Allahın
insana etdiyi bir ikramdır.
Mələklərə bu verilməmişdir,
onlar Quranı insanlardan
dinləməyə can atırlar”.

📚 Əs-Suyuti, "Əl-İtqan", 1/275.

📌Paylaşaq, xeyrin yayılmasına vəsilə olaq!
© TOVHID.INFO
👍 www.tg-me.com/tovhidinfo
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Oktyabr ayının 19-20-21. Rabiul Əvvəl ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

سورة آل عمران 191
Ali İmran 191
💫Aişə (radiyallahu anhə) qadınlara xitab edərək, buyurmuşdur:

«Ey qadınlar! Əgər siz ərlərinizin sizin üzərinizdə olan haqlarını bilsəydiniz, ərlərinizin ayaqlarının altındakı tozu üzünüzdəki cizgilərlə təmizlərdiniz».

📚Musannəf, İbn əbi Şeybə 4/305.



https://www.tg-me.com/DIN_NESIHETDIR
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Rəhman və Rəhim olan Allahın adı ilə

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ
Hər bir qeybət edənin, tənə vuranın vay halına!
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ
O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ
və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ
Sən haradan biləsən ki, Hutəmə nədir?
نَارُ اللَّهِ الْمُوقَدَةُ
Bu, Allahın qaladığı Oddur.
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ
O Od ki, qalxıb ürəklərə çatacaq.
إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ
Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
فِي عَمَدٍ مُمَدَّدَةٍ
Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.

سورة الهمزة
Əl-Huməzə surəsi
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Altmış yaşına kimi ömrü uzanmış kimsənin Allahın hüzurunda üzür diləmək haqqı olmaya­caq.”

📚Buxari 6419. Hakim 3599.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi­yini eşitmişəm:

“Yaşlı adamın qəlbi cavan olaraq hər zaman iki şeylə – dün­ya sevgisi və arzularla dolu olur.”¹

“Yaşlı adamın qəlbi iki şeyi sevmə xüsusunda gəncdir; yaşamaq sevgisi və çoxlu mal sevgisi.”²

📚¹Buxari 6420. ²Muslim 1046.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan işləri tərk etsin.”

📚Tirmizi 2317. İbn Macə 3976. Albani, səhih tərğib 2881. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ən aciz adam dua etməkdə aciz olan şəxsdir, ən xəsis adam isə salam verməyə xəsislik edən şəxsdir.”

📚İbn Hibban 4498. Tabərani, mucamul ovsat 5591. Albani, sahihul cami 1044. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.

سورة النساء 110
Ən-Nisə 110
(ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ)

Bu belədir! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır.

[سورة الحج 32]
əl-Həcc 32.
وَمَنْ يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar.

سورة النساء 112
Ən-Nisə 112.
(إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا)

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!

[سورة اﻷحزاب 56]
əl-Əhzab 56.
إِنْ تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنْكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِنْ تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

Əgər küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.

سورة الزمر 7
Əz-Zumər 7
(وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ)

Bağışlanmalarını (istiğfar) dilədikləri müddətcə Allah onlara əzab verən deyildir.

[سورة اﻷنفال 33]
əl-Ənfal 33.
(وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ)

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.

[سورة اﻷعراف 205]
əl-Əraf 205.
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”

سورة المؤمنون 115
Əl-Muminun 115.
(قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. (Allah yolunda) nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

[سورة سبأ 39]
Səba 39.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
2024/10/04 15:31:17
Back to Top
HTML Embed Code: