Telegram Web Link
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah belə buyurdu:

“Mənim xatirimə bir-birini sevənlərə Mənim sev­­gim vacib oldu. Mənim xatirimə bir-biri ilə əlaqə saxlayanlara Mənim sevgim vacib ol­du. Mənim xatirimə bir-birinə nəsihət edənlərə Mənim sevgim vacib oldu. Mənim xati­ri­mə bir-birini ziyarət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-bi­rinə yax­şılıq edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər Qiyamət gü­nü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər on­lara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər.”

📚Əhməd 22002. Albani, sahihul cami 4321. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ömər ibn Xattab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allahın qulları arasında elə kimsələr vardır ki, özləri peyğəmbər ol­masalar da, peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.” Səhabələr de­dilər: “Ey Allahın Rəsulu! Onların kim olduğunu bizə bildir ki, biz də onları sevək.” Pey­ğəm­bər dedi: “Onlar bir-birini qohumluq xatirinə yox, məhz Allah riza­sı üçün sevən kimsə­lərdir. Qiyamət günü onların üzləri nur saçacaq, özləri də nurdan olan minbərlər üzə­rində duracaqlar. İnsanlar nədənsə qorx­duqları zaman onlar heç nədən qorxmaz, insanlar kədərləndikləri zaman, onlar heç nəyə görə kədərlən­məzlər.” Sonra Pey­ğəmbər bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və onlar kədər­lən­məyə­cəklər”

📚Əbu Davud 3527. Albani, sahihut tərğib 3026. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“(Bir zaman) Cəhənnəm öz Rəb­binə şikayət edib de­miş­dir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə nə­fəs almağa izn verdi: bir dəfə qışda, bir dəfə də yayda. Bu, sizin il boyu gördü­yü­nüz ən şiddətli isti və ən şiddətli soyuqdur.”

📚Buxari 537. Muslim 617.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin.”

📚Buxari 6018. Muslim 47.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Adıy ibn Hatim (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən elə bir kimsə yoxdur ki, onunla Allah arasında heç bir vasitə olmadan Allah onunla danışmasın. Sağına baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir, soluna baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir. Önünə baxacaq önündə Cəhənnəmdən başqa bir şey görməyəcəkdir. Bir xurmanın yarısı qədər də olsa sədəqə verərək və ya gözəl bir söz söyləyərək özünüzü Cəhənnəm əzabından qoruyun.”

📚Buxari 7443. Müslim 1016.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: Allah buyurur:

“Kim Mənim dostumla düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona fərz etdiklərimdir. Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Əgər Məndən istəsə, mütləq ona verərəm. Əgər Məndən sığınma diləsə, mütləq ona sığınacaq verərəm.”

📚Buxari 6502.



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, adam Allahı razı salan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah onun sayəsində həmin adamı dərəcələrə yüksəldər. Həmçinin, adam Allahın qəzəbinə səbəb olan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, buna görə həmin adam Cəhənnəmə düşər.”

📚Malik 2819. Əhməd 8411. Buxari 6478.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Malik əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd şey vardır ki, onları tərk etməzlər: Nəsl-nəcabəti ilə öyünmək, nəsəblərə tənə etmək, ulduzlardan yağış diləmək və ağı demək. Sonra isə belə buyurdu: “Meyit üçün ağı deyib ağlayan, ölməzdən qabaq tövbə etməzsə, qiyamət günü (qəbrindən) qalxdığı vaxt, əynində qətrandan şalvar, qoturdan isə köynək olacaq.”

📚Əhməd 22903. Muslim 934.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Amr ibn Ahvas (radiayallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qadınlarınızla gözəl rəftar edin, çünki onlar sizin himayənizdədir. Və gözəl rəftarın xaricində bir şey etməyə sahib deyilsiz.”

📚Tirmizi 3087. Albani, sahihul cami 7880. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Soruşdular, hansılardı ey Allahın Rəsulu? O, buyurdu:
Qarşılaşdığında salam ver.
Dəvət edərsə dəvətinə icabət et.
Nəsihət istədikdə nəsihət ver.
Asqırıb Allaha həmd edərsə (əlhəmdulilləh) yərhəmukallah de.
Xəstələnərsə ziyarət et.
Öldükdə cənazəsində iştirak et.

📚Muslim 2162. İbn Hibban 242.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar.”

📚Muslim 2588. Tirmizi 2029. İbn Hibban 3248.



https://www.tg-me.com/DIN_NESIHETDIR
⛔️Riyanın aqibəti


🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Qiyamət günü ən birinci hesaba çəkiləcək olan insan şəhid olan bir kişidir. O gətiriləcək və Allah ona nemətlərini tanıtdırıcaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən sənə görə vuruşdum və şəhid oldum” deyəcək. Allah deyəcək: “Sən yalan deyirsən! Sən yalnız: “Cəsurdur” desinlər deyə vuruşdun, və sənə (bunu) dedilər. Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.” Bir də elm öyrənib, öyrədən və Quran oxuyan bir kişi gətiriləcək. Allah ona verdiyi nemətlərini tanıtdıracaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən elm öyrənib öyrətdim. Sənə görə Quran oxudum” deyəcək. Allah deyəcək: “Sən yalan deyirsən! Lakin sən elmi: “Alim” desinlər deyə öyrəndin. Quranı: “O qaridir” desinlər deyə oxudun, və sənə (bunu) dedilər.” Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.” Bir də Allah ona rahatlıq (genişlik), və hər bir növ mal-mülk verdiyi bir kişi gətiriləcək. Allah ona nemətlərini tanıtdıracaq və o onları tanıyacaq. Allah ondan: “Sən bunlara görə nə etdin?” deyə soruşacaq. O: “Mən Sənin uğrunda (mal) sərf edilməsini sevdiyin elə bir yol buraxmadım. Bu yolda Sənin uğrunda mal sərf etdim.” Allah deyəcək: “Sən yalan deyirsən! Lakin sən: “O səxavətlidir” desinlər deyə belə etdin, və sənə (bunu) dedilər.” Sonra əmr olunacaq və onu üzü üstə sürüyərək Cəhənnəmə atacaqlar.”

📚Əhməd 8277. Muslim 1905. Nəsai 3137.



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Musa (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, yaşlı müsəlmana, Qurana qarşı nə həddi aşan nə də ondan uzaq düşən hafizə və ədalətli hakimə hörmət etmək, Allahı Uca tutmaqdan irəli gəlir.”

📚Əbu Davud 4843. Albani, sahihul cami 2199. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Onların hər ikisində xeyir vardır. Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə olardı.” demə. Lakin de: “Allahın qədəri idi. O istədiyini etdi.” Çünki “əgər” demək şeytanın əməlinə (qapı) açır.”

📚Muslim 2664. İbn Macə 79.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə idim. Ənsarlardan bir kişi gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verdi sonra dedi: Ey Allahın Rəsulu! Hansı Mömin daha üstündür? O dedi: Əxlaqı ən gözəl olanı. O dedi: Hansı mömin daha ağıllıdır? O dedi: Ölümü ən çox xatırlayanı və ölümdən sonrakı (həyatı) üçün ən gözəl şəkildə hazırlananıdır. Onlar ən ağıllı olanlarıdır.”

📚İbn Macə 4259. Hakim 8743. Albani, səhih tərğib 3335. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Hər hansı bir qövm yalnız Allahın rizasını qəsd edərək bir yerə toplanaraq Allahı zikr edərlərsə, bir carçı səmadan səsləyərək deyər: “Bağışlanmış halda qalxın, artıq sizin günahlarınız həsənətlərlə əvəz edildi.”

📚Əhməd 12453. Bəzzar 6467. Əbu Yəalə 4141. Albani, sahihut tərğib 1504. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Bureydə ibn Suheyb əl-Əsləmi (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Quranı oxuyar, onu öyrənər və ona əməl edərsə, Qiyamət günü valideynlərinin başına günəşin parıltısı kimi nurdan tac geyindirilər. Həmçinin valideynlərinə dünyada tayı-bərabəri olmayan bir xələt geyindirilər. Onlar soruşarlar: Bu bizə nə üçün geyindirildi? Onlara: “Övladınız Quranı götürdüyünə (oxuyub, öyrənib, əməl etdiyinə) görə, deyə cavab verilər.”

📚Hakim 2086 Albani, səhih tərğib 1434. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Həcc etməyin savabı!


🌟Ubədə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, (Bir gün) Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bizimlə namaz qıldı. (Bu zaman) biri Ənsardan biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif Qəbiləsindən olan kişini (Peyğəmbərə yaxınlaşmaqda) qabaqladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Səqifdən olan kişiyə dedi: “Ənsarlı soruşmaqda səni qabaqladı.” Ənsarlı dedi: “Ey Allahın Rəsulu! Ola bilsin ki, o məndən çox tələsir, qoy (birinci) soruşsun.” Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Ənsarlıya dedi:

“Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim.” O dedi: “Ey Allahın Rəsulu! Mənə xəbər ver. Peyğəmbər dedi: “Sən gəldin ki, məndən soruşasan «Qədim Evə (Kəbəyə) gəlməyinin, Ərafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?” Ənsarlı dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim.” Peyğəmbər dedi: “Həqiqətən, qədim evə gəlməkdə sənin mükafatın, sənin və miniyinin atdığı hər bir addıma görə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Ərafatda durmağına gəlincə, İzzət və Cəlal sahibi Allah mələklərinə buyurur: “Ey mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?” Mələklər deyərlər: “Onlar Sənin Razılığını və Cənnəti istəyirlər.” İzzət və Cəlal sahibi Allah buyurur: “Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım. (Cəmərata) daş atdıqda Allah buyurur: «Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir». (əs-Səcdə 17). Başını qırxdıqda isə yerə düşən hər bir tükün mütləq Qiyamət günü sənin üçün nur olacaq. Ev (kəbə) ilə vidalaşdıqda sən anadan doğulduğun gündə olduğu kimi günahlarından azad olarsan.”

📚Tabərani, mucamul əvsat 2320. Albani, səhih tərğib 1113. ((həsən liğeyrihi)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 05:22:33
Back to Top
HTML Embed Code: