Telegram Web Link
Xanım Fatimeyi-Zəhranın (səlamullahi əleyha) Hz. Əliyə (ə) vəsiyyətnaməsi

🔵 Xanım Fatimə (səlamullahi əleyha) dünyasını dəyişdikdən sonra Həzrət Əli (əleyhissəlam) Onun başının kənarından bir kağız parçası tapdı. Orada yazılmışdı:

Bağışlayan və mehriban Allahın adı ilə.
“Bu Fatimə binti Muhəmmədin vəsiyyətidir. O, şəhadət verir ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhəmməd Onun qulu və rəsuludur. Cənnət və cəhənnəm haqdır. Qiyamət günü olacaq və onun olacağı barədə heç bir şəkk-şübhə yoxdur. Allah qəbirdə olanları dirildəcək”.

“Ey Əli, mən Fatimə binti Muhəmmədəm. Allah dünya və axirətdə sənin olum deyə məni səninlə evləndirdi. Sən mənə digərlərindən daha yaxınsan. Mənə gecə qüsl ver və məni gecə kəfənlə. Mənə gecə namaz qıl və məni gecə dəfn et. Heç kimə bu barədə xəbər vermə. Səni Allaha tapşırıram. Qiyamət gününə qədər olacaq övladlarıma mənim salamımı çatdır”.

فكشف علي عن وجهها فإذا برقعة عند رأسها فنظر فيها فإذا فيها: بسم الله الرحمن الرحيم هذا ما أوصت به فاطمة بنت رسول الله (صلى الله عليه وآله) أوصت وهي تشهد أن لا إله إلا الله وأن محمدا عبده ورسوله وأن الجنة حق والنار حق وأن الساعة آتية لا ريب فيها وأن الله يبعث من القبور يا علي أنا فاطمة بنت محمد زوجني الله منك لأكون لك في الدنيا والآخرة أنت أولى بي من غيري حنطني وغسلني و كفني بالليل وصل علي وادفني بالليل ولا تعلم أحدا وأستودعك الله وأقرء على ولدي السلام إلى يوم القيامة.

📚 “Biharul-ənvar”, c.43, səh.214.

https://www.tg-me.com/mezhebus_sadiq
📜 İmam Rza (ə) səhabəsi Sədə belə buyurdu:

يا سَعْدُ عِنْدَكُمْ لَنَا قَبْرٌ، قُلْتُ: جُعِلْتُ فِدَاكَ، قَبْرُ فَاطِمَةَ بِنْتِ مُوسَى (ع)؟ قَالَ: نَعَمْ، مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّةُ

“Ey Səd! Sizin yanınızda bizə aid olan bir qəbr var.” Dedim: “Sənə qurban olum, Fatimə binti Musanın (ə) qəbrimi?” Buyurdu: “Bəli, haqqını tanıdığı halda onu ziyarət edən kəsin mükafatı cənnət olar.”

📚 “Bihаrul-әnvаr”, c.99, səh.266.

🔴 Xanım Məsumənin (s.ə.) vəfatı ilə bağlı tarix

📍Qədim tarix kitablarında Xanım Məsumənin (s.ə.) vəfat tarixi qeyd olunmayıb. Yalnız mütəəxxir (müasir) mənbələrdə hicri-qəməri Rəbius-sani ayının 10-u¹, 28 yaşına yaxın vəfat etdiyi qeyd olunub. Bəziləri xanımın vəfatının Rəbius-sani ayının 12-si² olduğu nəzərindədirlər. Bəzi qaynaqlara görə isə xanımın vəfat günü 8 şabana təsadüf edir.³

🗓 1. “Vəsilətul-məsumin”, Mir Əbu Talib Caiz Təbrizi, səh.65;
“Ləvaqihul-ənvar”, səh.58;
“Zendeqaniye Həzrəte Məsumə”, Mehdi Mənsuri, səh.37;
“Kərimeye Əhli-beyt”, səh.105.
🗓 2. Şeyx Nəmazi Şahrudi, “Mustədrəku səfinətil-bihar”, c.8, səh.257.
🗓 3. “Risalətul-ərəbiyyətil-ələviyyə vəl-luğatil-mərviyyə”, Şeyx Hürr Amuli, “Hayatus-sittə”-dən (Mehdi Mənsuri) nəqlən, səh.11.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 Savadsız şəxslərin hədis və rəvayətlərdə Uca Allaha üzv və bənzətmələr nisbət verdiyini güman etdiyi kəlmələrin mənası Quranda həmin kəlmələrin və ya onların bənzərlərinin mənasına yozulur:

1⃣ - Cİ HİSSƏ

📖 Quranda:

كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ

“Allahın üzündən başqa hər şey məhvə məhkumdur”.¹

➡️ Üzün mənası dindir. Din Allahın tanıdıldığı və təvəccöh (diqqət) edildiyi bir vasitədir.

📖 Quranda:

يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

“Baldırlar açılacağı və səcdəyə dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar”.²

➡️ Baldır işin şiddətli çətinləşəcəyinin məcazi ifadəsidir.

📖 Quranda:

أَنْ تَقُولَ نَفْسٌ يَا حَسْرَتَا عَلَىٰ مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ

“Bir kəs “Allahın böyründə əldən buraxdığlarıma görə vay halıma” deməsin!”.³

➡️ Böyür - yəni Allaha itaətdə etdiyim təqsirlər. Yəni Allaha itaətdə etdiyim təqsirlərə görə vay halıma!”.

📖 Quranda:

وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي

“Öz ruhumdam üfürdüyüm zaman”.⁴

➡️ Ruh Allahın yaratdığı bir məxluqdur ki, onu Adəmdə (ə) və İsada (ə) qərar vermişdi (ondan xəlq etmişdi). “Öz ruhumdan” buyurması “evim, bəndəm, Cənnətim, odum, göylərim və Yerim” deməsi kimidir.

¹ (Qəsas, 88).
² (Qələm, 42).
³ (Zumər, 56).
⁴ (Hicr, 29).

📚 Şeyx Səduq, “əl-Etiqadat”, səh.29.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər

1⃣ - Cİ HİSSƏ

📜 Furat ibn Əhnəf Əbu Abdullah Cəfər ibn Muhəmməddən, o da öz ata-babalarından belə nəql edir:

“Möminlərin əmiri Əlinin (ə) zamanında Fərat çayı daşdı. İmam Əli (ə) və iki oğlu - Həsən və Hüseyn (ə) (qayığa) mindilər. Səqif qəbiləsinin yanından keçən zaman camaat dedi: Əli suyu geri qaytarmağa gəlib. İmam Əli (ə) buyurdu: Bilin! Allaha and olsun ki, mən və bu iki oğlum qətlə yetiriləcəyik. Axırəzzəmanda Allah mənim nəslimdən olan bir nəfəri göndərəcək. O, bizim qanımızı tələb edəcək. O, zəlalət əhli (haqq əhlindan) ayrılsın deyə, qeybə çəkiləcək. Hətta o zaman cahillər belə deyəcəklər: Daha Allah-taalanın Muhəmməd ailəsi ilə bir işi yoxdur”.¹

حدثنا محمد بن همام، قال: حدثنا جعفر بن محمد بن مالك، قال: حدثنا إسحاق بن سنان، قال: حدثنا عبيد بن خارجة، عن علي بن عثمان، عن فرات بن أحنف، عن أبي عبد الله جعفر بن محمد، عن آبائه (عليهم السلام)، قال: زاد الفرات على عهد أمير المؤمنين (عليه السلام) فركب هو وابناه الحسن والحسين (عليهما السلام) فمر بثقيف، فقالوا: قد جاء علي يرد الماء، فقال علي (عليه السلام): أما والله، لأقتلن أنا وابناي هذان، وليبعثن الله رجلا من ولدي في آخر الزمان يطالب بدمائنا، وليغيبن عنهم تمييزا لأهل الضلالة حتى يقول الجاهل: ما لله في آل محمد من حاجة.¹

¹ “İsbatul-Vəsiyyə”, s.224;
“Kamalud-Din”, s.302-303, h.9-15;
“Dəlailul-imamət”, s.292;
“İlamul-Vəra”, s.400;
“Biharul-Ənvar”, c.51, s.112, h.7, s.119, h.19.

📚 “əl-Ğeybə-Nomani”, səh.141.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 Savadsız şəxslərin hədis və rəvayətlərdə Uca Allaha üzv və bənzətmələr nisbət verdiyini güman etdiyi kəlmələrin mənası Quranda həmin kəlmələrin və ya onların bənzərlərinin mənasına yozulur:

2⃣ - Cİ HİSSƏ

📖 Quranda:

بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ

📖 “Xeyr, Allahın əlləri açıqdır”.¹ Yəni dünya və axirət nemətləri onu qazanan hər kəs üçün əlçatandır.

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ

📖 “Göyü (qüdrət) əlimizlə Biz yaratdıq”.² Əl - yəni qüdrət.

وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ

📖 “Əl sahibi Davudu yadına sal”.³ Yəni güc və qüvvət sahibi.

يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَي

“Ey İblis! Sənə Mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?”.⁴

¹ (Maidə, 64).
² (Zariyət, 47).
³ (Sad, 17).
⁴ (Sad, 75).

📚 Şeyx Səduq, “əl-Etiqadat”, səh.30.

https://www.tg-me.com/mezhebus_sadiq
🔴 İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər

2⃣ - Cİ HİSSƏ

📜 Müfǝzzal ibn Ömər Əbu Abdullahdan (ə) belə nəql edir: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru var. Allaha and olsun ki, biz öz şiələrimizdən olan bir kəsi o zaman fəqih hesab edərik ki, ona işarə edildiyi zaman işarəni başa düşsün. Həqiqətən də, Möminlərin əmiri Əli (ə) Kufə minbərində belə buyurmuşdur: Qarşıda sizin üçün elə zülmət, tutqun və qaranlıq fitnələr var ki, ondan yalnız “novmə”-lər xilas olacaqlar. Soruşdular: Ey Möminlərin əmiri, “novmə” nədir? Imam Əli (ə) buyurdu: O şəxs ki, insanları tanıyır, lakin insanlar onu tanımırlar. Bilin ki, yer üzü Allah-taalanın höccətindən xali olmaz, lakin zülmləri, haqsızlıqları və özlərinə qarşı həddi aşmaları səbəbindən Allah onu Öz bəndələrindən gizlədəcək. Əgər yer üzü ilahi höccətsiz bircə an qalsa, heç şübhəsiz, öz əhlini udar. Lakin höccət insanları tanıyar, onlar isa onu tanımazlar, Necə ki, Yusuf (ə) də, camaati tanıyır, onlar isa onu inkar edirdilər (onun sağ olmadığını deyirdilər). Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Vay bu bəndələrin halına! Onlara elə bir elçi gəlmədi ki, ona daim istehza etməsinlər”.¹

أخبرنا محمد بن همام ومحمد بن الحسن بن محمد بن جمهور، جميعا، عن الحسن بن محمد بن جمهور، قال: حدثنا أبي، عن بعض رجاله، عن المفضل بن عمر، قال: "قال أبو عبد الله (عليه السلام): خبر تدريه خير من عشر ترويه، إن لكل حق حقيقة، ولكل صواب نورا، ثم قال: إنا والله لا نعد الرجل من شيعتنا فقيها حتى يلحن له فيعرف اللحن، إن أمير المؤمنين (عليه السلام) قال على منبر الكوفة: إن من ورائكم فتنا مظلمة عمياء منكسفة لا ينجو منها إلا النومة. قيل: يا أمير المؤمنين، وما النومة؟ قال: الذي يعرف الناس ولا يعرفونه. واعلموا أن الأرض لا تخلو من حجة لله عز وجل، ولكن الله سيعمي خلقه عنها بظلمهم وجورهم وإسرافهم على أنفسهم، ولو خلت الأرض ساعة واحدة من حجة لله لساخت بأهلها، ولكن الحجة يعرف الناس ولا يعرفونه، كما كان يوسف يعرف الناس وهم له منكرون، ثم تلا: (يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزؤون).¹

¹ (Yasin-30), “Biharul-Ənvar”, c.51, s.112, h.8; “İsbatul-Huda”, c.3, s.532, h.463; “Əvalim”, c.3, s.526, h.56; “Mucamu əhadisil-Imam”, c.5, s.366, h.1804.

📚 “əl-Ğeybə-Nomani”, səh.141-142.

https://www.tg-me.com/mezhebus_sadiq
📜 İmam Əli (ə) buyurub:

“İmanınızı sədəqə verməklə qoruyun, mаllаrınızı zәkаt vеrmәklә sığortalayın və bəla dalğalarını dua etməklə dəf edin.”

سُوسُوا إِيمَانَكُمْ بِالصَّدَقَةِ وَ حَصِّنُوا أَمْوَالَكُمْ بِالزَّكَاةِ وَ ادْفَعُوا أَمْوَاجَ الْبَلَاءِ بِالدُّعَاءِ

📚 “Nəhcül-bəlağə”, qısa kəlamlar 138.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/09/22 04:31:33
Back to Top
HTML Embed Code: