Telegram Web Link
🔴 10 Cəmadiul-əvvəl Cəməl döyüşünün baş verdiyi gündür.

🔺 CƏMƏL DÖYÜŞÜ haqqında möminlərin anası Ümmü Sələmənin (s.ə) nəql etdiyi hədis

🔵 Səddad ibn Ous belə deyir: "Cəməl döyüşü baş verdikdə öz-özümə dedim: "Nə Əli ilə olacağam, nə də onun əleyhinə (düşmənləriylə). Yarım gün özümü döyüşdən saxlayacağam. Gecə yaxınlaşdıqda Allah qəlbimə Əlinin yanında döyüşməyi saldı. Odur ki, onunla birlikdə vuruşdum. Nəticədə onun işi olduğu kimi oldu (qələbə çaldı). Sonra Mədinəyə yetişib Ümmü Sələmənin yanına gəldim. Mənə dedi: "Haradan gəlirsən?" Dedim: "Bəsrədən gəlirəm". Dedi: "O iki dəstədən hansı birində idin?"  Dedim: "Ey Möminlərin anası, günün ortasına qədər özümü döyüşdən saxladım. Nəticədə Allah ürəyimə saldı ki, Əlinin yanında döyüşüm".
O dedi:  "YAXŞI İŞ GÖRMÜSƏN".

🔵 Allah Rəsulunun (s) belə buyurduğunu eşitmişəm: "KİM ƏLİ İLƏ DÖYÜŞƏ, MƏNİMLƏ DÖYÜŞÜB. MƏNİMLƏ DÖYÜŞƏN KƏS İSƏ ALLAHLA DÖYÜŞÜB".
Dedim: "Sənə görə haqq Əli ilədir?" Dedi: "Bəli, Allaha and olsun ki, Əli haqq ilə, haqq da Əli ilədir. Allaha and olsun ki, Muhəmmədin ümməti Peyğəmbərlərinə qarşı insaflı olmadılar. Çünki Allah və Rəsulunun arxaya saldığını (Əbu Bəkri) önə saldılar. Ancaq Allah və Rəsulunun önə keçirdiyini (Əlini) arxaya saldılar. Onlar öz arvadlarını evdə otuzdurduqları halda, Allah Rəsulunun (s) həyat yoldaşını (Aişəni) döyüş səhnəsinə çəkdilər.

🔵 Allaha and olsun, Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim:
"Ümmətim üçün təfriqə və bacarıqsızlıq (yaxud arxa çevirmə) olacaqdır ki, bir yerə toplaşdıqda siz də cəm olun, parçalandıqda isə orta üslubdan olun və gözünüz Əhli-beytimdə olsun. Əgər onlar kimləsə vuruşsa, siz də döyüşün. Kimlə sülh eləsələr, siz də sülh edin. Əgər bir şeydən uzaqlaşsalar, siz də uzaq olun ki, harada olsalar haqq onlarladır". Dedim: "Bizə sarılmağımızı tapşırdığı Əhli-beyti kimlərdir?" Dedi: "Onlar peyğəmbərdən sonrakı imamlardır. Buyurduğu kimi Bəni- İsrailin nəqiblərinin sayı qədərdir: Əli, iki nəvəsi və Hüseynin sülbündən olan doqquz nəfər onun Əhli-beytidir. Onlar pak, məsum imamlardır". Dedim: "Həqiqətən də biz Allaha aidik. Elə isə bütün camaat həlak olub".
O dedi:
"HƏR BİR DƏSTƏ YANLARINDA (əllərində) OLANLA FƏRƏHLƏNƏR". (Muminun, 53)

📚 Şeyx əl-Xəzzaz Qummi, "Kifayətul-əsər", c. 1, səh. 180

https://www.tg-me.com/mezhebus_sadiq
📍Mülahizə:
Burada təqlid üçün iki tərəfdən çıxarış edə bilərsiniz. İmam (ə) Əhməd bin İshaqa tapşırıq verir ki, birinci səfir Osman bin Səid Əmridən dininin hökmlərini öyrənsin və Osman bin Səid Əmri də ona nə çatdırıbsa, İmamdan (ə) çatdırmışdır. Çatdırmağın da mənası odur ki, Osman bin Səid Əmri bir dəfə İmamdan (ə) söz olaraq çatdırar və bir dəfə isə söz olaraq deyil, İmamın (ə) hədislərinə istinad edərək hökm çatdırar, fətva verər. Hər ikisi də İmamdan (ə) çatdırılma hesab edilir. Sonra da İmam (ə) ardından Əhməd bin İshaqa buyurur ki, Osman bin Səid Əmriyə qulaq as və sözlərinə itaət et. Bu da onu bildirir ki, Əhməd bin İshaq öz dini hökmlərini öyrənməsi üçün hətta İmamın (ə) özünün yaşadığı zamanda belə hədislərə və hədislərin nəql edilməsinə deyil, İmamın (ə) təyin etdiyi və hədislərdən anlayışı olan birinci səfir fəqih Osman bin Səid Əmriyə itaət etməlidir.

#Təqlid #müctəhid #müraciət #fəqih
🛑 Qeyd:
Elm icmali o vaxt olur ki, mükəlləf bilir ki vəzifəsi var, lakin bilmir hansı biridir. Məsələn: 2 müctəhid hərəsi bir fətva verir eyni məsələdə, biri deyir ki qəsr vacibdir, o birisi isə deyir ki, tam. Mükəlləf bilir ki, namaz vacibdir, lakin qəsr ya tam olduğunu bilmir. Burada ehtiyat edəcək.

#Təqlid #müctəhid #udul #ehtiyat #ələm
⚫️ XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə) evinə edilən hücum barədə qısa bir məlumat

♦️
Ömər ətrafdakılara üz çevirdi və onlara belə dedi: “Fatiməni vurun!”

🔻Onlar Fatiməni elə vurdular ki, xəstə oldu və yatağa düşdü.(1)
🔻Bədəni zəiflədi və həddindən artıq arıqladığından kölgə kimi oldu.(2)
🔻Ömər özü də onlardan geridə qalmadı. Qılıncın qını ilə Fatimənin (əleyhəs-səlam) qabırğasına vurdu və qamçı ilə onun əlinə zərbə endirdi.(3)
🔻Həmin zərbədən Fatimənin bədəni qaraldı (4)
🔻və ölənə qədər onun izi aradan getmədi.(5)

📜 Salman deyir: Ömər, Xalid və Muğeyrədən başqa hamı ağladı. Lakin Ömər dedi: Qadınlar və onların rəylərinin bizə əlaqəsi yoxdu.

🔻Bəzi tarixlərdə isə belə gəlib: Qunfuz Fatimənin (səlamullahi əleyha) üzünə şillə vurdu və şillə onun gözünə dəydi.(7)
🔻Sonra Xanımı qapının küncünə tərəf itələdi və qapı ilə ona elə bir zərbə vurdu ki, onun qabırğası sındı və bətnindəki uşağı (Muhsin) siqt oldu və qalan qısa ömrünü yatağda keçirtdi.(8)

🔻O, qılıncın qını ilə xanıma zərbə vurdu. Qamçı ilə onun başına, əlinə, çiyninə və biləyinə zərbə endirdi. Qamçının izi qolbağ kimi onun əlində şişdi. (9)

🔻Bəzi tarixlərdən məlum olur ki, həzrət Muhsinin (əleyhis-səlam) şəhadətinin səbəbi yaxud onun şəhid olmasında mühüm amillərdən biri Qunfuz idi.(10)

🔻Digər tərəfdən Xalid ibn Vəlid də qılıncın qını ilə xanıma zərbə endirib və onu qapı divar arasında sıxıb. (11)

🔻Peyğəmbərə (sallallahu-əleyhi və alihi və səlləm) hörmətsizlik edənlərdən biri də Muğeyrə ibn Şöbə idi. O, xanım Fatiməni (səlamullahi əleyhanı) elə vurdu ki, xanımın bədənindən qan gəldi. Onun qapının yandırılması və sındırılmasında da payı var. Bu səbəbdən də bəzi tarixlərdə uşağın (Muhsinin) siqt olması Muğeyrəyə nisbət verilmişdi.(12)

🔻Allah xanım Fatiməyə (səlamullahi-əleyha) zülm etmiş və ona əziyyət vermiş hər bir şəxsə öz daimi əzabını və lənətini şamil etsin.

📍 Qeyd:
Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücumun tarixi barədə yazılmış kitablara müraciət etdikdə bu hücumun bir dəfə deyil, neçə dəfə təkrarlandığının və geniş bir kütlə şəklində hücumun baş verdiyinin şahidi oluruq. Burada qeyd etdiyimiz isə həmin faciəli tarixdən çox qısa bir məlumat idi. Bu barədə daha geniş məlumat əldə etmək istəyən şəxslər daha geniş yazılmış kitablara müraciət edə bilərlər.

📚 Mənbələr:
(1) Mutəməru-uləmai-Bağdad, səh. 93
(2) Dəailmul-İslam, c. 1, səh. 232; Biharul-ənvar, c. 81, səh. 272.
(3) Kitabu-Suleym, səh. 250; Kamil Bəhai, c. 1, səh. 305; Cənnatul-Xulud səh. 19.
(4) Cənnətul-Asimə, səh. 252; Əş-şəmsuz-zuha, səh. 154.
(5) Müraciət et: Məsaibul-məsumin əleyhimus-səlam səh. 27; Beytul-əhzan, Yəzdi, səh. 33; Camiun-nureyn, səh. 244; Şəşəətul-Huseyniyyə, səh. 144; Huznul-muminin, səh. 61; Bəşarətul-Bakin, səh. 26; Mirqatul-İqan, səh. 1, səh. 112; Ənvaruş-şəhadət, səh. 207.
(6) Kitabu-Suleym, səh. 85; Evə hücum edənlərin ağlaması əl-müstərşid, səh. 377; əl-İmamə vəs-siyasə, c. 1, səh. 20
(7) Sirətul-əimmətu isna əşərəleyhimus-səlam, c. 1, səh. 145.
(8) Kitabu-Suleym, səh. 85; Əl-ihticac, səh. 83; Xanımın qabırğasının və ya dişinin sınması barədə müraciət et: Kitabu-Suleym, c. 2, səh. 907 (yeni çap); Əmali (Şeyx Səduq), səh. 114 (Beyrut çapı); Fəzail Şazan Qummi, səh. 9, əl-Muhtəzər, səh. 61, Biharul-ənvar, c. 101, səh. 44 (Şəhidi-əvvəlin yazısı); Fəraidus-Simteyn, Cuveyni Şafii, c. 2, səh. 35; İrşadul-Qulub, səh. 295; Misbah (Kəfəmi), səh. 553.
(9) Müraciət et: Kitabu-Suleym, səh. 134; Dəlailul-İmamə, səh. 45; (təzə çapda səh. 134); Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30; əl-kovkəbud-durri, c. 1, səh. 194; əl-kibritul-əhmər, səh. 277.
(10) Dəlailul-İmamə, səh. 45 (təzə çapda səh. 134); Elmul-Yəqin, c. 2, səh. 686.
(11) Bəziləri Xalid ibn Vəlidi də Muhsinin siqt olmasının səbəbkarı bilirlər. Müraciət et: Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30.
(12) əl-İhticac, səh. 278; Cəlaul-uyun, Şubbər, c. 1, səh. 193.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/09/21 20:30:02
Back to Top
HTML Embed Code: