Telegram Web Link
(وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا)

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.

[سورة فاطر 45]
Fatir 45.
(قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ)

Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!

[سورة النور 30]
ən-Nur 30.
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ ۚ أُولَٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ ۖ وَأُولَٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِ

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır!

سورة الزمر 18
əz-Zumər 18.
🌟Səmura ibn Cundub (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir gecə yuxumda iki mələk gələrək məni qaldırdılar və dur gedirik dedilər. Mən də onlarla birlikdə getdim. Nəhayət, arxası üstə uzanmış bir adamın yanına çatdıq. Onun başı üstündə başqa birisi dayanmışdı, əlində də yekə bir daş var idi. O, bu daşla uzanmış, adamın başını əzirdi. Daşı hər dəfə onun başına vurduqda daş yuvarlanıb gedirdi. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bitişərək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: yanımdakı iki mələkdən sübhənallah bunların halı nədir? deyə soruşdum. Onlar anladıq dedilər. Başı daşla əzilən adam var ha, bax o, Quranı öyrəndiyi halda onu tərk edən və yatıb qalaraq fərz namazlarının vaxtlarını keçirəndir. Qiya­mət gününə­dək onun başı beləcə əziləcək.”

📚Əhməd 20094. Buxari 1386. İbn Hibban 655.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا

Rəbbinin adını zikr et və bütün könlünlə Ona tərəf yönəl!

سورة المزمل 8
əl-Muzzəmmil 8.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
(مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ)

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?

[سورة محمد 15]
Muhəmməd 15.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun üçün Cənnətə gedən yolunu asanlaşdırar.”

📚Tirmizi 2646. Albani, sahihul cami 6298. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilmirsə, qoy, ona yaxşılıq etmiş adamı tərif­ləsin. Kim tərifləsə, ona təşəkkür etmiş olar. Kim də özünə edilmiş yaxşılığı gizlətsə, ona nankorluq etmiş olar.”

📚Əbu Davud 4813. Tirmizi 2034. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) minbərə çıxıb uca səslə belə dedi:

“Ey dili ilə islama girən qəlblərinə iman girməyənlər! Müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin və onların eyiblərini axtarmayın. Həqiqətən, kim müsəlman qardaşının eyiblərini üzə çıxararsa, Allah onun eyblərini üzə çıxarar. Kimin də eybini Allah üzə çıxararsa, onu evinin içində olsa belə ifşa (biabır) edər.”

📚Tirmizi 2032. Albani, sahihul cami 7985. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا)
(يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا)
(لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا)

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

[سورة الفرقان 29-28-27]
əl-Furqan 27-28-29.
Aus ibn Aus (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Günlərin ən fəzilətlisi Cümə günüdür. O gün Adəm yaradılmış və o gündə canı alınmışdır, Nəfxa və Səaqa (birinci və ikinci Sura üfürmək) o gündür. O gün mənə çoxlu salavat gətirin. Çünki sizin salavatınız mənə ərz olunur. Səhabə: “Ey Allahın Rəsulu! Səndən heç bir şey qalmadığı halda (çürüdükdən) sonra bizim salavatımız necə sənə çatacaqdır?” dedi. Peyğəmbər buyurdu: “Həqiqətən, Allah yer üzünə Peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir.”

📚Əbu Davud 1531. Nəsai 1374. İbn Macə 1636. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ)

Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.

[سورة البقرة 195]
əl-Bəqərə 195.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Adəm övladı, namazdan, iki nəfərin arasını islah etməkdən və gözəl əxlaqdan daha fəzilətli bir əməl işləməmişdir.”

📚Buxari, ət-tarixul-kəbir 139. Albani, sahihul cami 5645. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.

سورة الروم 21
Ər-Rum 21.
(وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا)

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

[سورة اﻹسراء 37]
Əl-İsra 37.
یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّ ٰ⁠مِینَ لِلَّهِ شُهَدَاۤءَ بِٱلۡقِسۡطِۖ وَلَا یَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰۤ أَلَّا تَعۡدِلُوا۟ۚ ٱعۡدِلُوا۟ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُوا۟ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِیرُۢ بِمَا تَعۡمَلُونَ
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

سورة المائدة 8
Əl-Maidə 8.
🌟İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim subhənəllah, vəlhəmdulilləh, və lə iləhə illəllah, vallahu əkbər deyərsə, hər bir kəliməyə görə onun üçün Cənnətdə bir ağac əkilər.”

📚Tabərani, mucamul ovsat 8475. Albani, sahihut tərğib 1552. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ey Muaz! Allahın bəndələri və bəndələrin Allah üzərində haqqı nədir bilirsənmi?” Dedim: “Allah və Rəsulu daha yaxşı bilər.” O dedi: “Allahın bəndələri üzərində haqqı odur ki, onlar Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsin.”

📚Buxari 6500. Muslim 30. Tirmizi 2643.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın başına gələn elə bir müsibət yoxdur ki, ona görə Allah onun günahlarını bağışlamasın, hətta ona batan tikan olsa belə.”

📚Buxari 5640. Muslim 2572.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 19:18:11
Back to Top
HTML Embed Code: