Telegram Web Link
🔴 Savadsız şəxslərin hədis və rəvayətlərdə Uca Allaha üzv və bənzətmələr nisbət verdiyini güman etdiyi kəlmələrin mənası Quranda həmin kəlmələrin və ya onların bənzərlərinin mənasına yozulur:

3⃣ - CÜ HİSSƏ

📖 Quranda:

وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ

📖 “Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovucunun içində olacaq”.¹ Yəni hakimiyyətində olacaq. Heç kəsin Onunla bərabər belə bir səlahiyyət və hakimiyyəti olmayacaq.

📖 Quranda:

وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ

📖 “Göylər isə Onun sağ əli ilə büküləcəkdir”.² Yəni qüdrətilə.

📖 Quranda:

وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا
📖 “Rəbbin və mələklər səf-səf gələcəyi”.³ Yəni Rəbbinin əmri gələcək və mələklər səf-səf duracaq.

📖 Quranda:

كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ

📖 “Xeyr, o gün Rəbbindən məhrum olacaqlar”.⁴ Yəni Rəbbin savab və mükafatından məhrum olacaqlar.

¹ (Zumər, 67).
² (Zumər, 67).
³ (Fəcr, 22).
⁴ (Mutəffifin, 15).

📚 Şeyx Səduq, “əl-Etiqadat”, səh.30-31.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər

3⃣ - CÜ HİSSƏ

📜 Ümmü-Hani belə rəvayət edir: Əbu Cəfər Muhamməd ibn Əli Baqirdən (ə) soruşdum:

“Allah-taalanın buyurduğu “And olsun (gündüz) gizlənən, gecə qayıdan ulduza”¹ ayəsinin mənası nədir?” İmam (ə) buyurdu: Ey Haninin anası! Bu, həmin imama işarədir ki, 260-cı ildə özünü gizləyəcək, barəsində heç bir xəbər alınmayacaq, sonra isə zülmət gecədə parlayan yanar bir ulduz kimi zahir olacaq. Əgər o zamanı görə bilsən, gözün aydın olsun! Bunun kimi başqa bir hədisi Useyd ibn Sələbə Ümmü-Hanidən nəql etmişdir, lakin bir fərqlə:
– Sonra isə zülmət gecədə alışıb yanan bir ulduz kimi zahir olacaq. Ogar o zamanı görə bilsən, gözün aydın olsun!”.²

6 - أخبرنا سلامة بن محمد، قال: حدثنا علي بن داود، قال: حدثنا أحمد بن الحسن، عن عمران بن الحجاج، عن عبد الرحمن بن أبي نجران، عن محمد بن أبي عمير، عن محمد بن إسحاق، عن أسيد بن ثعلبة، عن أم هانئ، قالت: "قلت لأبي جعفر محمد بن علي الباقر (عليهما السلام): ما معنى قول الله عز وجل: (فلا أقسم بالخنس) ، فقال: يا أم هانئ، إمام يخنس نفسه حتى ينقطع عن الناس علمه سنة ستين ومائتين، ثم يبدو كالشهاب الواقد في الليلة الظلماء، فإن أدركت ذلك الزمان قرت عينك. وأخبرنا محمد بن يعقوب، عن علي بن محمد، عن جعفر بن محمد، عن موسى ابن جعفر البغدادي، عن وهب بن شاذان، عن الحسن بن أبي الربيع الهمداني، قال: حدثنا محمد بن إسحاق، عن أسيد بن ثعلبة، عن أم هانئ، مثله، إلا أنه قال:  "كالشهاب يتوقد في الليلة الظلماء فإن أدركت ذلك الزمان قرت عينك" .

¹ “Təkvir surəsi”, 15-ci ayə.
² “Biharul-Ənvar”, c.51, s.137, h.6; “Təfsirul-Burhan”, c.4, s.433, h.3. “əl-Məhəccǝ”, s.244-245; “Mucamu Əhadisil-Imamil-Məhdi (ə), c.5, s.480, h.1918.

📚 “əl-Ğeybə-Nomani”, səh.149-150.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 Savadsız şəxslərin hədis və rəvayətlərdə Uca Allaha üzv və bənzətmələr nisbət verdiyini güman etdiyi kəlmələrin mənası Quranda həmin kəlmələrin və ya onların bənzərlərinin mənasına yozulur:

4⃣ - CÜ HİSSƏ

📖 Quranda:

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ

📖 “Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini gözləyirlər”.¹ Yəni Allahın əzabının gəlməsini gözləyirlər

📖 Quranda:

وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

📖 “O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqlar!”.² Yəni parlayaraq Rəbbinin verəcəyi savab və mükafata baxacaqlar.

📖 Quranda:

وَمَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ

📖 “Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar”.³ Allahın qəzəbi onun əzabı, razılığı isə savab və mükafat verməsidir”.

📖 Quranda:

تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ

📖 “Sən məndə olanı bilirsən, mən isə səndə olanı bilmirəm”.⁴ Yəni Sən mənim qeybimi bilirsən, amma mən isə Sənin qeybini bilmirəm”.

¹ (Bəqərə, 210).
² (Qiyamət, 22-23).
³ (Ta-ha, 81).
⁴ (Maidə, 116).

📚 Şeyx Səduq, “əl-Etiqadat”, səh.31.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər

4⃣ - CÜ HİSSƏ

📜 Ümmü-Hani belə rəvayət edir:

“Əbu Cəfər Muhəmməd ibn Əli Baqirin (ə) yanına gedib, ondan "*And olsun (gündüz) gizlənən, gecə qayıdan ulduza. Seyr edən, qeyb olan o ulduza*"¹ ayəsi haqqında soruşdum, belə buyurdu: "Xunnas" (gizlənən ulduz) öz dövründə gizlənəcək imamdır. O, 260-cı ildə gizlənəcək, bu zaman camaat onun barəsində heç bir xəbər ala bilməyəcək, (lakin) sonra gecənin zülmətində işıq saçan yanar ulduz kimi ortaya çıxacaq. Əgər o zamanı görə bilsən, gözün aydın olsun!”.²

محمد بن يعقوب، عن عدة من رجاله، عن سعد بن عبد الله، عن أحمد بن الحسن، عن عمر بن يزيد، عن الحسن بن أبي الربيع الهمداني، قال: حدثنا محمد بن إسحاق، عن أسيد بن ثعلبة، عن أم هانئ، قالت: "لقيت أبا جعفر محمد بن علي الباقر (عليهما السلام) فسألته عن هذه الآية: (فلا أقسم بالخنس * الجوار الكنس) فقال: الخنس إمام يخنس نفسه في زمانه عند انقطاع من علمه عند الناس سنة ستين ومائتين، ثم يبدو كالشهاب الواقد في ظلمة الليل، فإن أدركته قرت عينك".

¹ “Tǝkvir surəsi”, 15-16-cı ayələr.
² “əl-Kafi”, c.1, s.341, h.23; əl-Hidayatul-Kubra, s.88; Kamalud-din, c.2, s.324, h.1; “Mucamul-əhadis”, c.5, s.480, h.1918.

📚 “əl-Ğeybə-Nomani”, səh.150.

https://www.tg-me.com/mezhebus_sadiq
Məzhəbus-Sadiq
#Quran #ictihad #təqlid #müctəhid #fətva
🔵 QURANDA İCTİHAD VƏ TƏQLİD

📖 وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

📖 Möminlər hamılıqla çıxmamalıdır. Niyə hər tayfadan bir dəstə dini dərindən öyrənmək üçün çıxmır ki, onlara geri döndükdə öz qövmlərini qorxudub çəkindirsin?! Bəlkə onlar da qorxub çəkinələr!

📖 “ət-Tovbə” 122.

📍Mülahizə:

1⃣ - ci:
Diqqət edilir ayəyə. Ayədən zahir olan budur ki, “çıxmaq” vacibdir. “Niyə hər tayfadan bir dəstə dini dərindən öyrənmək çıxmır” mənası budur ki, çıxmalıdır.
2⃣ - ci:
📌 Burda iki hədəf var.
1. Çıxmalıdır nə üçün? Boş-boşuna xeyr! Hədəf var. “Dini dərindən öyrənmək”.
2. İkinci hədəf isə “öz qövmlərini qorxudub çəkindirmək”.
3⃣ - cü:
Çıxmaq vacibdir. O zaman, yuxarıda qeyd etdiyimiz iki hədəfdə vacib olur. Çünki, çıxmaqda məqsəd dini dərindən öyrənmək və qorxudub çəkindirməkdi.
4⃣ - cü:
Burdan sual yaranır, dini dərin öyrənməkdə, həmçinin, qorxudub çəkindirməkdə məqsəd nədir? Allah ayənin ardında digər dəstə üçün nə buyurur? “Bəlkə qorxub çəkinələr”. Demək ayədən çıxan budur ki, qorxub çəkinmək nədi? vacibdir. Çünki, ayənin əvvəlində, Allah buyurur: həm “dini dərindən öyrənmək”, həm də, “qorxudub çəkindirmək”. Hədəf nədi? “Bəlkə qorxub çəkinələr”.
Qısa izah:
1-ci hədəf – Dini dərin öyrənmək.
2-ci hədəf – Öz qövmlərini qorxudub çəkindirmək.
3-cü hədəf – Qorxub çəkinmək.
🔺 Nəticə olaraq, ayənin konteksindən görürük ki, Allah dini öyrənmək cəhətindən insanları iki dəstəyə bölür.
🔵 Birinci dəstə - Dini dərindən öyrənib çəkindirməli olan kəslər.
🟠 İkinci dəstə - Qorxudanları eşidib çəkinməli olan kəslər.
🔷 Birinci dəstə adlanır - Fəqih.
🔶 İkinci dəstə adlanır - Müqəllid.
5⃣ - ci:
Dini hökmlərdə təqlid etmək vacibdir. Çünki, ayə fəqihin çəkindirdiyi zaman qorxub çəkinməyin, yəni fəqihin sözünə uyğun şəkildə davranmağın vacib olduğuna dəlalət edir.
6⃣ - cı:
Fəqihin fətva verməsi vacibdir. Çünki, ayə qorxudub çəkindirmənin vacib olduğuna dəlalət edir. Vacib və haramlar barədə fətva vermək də elə qorxudub çəkindirməkdir.
7⃣ - ci:
Fəqihin qorxudub çəkindirməsi, yəni fətva verməsi digərlərinə höccətdir. Çünki, çəkindirənin müqabilində çəkinmə vacibdirsə, deməli çəkindirmək höccətdir.
8⃣ - ci:
Fətvanın doğruluğuna əmin olmaq şərt deyil. Çünki ayə mütləqdir. Əgər fətva verən dində təfəqqüh etmiş kəsdirsə (fəqihdirsə), ayənin dəlaləti budur ki, onun fətvası höccətdir, istər əminlik hasil olsun, istər olmasın.

İRAD:
1. Dində təfəqqüh etmək (dərindən öyrənmək) hökmləri məsumun özündən öyrənməklə baş tutur.
2. Qorxudub çəkindirmək isə məsumdan nəql etməkdən ibarət idi.
3. Deməli ayə nəql və rivayətin höccət olmasına dəlalət edir, nəinki sizin qəsd etdiyiniz mənada olan fəqihliyin və fətvanın höccət olmasına.

❗️Cavab:
Ayədə xəbər və rəvayətlərin höccət olmasına dair bir dəlil yoxdur.
Aşkardır ki, ayə bir dəstənin dini dərindən öyrənməli olduğunu deyir, buna görə ki, yerdə qalan dəstə onların qorxudub çəkindirdiyi şeylərə əməl etsin. Halbuki rəvayətin höccət olmasında onu nəql edən şəxsin, heç o rəvayətin mənasına vaqif olması şərt deyil. Deməli, o ravinin fəqih olması (dini dərindən bilməsi) heç şərt deyil. Rəvayətin höccət olmasında onu nəql edən şəxsin eşidilən sözləri etibarlı şəkildə nəql etməsi kifayətdir. Ayə isə dini dərindən öyrənməyin və bu kəslərin çəkindirmələrinə əməl etməyin vacib olduğunu deyir. DEMƏLİ DƏLALƏT BUDUR Kİ: Dini dərindən bilənlərin sözü (fətvası) höccətdir.
Ravinin (hədisi nəql edən şəxsin) nəqlinin höccət olması üçün onun fəqih olması şərt deyil. Məsələn: 3-4 hədis rəvayət etmiş ravi, hətta o hədislərdəki mənaya dərinliyi ilə vaqif olsa belə fəqih deyildir. Çünki, 3-4 hökmə vaqif olana fəqih, dini dərindən bilən deyilməz. Belə bir şəxsə “fəqih” deyilmədiyi halda onun nəql etdiyi höccət sayılır. Ayə isə fəqih olanın sözünün höccətliyindən danışır. Deməli ayədə hədis və rəvayətin höccətliyindən danışılmır!!!

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 Savadsız şəxslərin hədis və rəvayətlərdə Uca Allaha üzv və bənzətmələr nisbət verdiyini güman etdiyi kəlmələrin mənası Quranda həmin kəlmələrin və ya onların bənzərlərinin mənasına yozulur:

5⃣ - Cİ HİSSƏ

📖 Quranda:
وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ

📖 “Allah sizi Özündən çəkindirir”.[1] Yəni intiqamından.

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ

📖 “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat deyirlər (xeyir-dua verirlər).[2]

هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ

📖 “Sizi zülmətdən nura çıxartmaq üçün mələklərli ilə birlikdə sizə salavat söyləyən (mərhəmət bəxş edən) odur.[3] Salavat Allah tərəfindən rəhmət, mələklər tərəfindən öygü [4], insanlar tərəfindən isə duadır.

وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ

📖 “Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da (onların gizli hiyləsinə, məkrinə qarşı) tətbir tökdü.[5] Allah (məkr edənlərə qarşı) tətbir tökənlərin [6] ən yaxşısıdır.[7]

يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ

📖 “(Münafiqlər) Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır.[8]

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ

📖 “Allah da onlara istehza edər”.[9]

سَخِرَ اللَّهُ مِنْهُمْ

📖 “...məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır”.[10]

نَسُوا اللَّهَ فَنَسِيَهُمْ

📖 “Onlar Allahı unutdular, Allah da onları unutdu”.[11]

📍Bütün bunların mənası belədir: Uca Allah onları məkr, hiylə, istehza etdiklərinə, insanları aldatdıqlarına, məsxərəyə qoyduqlarına və Allahı unutduqlarına görə cəzalandırır. Allahın unutması həqiqətdə onların özlərini özlərinə unutdurmasıdır. Necə ki, Uca Allah buyurur:

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

📖 “Allahı unuduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin”.[12]. Çünki həqiqətdə Allah əsla məkr, hiylə və istehza etməz, aldatmaz, məsxərəyə qoymaz, unutmaz. Allah belə mənfi sifətlərdən olduqca ucadır.
Xilaf və inad əhlinin hədis və rəvayətlərimizdən bizə eyb tutduqları bu cür kəlmələrin mənası da məhz onların Qurandakı mənalarıdır.

[1] (Ali-İmran, 28).
[2] (Əhzab, 56).
[3] (Əhzab, 43).
[4] Başqa bir nüsxədə “bağışlanma tələbi”.
[5] Ərəbcə mətndə kəlmə etibarı ilə “hiylə etdi”.
[6] Ərəbcə mətndə kəlmə etibarı ilə “hiylə edənlərin”.
[7] (Ali-İmran, 54).
[8] (Nisa, 142).
[9] (Bəqərə, 15).
[10] (Tövbə, 79).
[11] (Tövbə, 67).
[12] (Həşr, 19).

📚 Şeyx Səduq, “əl-Etiqadat”, səh.31-33.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/09/22 02:02:59
Back to Top
HTML Embed Code: