Telegram Web Link
Lə iləhə illəllah-ın şərtləri

لا إله إلا الله
Lə iləhə illəllah: mənası:
Lə iləhə: İbadət olunan yoxdur - Allahdan başqa bütün ibadət olunanlar inkar edilir,
İlləllah: Allahdan başqa - ibadəti şəriki olmayan yalnız Allah üçün isbat etməkdir.
Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.
Lə iləhə illəllah-ın şərtləri:
1) Elm (bilmək) - Cəhalətin əksidir.
((Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. ...)) Muhəmməd 19.
2) Yəqinlik (əmin olmaq) -Şəkkin əksidir.
((Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, ...)) əl-Hucurat 15.
3) İxlas - Şirkin əksidir.
(( ... dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et! Doğrusu, əsl din ancaq Allaha məxsusdur. ...)) əz-Zumər 2-3.
4) Sidq (doğruluq) - Yalanın əksidir.
((İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.)) əl-Bəqərə 8.
5) Məhəbbət - Nifrətin əksidir.
((Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.)) Muhəmməd 9.
6) Boyun əymək (əl-İnqiyad) - Tərk etməyin əksidir.
((Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.)) ən-Nisə 65.
7) Qəbul etmək - üz çevirməyin əksidir.
((Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir)) əs-Saffat 35.



https://www.tg-me.com/DIN_NESIHETDIR
MUHƏMMƏDƏN RƏSULULLAHIN ŞƏRTLƏRİ


Lə İləhə İlləlləh kəlməsinin şərtləri olduğu kimi Muhəmmədən Rəsulullah - kəlməsinin də yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.

1. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Allahın Rəsulu olduğunu etiraf etməli və qəlbnən ona etiqad etməlidir. «Möminlər yalnız Allaha iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl-Hucurat 15).

2. Muhəmmədən Rəsulullahı dili ilə söyləməli və etiraf etməlidir. «Bunla(bu söylənilənlər) Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk». (əl-Bəqərə 252).

3. Peyğəmbərə – sallallahu aleyhi və səlləm – tabe olmaq, buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkilmək. De ki: «Əgər Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali-İmran 31). Allah öz sevgisini peyğəmbərə itaətə bağlamışdır. Allahın sevgisini qazanmaq istəyən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsinə tabe olmalıdır.

4. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – verdiyi bütün xəbərləri təsdiq etmək. (Əmr, qadağalar, keçmişə və gələcəyə dair verdiyi qeybi xəbərləri). «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7).

5. Peyğəmbəri – sallallahu aleyhi və səlləm – özündən, malından və cəmi insanlardan çox sevmək. «Peyğəmbər möminlərə onların özlərindən daha da yaxındır». (əl-Əhzab 6). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizlərdən biriniz məni valideyinlərindən, övladlarından və cəmi insanlardan çox sevmədikcə imanı kamil olmaz» Muslim 44.

6. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözünü yaradılmışların sözlərindən üstün tutmaq və onun sünnəsinə əməl etmək. «Ey iman gətirənlər! (sözləriniz və əməllərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin». (əl-Hucurat 1).

7. Peyğəmbərə – sallallahu aleyhi və səlləm – hörmət və ehtiram göstərmək. «Həqiqətən biz səni bir şahid, bir müjdəçi və qorxudan bir Peyğəmbər olaraq göndərdik. Allaha və onun Rəsuluna iman gətirsəniz, ona yardım etsəniz, onu böyük sayıb ehtiramını saxlayasınız və Allahı səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz». (əl-Fəth 8-9).
Namazın şərtləri:

1. İslamda olmaq.
2. Ağıl sahibi olmaq.
3. Həddi büluğa çatmaq.
4. Dəstamazlı olmaq.
5. Üç yerdən (paltardan, bədəndən, namaz qılınan yerdən) nəcasəti aradan qaldırmaq.
6. Övrət yerinin örtülməsi.
7. Vaxtın daxil olması.
8. Qibləyə tərəf yönəlmək.
9. Niyyət.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Zəkatın şərtləri:

1. İslamda olmaq.
2. Azad insan olmaq.
3. Zəkatın təyin olunan miqdarı tamam olmalıdır.
4. Malın üzərindən bir il keçməlidir. (Dənli bitkilər bir il gözlənilmir, yığım vaxtı zəkatı verilir).
5. Niyyət.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Orucun şərtləri:

1. İslamda olmaq.
2. Ağıl sahibi olmaq.
3. Həddi büluğa çatmaq.
4. Sağlam olmaq.
5. Yerli adam olmaq.
6. Oruc tutmağa gücü çatmalıdır.
7. Qadın heyz və nifas xəstəliyindən təmiz olmalıdır.
8. Niyyət.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Həccin şərtləri:

1. İslamda olmaq.
2. Ağıl sahibi olmaq.
3. Həddi büluğa çatmaq.
4. Azad insan olmaq.
5. Həcc etmək üçün gücün çatması (maddi imkan və sağlamlıq).
6. Niyyət.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Tövbənin şərtləri!

1. Allaha səmimi qəlbdən tövbə edib bağışlama diləmək.

2. Günahlara görə peşmançılıq çəkmək.

3. Günaha bir daha qayıtmamaqda əzmli olmaq.

4. Tövbəni gecikdirməmək və əcəli gəlməmişdən qabaq etmək.

5. Əgər qul haqqına giribsə onun haqqını vermək.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ömər ibn Xattab (radiyallahu anhu) belə rəvayət edir:

“Bir dəfə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!” Peyğəmbər buyurdu: “İslam (odur ki,) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!”– dedi. Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(İman odur ki,) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”. Adam: “Doğru söylədin!”– dedi. Sonra soruşdu: “Mənə ehsan haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür”. Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”. Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət (yerimdəcə) donub qaldım. Sonra Peyğəmbər məndən soruşdu: “Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?” Mən: “Allah və Onun Rəsulu daha yaxşı bilir!”– dedim. Peyğəmbər buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi.”

📚Muslim 8. Əbu Davud 4695. Nəsai 5005.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər  (sallallahu aleyhi və səlləm) demişdir:

“Kim Allahın ona bəxş etdiyi var-dövlətin zəkatını vermirsə, Qiyamət günü o var-dövlət başının tükü tökülmüş, gözlərinin də üstündə iki qara xalı olan ilana çevri­lib onun boy­nuna sarıla­caq və ağzının hər iki tərəfindən yapışıb deyəcək: “Mən sənin var-döv­lə­tinəm! Mən sənin xəzinənəm!” Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Alla­hın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­lər elə gü­man et­mə­sin­lər ki, bu, on­ların xeyrinə­dir. Əksinə, bu, onlar üçün pisdir. On­ların xə­sis­lik et­dikləri şey qiyamət gü­nü boyun­larına do­la­nacaqdır. Göylərin və yerin mi­rası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbər­dardır.”

📚Əhmə 8661. Buxari 1403.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ)

 İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və dənizdə fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) haqqa qayıdalar.

[سورة الروم 41]
ər-Rum 41.
إِنَّ هَٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, böyük bir mükafata nail olacaqları ilə müjdə verir!

سورة اﻹسراء 9
əl-İsra 9
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Noyabr ayının 18-19-20. Rabiul Səni ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
(وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ)

And olsun ki, Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?!

[سورة القمر 17]
əl-Qamər 17.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Kəb ibn Ucra (radiyallahu anhu) buyurur: Bir kişi Peyğəmbər (sallallahu aleyhi va səlləm) yanından keçdi. Səhabələr onun necə fəal və qüvvətli olduğunu görəndə, təəcüblənib dedilər. Ey Allahın Rəsulu əgər bu (fəallığı və qüvətliliyi) Allah yolunda olarsa? Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Əgər o, balaca uşaqları üçün ruzi dalıyca çıxarsa, o Allah yolundadır. Əgər o, yaşlı valideyinlərinin ehtiyacını qarşılamaq üçün çıxarsa, o Allah yolundadır. Əgər o, ismətli olub özü üçün çalışmağa çıxarsa, o Allah yolundadır. Əgər o, özünü göstərmək və lovğalanmaq üçün çıxarsa, o şeytanın yolundadır.”

📚 Tabərani 6835. Albani, sahihul cami 1428. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
SƏDƏQƏ VERMƏK!

İbn Qeyyim (rahiməhullah) sədəqənin faydalarından danışarkən belə buyurur:

1. Pis ölümdən qoruyur
2. Bəlanı dəf edir
3. Günahları aparır
4. Malı qoruyur
5. Ruzini artırır
6. Qəlbi fərəhləndirir
7. Allah haqqında gözəl zənni gücləndirir
8. Şeytanın vəsvəsələrinin qarşısını alır
9. Nəfsi təmizləyir və saflaşdırır
10. İnsanı, Allaha və insanlara sevdirir
11. İnsanın bütün eyiblərini örtür
12. Ömürü uzadır
13. İnsanların sənin xeyirinə dua etmələrinə səbəbdir
14. Sahibini qəbir əzabından dəf edir
15. İnsan üçün qiyamət günü kölgə olacaqdır
16. Allah yanında şəfaətçilik edəcək
17. Dünya və axirət çətinliklərini yüngülləşdirir
18. İnsanı başqa xeyirxah əməlləri etməyə çağırır.

📚Uddətus Sabirin 227.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əcva xurması Cənnətdəndir. Onda zəhərə qarşı şəfa vardır.”

📚Tirmizi 2066. Darimi 2882. Albani, sahihul cami 4127. ((səhih).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səad ibn əbi Vaqqas (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim hər səhər əcva xurmasından yeddi dənə yesə, həmin gün ona nə zəhər, nə də sehr təsir edə bilməz.”

📚Buxari 5445. Muslim 2047.



https://www.tg-me.com/DIN_NESIHETDIR
إِنَّ فِی خَلۡقِ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَـٰفِ ٱلَّیۡلِ وَٱلنَّهَارِ لَـَٔایَـٰتࣲ لِّأُو۟لِی ٱلۡأَلۡبَـٰبِ

Həqiqətən, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

صورة آل عمران ١٩٠
Ali İmran 190.
2024/10/04 13:18:42
Back to Top
HTML Embed Code: