Telegram Web Link
🇦🇿Qələbə! Xalqımızı təbrik edirəm!
Yağlı boya ilə hiperrealistik rəsm əsəri 🎨

@Tarixinf0 🕵️
🐝Arılar Sancdıqdan Sonra Niyə Ölür?

Hələ uşaq vaxtlarımızdan bilirik ki, arılar sancdıqdan sonra ölürlər. Əslində isə arıların hər biri sancdıqdan sonra ölmür və bu onun nəyi sancdığı ilə əlaqəlidir. Məsələn, insan dərisi sərt və eyni zamanda tikanlı arı iynəsi üçün yapışqan olduğundan sancan arı iynəsini geri çəkəbilmir. Nəticədə iynəsinin arxa tərəfini zədələyən arı yaşayabilməyərək ölür. Yəni sancdıqdan sonra ölüm arıların bioloji halı ilə əlaqəli deyil və onlar asanlıqla bir böcəyi sancaraq yenidən yaşamlarına davam edə bilərlər.

@Tarixinf0
🐿 Qoz qurdu içəri girə biləcəyi böyüklükdə bir dəlik açaraq qoza daxil olar və onu yeməyə başlar. Nə qədər çox yeyərsə, bir o qədər kökələr. Qarnı böyüyər..

Doyduqdan sonra getmək istəyər, amma girdiyi dəlikdən çıxa bilməz. Ən pisi isə odur ki, yediyi qozun içi quruyub bərkimiş və indi həmin dəliyi genişləndirmək də mümkün olmaz..

Qurd oturub baxar və çuxurdan çıxmağın yalnız bir yolu var: onun zəifləməsini gözləmək. Ac qaldıqca zəifləyər və köhnə arıq vəziyyətinə qayıdar. Və bir gün çıxar. Amma çıxanda mövsüm bitmiş və ortada bir ac, arıq qurd və içi boş qoz qalmış..

Bəzi insanların pul və mal hərisliyi - bu qoz qurduna bənzəyir. Bu ambisiyaya qalib gəlib, artıq yetər dedikdə, bahar, yay çoxdan bitər. Geriyə sadəcə ömrünün payızı, bəlkə də
ona müxtəlif xəstəliklər, dərmanlar və pəhrizlərlə keçməli olacağı bir qaranlıq qış qalar..

@Tarixinf0 💡
Sizi fərqli edən, gözəl edən 💛 Unikal ol! Özün ol!

🎯 @Tarixinf0 (paylaşdığım məlumatları icazəsiz götürməyin)
🇦🇿 27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Bu gün biz Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq.

Şəhidlərimiz qürur mənbəyimizdir!

#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #AnımGünü

@Tarixinf0 🔔
🗺 ABŞ-ın Texas ştatında Wimberley şəhərində "Jacobs Well" şəffaf sulu quyu var. Lakin buna baxmayaraq, quyunun dərinliyini təxmin etmək mümkün deyil. Quyunun yeraltı mağaralara giriş olduğu ehtimal edilir.

Sualtı mağaralar sistemi olmasaydı, çoxları heç vaxt Wimberley şəhərinin adını öyrənə bilməzdi.
Jacob's Well-in fotoşəkilləri dünyanın hər yerindən çoxlu sayda dalğıcın diqqətini çəkir. O, həm kəşfiyyatçıları, həm də adi macəraçıları cəlb edir. Lakin sirri aşmaq cəhdləri kədərli nəticələrə gətirib çıxarıb. Bu günə qədər Jacob's quyusu səkkiz dalğıcın həyatına son qoyub.

@Tarixinf0 🌐📍
❗️Paylaşdığım postları başqa kanallarda görməyim. Zəhmət çəkin araşdırın kanal yığın öz ideyanız fikriniz olsun. Götürülən paylaşımların heç birinə halallıq verilmir.

@Tarixinf0
𝙏𝙖𝙧𝙞𝙭𝙞𝙣𝙛𝙤 🇦🇿 pinned «❗️Paylaşdığım postları başqa kanallarda görməyim. Zəhmət çəkin araşdırın kanal yığın öz ideyanız fikriniz olsun. Götürülən paylaşımların heç birinə halallıq verilmir. @Tarixinf0 »
🔺 Ballistik bıçaq

Halqanı çəkdikdə bıçaq 60km/saat sürətlə uçaraq hədəfə dəyir. Bu bıçaqların istifadəsi 1986 - ci ildə dünyanın bir çox ölkəsində qadağan edilmişdi.

@Tarixinf0
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗣 Tanış olun: "Dünyanın ən səssiz otağı"

Orfield Laboratoriyası


🫀 Sadəcə 30 dəqiqədən sonra ürək döyüntülərinizi eşitməyə başlayırsız.

Mütəxəssislər tibbi cihazların və bir çox alətlərin səslərini test etmək üçün bu məkanı istifadə edir.

💧Videonun sonuna doğru karbonatlı su qabarcıqlarının partlama səsini eşidə bilərsiz.

@Tarixinf0 ⌛️🔔
Hollandiyada suyun üzərində salınmış kəndin evlərindən biri 🏡
.
.
@Tarixinf0 🖇☑️
🐬 Doğum vaxtı dişi delfinin yanında başqa 2 dişi delfin dayanır. Məqsədləri, doğum vaxtı müdafiəsiz qalan ana delfini və balasını qorumaqdır. Səbəbi isə doğum anında axacaq qanın qoxusuna gələn akulalara qarşı ananı və balanı bu xilasedici delfinlərin qorumasıdır.


@Tarixinf0 Daha çox məlumatlar və paylaşımlar üçün aktiv olmağı unutmayin. 🚹
Nərdivanı çənə nayihəsində ən uzun müddət saxlama 🤹🏻‍♀️

Çənədə bir nərdivanı tarazlayaraq dayanma rekordu 17 dəqiqə 14 saniyə ərzində reallaşmışdır. 2020-ci ildə əldə olunan rekordun sahibi isə ispaniyalı Christian Roberto López

@Tarixinf0
2024/10/01 19:20:40
Back to Top
HTML Embed Code: