Telegram Web Link
🌟Sovban (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətimdən bir qism insanları tanıyıram ki, Qiyamət günü Tahamə dağları boyda ağappaq (tərtəmiz) savablarla gələrlər. İzzət və Cəlal sahibi Allah o savabları sovrulmuş toz halına çevirər (dəyərsiz edər, qəbul etməz). Sovban dedi: “Ey Allahın Rəsulu! Onları bizə vəsf et və bizə onların halını açıqla, bilməyərək biz də onlardan olmayaq!” Allah Rəsulu belə buyurdu: “Onlar sizin (din) qardaşlarınızdır. Sizin cinsinizdən (insanlardır). Sizin aldığınız kimi onlar da gecə (ibadətindən nəsiblərini) alırlar. Lakin onlar, Allahın qadağan etdikləri şeylərlə tənha yerdə baş-başa qaldıqları zaman o qadağaları pozurlar.”

📚İbn Macə 4245. Tabərani, mucamus-sağir 662. Albani, sahihul cami 5028. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.

سورة الفرقان 73
Əl-Furqan 73.
🌟Əbu Musa (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini duyarsan.”

📚Buxari 5534. Muslim 2628.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.”

📚Beyhəqi, sünənul kubra 5995. Albani, səhih tərğib 1673. ((həsən))



https://www.tg-me.com/DIN_NESIHETDIR
رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!

سورة الفرقان 74
Əl-Furqan 74.
(وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ)

Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.

[سورة هود 114]
Hud 114.
(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ)
(إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ)

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?

[سورة المائدة 91-90]
əl-Maidə 90-91.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم
(ِيَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ)
(يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُمْ بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ)

Rəhimli və Mərhəmətli Allahın adı ilə
Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır.
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir.

[سورة الحج 2-1]
əl-Həcc 1-2.
Səad ibn əbi Vaqqas (radiyallahu anhu) Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:

“Sizlərdən hər gün min savab qazanmaqda aciz qalan varmı? Yanında oturanlardan biri soruşdu: “Bizlərdən biri min savabı necə qazana bilər?” O dedi: “Yüz dəfə təsbih etsə "Subhanəllah" desə, ona min savab yazılar, yaxud min günahı silinər!”

📚 Muslim 2698. Tirmizi 3463.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟bu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Qadınla ərinin arasını vuran bizdən deyil."

📚Əhməd 9157. Əbu Davud 2175. Albani, sahihul cami 5437. (səhih).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا)

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!

[سورة اﻷحزاب 56]
əl-Əhzab 56.
⛔️Riyanın aqibəti


🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Qiyamət günü ən birinci hesaba çəkiləcək olan insan şəhid olan bir kişidir. O gətiriləcək və Allah ona nemətlərini tanıtdırıcaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən sənə görə vuruşdum və şəhid oldum” deyəcək. Allah deyəcək: “Sən yalan deyirsən! Sən yalnız: “Cəsurdur” desinlər deyə vuruşdun, və sənə (bunu) dedilər. Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.” Bir də elm öyrənib, öyrədən və Quran oxuyan bir kişi gətiriləcək. Allah ona verdiyi nemətlərini tanıtdıracaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən elm öyrənib öyrətdim. Sənə görə Quran oxudum” deyəcək. Allah deyəcək: “Sən yalan deyirsən! Lakin sən elmi: “Alim” desinlər deyə öyrəndin. Quranı: “O qaridir” desinlər deyə oxudun, və sənə (bunu) dedilər.” Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.” Bir də Allah ona rahatlıq (genişlik), və hər bir növ mal-mülk verdiyi bir kişi gətiriləcək. Allah ona nemətlərini tanıtdıracaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən Sənin uğrunda (mal) sərf edilməsini sevdiyin elə bir yol buraxmadım. Bu yolda Sənin uğrunda mal sərf etdim.” Allah deyəcək: “Sən yalan deyirsən! Lakin sən: “O səxavətlidir” desinlər deyə belə etdin, və sənə (bunu) dedilər.” Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.”

📚Əhməd 8277. Muslim 1905. Nəsai 3137.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

سورة ص 26
Sad 26.
(تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا)

Aləmləri xəbərdar etsin deyə Öz quluna (Muhəmmədə) Furqanı (haqqı batildən ayıran Quranı) nazil edən Allah necə də xeyirxahdır!

[سورة الفرقان 1]
əl-Furqan 1.
(وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ)

Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!

[سورة اﻷنفال 45]
əl-Ənfal 45.
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ

Onların (təqva sahiblərinin) mallarında möhtac və yoxsul üçün haqq (pay) vardır.

سورة الذاريات 19
Əz-Zəriyat 19
💫Kəab (radiyallahu anhu) demişdir:

“Cümə günü verilən sədəqənin savabı qat-qat artıqdır.”¹

“Cümə günü sədəqə vermək başqa günlərdə sədəqə verməkdən daha fəzilətlidir.”²

📚¹İbn Əbi Şeybə, musannəf 5513. ²Abdurrazzaq əs-Sənani, musannəf 5558. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətimdən hər kəs Cənnətə daxil olacaq. Yalnız imtina edən kimsələrdən başqa.” Soruşdular: “Ey Allahın Rəsulu! Kim imtina edəcək?!” Peyğəmbər buyurdu: “Kim mənə itaət edərsə, Cənnətə girəcəkdir. Kim də mənə asi olarsa, artıq imtina etmiş olar.”

📚Əhməd 8728. Buxari 7280.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 13:16:21
Back to Top
HTML Embed Code: