Telegram Web Link
🔴 İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər

5⃣ - Cİ HİSSƏ

📜 Kahili belə rəvayət edir: Əbu Abdullah (ə) buyurdu:

“Qohumlarınıza baş çəkin, bir-birinizə yaxşılıq edin, (dostlarımıza) şəfqət göstərin. Dəni yarıb canlıları yaradana and olsun! Sizin üçün elə bir vaxt gələcək ki, heç biriniz dinar və dirhəmini verməyə bir yer tapmayacaq. Yəni Qaim (ə) zühur etdiyi zaman Allahın və vəlisinin fəzli ilə insanlar ehtiyacsız olacaqlar və bu səbəbdən (sədəqə) verməyə yer tapılmayacaq. Mən soruşdum: Bu, nə zaman olacaq? İmam (ə) buyurdu: İmamınızı itirdiyiniz zaman. Siz daim bu vəziyyətdə olacaqsınız. Nəhayət o, ümidsizliyin son həddinə çatdığınız zaman günəş kimi parlayacaq. Məbadə şəkk və şübhəyə düşəsiniz. Şübhələri özünüzdən uzaqlaşdırın. Mən sizi xəbərdar etdim, elə isə ehtiyatlı olun. Allahdan sizə tövfiq və irşad əta etməsini diləyirəm”.¹

محمد بن همام، قال: حدثنا أحمد بن مابنداذ، قال: حدثنا محمد بن مالك، قال: حدثنا محمد بن سنان، عن الكاهلي، عن أبي عبد الله (عليه السلام) أنه قال: "تواصلوا وتباروا وتراحموا، فوالذي فلق الحبة وبرأ النسمة ليأتين عليكم وقت لا يجد أحدكم لديناره ودرهمه موضعا - يعني لا يجد له عند ظهور القائم (عليه السلام) موضعا يصرفه فيه لاستغناء الناس جميعا بفضل الله وفضل وليه - فقلت: وأنى يكون ذلك؟ فقال: عند فقدكم إمامكم، فلا تزالون كذلك حتى يطلع عليكم كما تطلع الشمس آيس ما تكونون، فإياكم والشك والارتياب، وانفوا عن أنفسكم الشكوك وقد حذرتكم فاحذروا. أسأل الله توفيقكم وإرشادكم.

¹ “Əqdüd-Dürər”, s.171:
“İsbatul-Huda”, c.3, s.365;
“Biharul-Ənvar”, c.51, s.146, h.17:
“Bəşarətul-islam”.s.147:
“Mucamul-hadis”, c.4. s.58, h.1133.

📚 “əl-Ğeybə-Nomani”, səh.150-151.

https://www.tg-me.com/mezhebus_sadiq
⁉️ SUAL-CAVABLAR

🔷 Sual:
Şiə əqidəsinə görə təqlidə etiqadımız necədi? Yəni təqlid vacibdir ya yox ? 

🟢 Cavab:
Təqlid etmək, şəriət hökmlərini bilməyən və hökmü mənbəyindən çıxarmaq qüvvəsi olmayan şəxslərə vacibdir. Çünki hər bir insan Allahın namaz, oruc, həcc, zəkat, xüms və sair kimi vacib əməllərini yerinə yetirməlidir; bu da yalnız onların hissələri, şərtləri, qayda və xüsusiyyətlərini biləndən sonra mümkündür ki, buna da ancaq əsaslandırma, yəni, Quran və Peyğəmbər (s.ə) sünnəsindən çıxarma yolu ilə nail olmaq olar.

📍Bunlara qadir olan şəxsə müctəhid deyilir, deməli o şəxsə müraciət edilməli və ondan öyrənilməlidir, necə ki, xəstə olan bir şəxs xəstəliyini müəyyən edib müalicə almaq üçün təbibə müraciət edir, çünki təbib bu işin mütəxəssisidir və tibbi qanunlar barədə məlumatı var. Bu əsasla, təqlidin müctəhid olmayan və dini hökmləri mənbəyindən çıxara bilməyən şəxslərə vacib olması ümumdünya ağıl sahiblərinin getdiyi metoda əsaslanır, yəni ümumdünya ağıl sahiblərinin metoduna əsasən cahil və bilməyən şəxslər hər bir elm, sənət və peşədə onu bilən şəxslərə müraciət edirlər.

📖 Bundan əlavə Allah-Taala bu ayədə buyurur: “Zikr əhlindən soruşun əgər bilmirsinizsə”. Həmçinin bu barədə məsum imamlarımızdan (ə) rəvayətlər də nəql olunmuşdur: Mərhum Təbərsinin (r.ə) “İhticac” kitabında İmam Həsən Əsgəridən (ə) belə nəql olunur: “Alimlərdən hər hansı biri öz nəfsini ehtiras və nəfsani istəklərdən saxlayarsa, dinini mühafizə edərsə, həvayi-nəfsinə müxalif olarsa, mövlasının əmrinə müti olarsa, avam camaat onlardan təqlid etməlidir”.

🌐 Mənbə:
Ali məqamlı mərcəyi-təqlid Seyid Əli Hüseyni Sistaninin (h) ofisinin rəsmi saytı.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/09/21 22:52:02
Back to Top
HTML Embed Code: