Telegram Web Link
Görə bildinsə şəkildə ovunu güdən bəbir var 🐆

@Tarixinf0
📍İngilislər Avstraliyaya gələn zaman burada özlərinə şərait yaratdıqdan sonra ova çıxmağa başladılar. Meşələrdə ovlamağa heçnə tapmadıqda, İngiltərədən buraya külli miqdarda dovşan gətizdirirlər. Meşələrə buraxılan dovşanlar tez-tez artdığına görə hər yerə yayılır, əkin sahələrini viran qoyurlar. Buna görə də ingilislər buraya itlər gətizdirərək dovşanları məhv etmək istəyirlər. Buna nail olan ingilislər digər tərəfdən meşəyə buraxılmış itlərin canavar, çaqqallarla cütləşməsinin qarşısını ala bilmirlər. Alınan balalar canavarlardan çox yırtıcı olurlar və tezliklə insanlara hücum edib onları parçalayırlar. Hal-hazırda bu itlər dünyanın ən təhlükəli it cinsi sayılır. Onlar Avstraliyada mal-qaraya, insanlara hücum etməkdən çəkinmirlər.
Bu itləri 'Dinqo' adlandırıblar. Şəkildə gördüyünüz də Dinqo itidir.

🌐 @Tarixinf0 ☑️
Ətrafınızda gərəksiz qədər çox insan saxlamağınıza ehtiyac yoxdur. Enerjinizi tükədən, sizi stresə soxan insanların əvəzinə, həyatınızda sizi inkişaf etdirəcək, dəyərlərinizi başa düşəcək insanlara yer açın. Belə olan halda qısqanclıq, dediqodu, gərəksiz problemlər sizdən uzaq olar və özünüzlə barışıq olarsınız.

🖇 https://www.tg-me.com/Tarixinf0 🖇
Dünyanın “ən narahat” marketi.. 🙄

Çində 120 metr hündürlükdə sıldırımların içərisində yerləşən market dünyanın "ən narahat" mağazası elan olunub.
Daha çox unudulmuş daxmanı xatırladan mağaza alpinistlər üçün nəzərdə tutulmuş marketdir. Onlar oradan zirvələri fəth etmək üçün qəlyanaltılar, içkilər və lazım olan hər şeyi ala bilər..

Mənbə: Nation Geographic

🌐 https://www.tg-me.com/Tarixinf0 ✍🏻
"Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir". - Ümummilli lider Heydər Əliyev.

18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür! 🇦🇿

#18oktyabr #MüstəqilliyinBərpasıGünü #HeydərƏliyev100

https://www.tg-me.com/Tarixinf0 🇦🇿
✒️ Dünyanın 47 dilində danışa bilən insan.

Avropa Komissiyasında İoannis İkonomou adlı poliqlot var, o, 47 dildə, o cümlədən Avropa İttifaqının 24 rəsmi dilindən 21-də danışa bilir. Bu unikal yunan tərcüməçisi kilsə slavyan dili də daxil olmaqla bir neçə ölü dildə danışır.

https://www.tg-me.com/Tarixinf0 🖇
📯 Nyu-York metrosunda skripka çalan bir sənətkar..

Bir saata yaxın ən mürəkkəb kompozisiyarı ifa edir. Bu müddət ərzində yalnız altı nəfər ayaq saxlayıb, bir-iki dəqiqəliyə ona qulaq asır. İyirmi nəfər xırda pullar atıb, yan keçir. Hətta metro xidmətçisi gəlib üstünə bozarır ki, çox hündürdən çalırsan..

Musiqiçi cəmisi 32 dollar toplaya bilir. Onun yanından ötüb keçənlərdən heç kəs bilmir ki, bu, zəmanəmizin ən böyük skripkaçılarından biri, bəlkə də birincisi Coşua Belldir. Özü də Stradivarinin 4 milyon dollarlıq əfsanəvi skripkasında çalır..

Ertəsi gün Coşua Bell Nyu-Yorkun ən dəbdəbəli zalında konsert verir; eyni kompozisiyaları ifa edir. Zalda iynə atsan yerə düşməz. Biletin qiyməti isə 100 dollardan başlayır..

https://www.tg-me.com/Tarixinf0 🖇
🤑 Larry Rutman

1996-cı ildə, Amerikalı Larry Rutman bir bumerang fırlatdı, bumerang geri qayıtdı və başına dəydi. Larry özünə 300.000 dollarlıq təzminat davası açdı.

Bucür vəziyyətlərə qarşı sığortalı olduğundan, pul sığorta şirkəti tərəfindən ona ödəndi.

https://www.tg-me.com/Tarixinf0 🖇
😁 Dünyanın ən böyük taksi parkı Meksika şəhərindədir. Gündə təxmini 60 min taksi yolda olur.

https://www.tg-me.com/Tarixinf0 🖇
🛎 Bu pendir 2009-cu ildə Ginnesin Rekorlar Kitabına dünyanın ən təhlükəli pendiri olaraq qeyd olunub.

🧀 "Casu marzu" çürümüş pendir ac mənasını verən daxilində canlı böcək sürfələri ehtiva etməsi ilə məşhur olan Sardiniyaya aid qoyun pendiridir.

💁🏻‍♀ Keçək bu "ləziz pendirin" hazırlanmasına “Casu marzu” normal Pecorino pendirləri bir müddət mayalandıqdan sonra üst hissəsi kəsilərək milçəklərin pendirin üzərinə öz süfrələrini qoymasına icazə verilir. Bu proses də bir milçək təqribi olaraq 500-dən çox yumurtacığını qoyur. Bir müddət sonra bu yumurtalar qırılır və süfrələr öz fəaliyyətinə başlayaraq fermentasiyanı növbəti səviyyəyə qaldırır və qurdların daxilindəki maye(lagrima) pendir tərkibindəki yağ təbəqəsini parçalamağa başlayır. Beləliklə pendir getdikcə yumşalır.
Drina çayı üzərində yerləşən ev.
Bajina Bašta şəhəri, Serbiya.

Foto: Irene Becker📷
😳Müxalifəti və Arvadlarını Yeyən Prezident

1966-cı ildən, 1976-cı ilə kimi Mərkəzi Afrika Respublikasının prezidenti olmuş, daha sonra isə özünü imperator elan etmiş Jan Bedel Bokassa tarixin ən qəddar kanniballarından hesab olunur. Bokassa öz zamanının bütün müxalifət liderlərini öldürərək yeməsi ilə məşhurlaşmışdır. Tez-tez insan əti ilə qidalanan və hətta arvadlarının da bir neçəsinin ətini yeyən imperator, nəhayət 1979-cu devrilmiş və həbsə göndərilmişdir.

@Tarixinf0 🏹
🌠📍1. Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.
2. “Siz nömrəni səhv salmısız” - tanış səs cavab verir.
3. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.
4. Üzümü qırxmağı anam mənə öyrədib.
5. Mən doğma qəlb gördüm - O isə məni görmədi...
6. Mənim əksim indicə mənə göz vurdu.
7. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.
8. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.
9. Bu gün mən yenidən özümü anama təqdim elədim.
10. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox...
11. Mən evə qızılgül gətirmişdim, amma açarlarım uygun gəlmədi.
12. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər”
13. Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm...
14. Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.
15. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.
16. Əsgər, biz çəkmələri cüt satırıq...
17. O, arvadının qatilinə butulka ilə süd verirdi.
18. Cərrah pasientin həyatını xilas edir. Pasient tanrıya dua edir.

https://www.tg-me.com/Tarixinf0 🖇
💆🏻‍♀️Klaustrofobiya qapalı yerlərdə olmaqdan qorxma və ya həyəcanlanma deməkdir. Sanki çıxış tapa bilməyəcək hissi və boğulacaq düşüncəsi çox zaman hakim olur. Əgər kinoya getdiyinizdə sıxılma, darıxma hissi sizi bürüyür və ordan tez çıxmaq istəyirsizsə, və ya liftə minəndə lazımsız qorxu sizi bürüyürsə o zaman sizdə klaustrofobiya var deməkdir.

https://www.tg-me.com/Tarixinf0 🖇
İnsan üzünün anatomiyası 🙄

https://www.tg-me.com/Tarixinf0 🖇
Səhra ilə okeanın qovuşduğu yer, Nambiya. Nambiya səhrası. Ölkənin Atlantik okeanı sahili boyunca uzanan səhra. Quru və sərt iqlimi olan səhra. 🥰🇲🇭

https://www.tg-me.com/Tarixinf0 🖇
2024/10/01 22:43:56
Back to Top
HTML Embed Code: