Telegram Web Link
*_🏴MƏHƏRRƏM SƏFƏR AYLARI GUNDƏLİK OLUNAN ƏMƏLLƏR.🏴_*

*_1.ÜZÜ QİBLƏYƏ DAYANIB İMAM HÜSEYNƏ(Ə) SALAM VERMƏK.👉ƏSSƏLAMU ƏLƏYKƏ YƏ ƏBA ƏBDİLLAH._*
*_2.MƏHƏRRƏM AYININ 1-DƏN AŞURA GÜNÜNƏ QƏDƏR CƏMİ 💯 İXLAS SURƏSİNİ OXUYUB, SAVABINI İMAM HÜSEYNƏ(Ə) HƏDİYYƏ ETMƏK._*
*_3.AŞURA ZİYARƏTİNİ OXUMAQ._*
*_4.FƏCR SURƏSİNİ OXUMAQ._*
*_5.ƏLLAHUMMƏL'ƏN QƏTƏLƏTƏL İMAM HUSEYN (100 DƏFƏ) 🏴_*
*_6.İMAM HÜSEYNƏ GÖZ YAŞI TÖKMƏK.😰
*_7.İMAM HÜSEYNƏ(Ə) SALAVAT.
*_8.QURAN OXUYUB HƏDİYYƏ ETMƏK._*
*_9.İMAM HUSEYNƏ XATİR EHSAN ETMƏK.(YETİM YOXSULLARA, KİMSƏSİZLƏRƏ,EHTİYACI OLANLARA)
10.MƏHƏRRƏM AYININ 1-Cİ, 3-CÜ VƏ 7-Cİ GÜNÜNDƏ ORUC TUTMAQ. (ASURA GÜNÜ ORUC TUTMAQ MƏKRUHDUR)
11. İMAM HÜSEYN (Ə) ZİYARƏTİNƏ GETMƏK, MƏCLİSLƏR (KİÇİK DƏ OLSA) QURMAQ VƏ İŞTİRAK ETMƏK VƏ.S_*

ALLAH TƏALA BU AYLARIN ƏZASINI EHTİRAMLA QORUYUB SAXLAMAGI BİZLƏRƏ NƏSİB ETSİN AMİN.DUALARINIZDA BİZİ DƏ DUA EDİN ALLAH YADA SALSIN İNŞƏALLAH İLTİMASİ DUA🤲😥
Forwarded from Maide.Az/MaideTV
İMAM HÜSEYN (Ə) KƏRBƏLADA

İmam Hüseynin (ə) karvanı Zilhiccə ayının 8-də Məkkədən İraqa tərəf hərəkət edir və yol boyu müxtəlif hadisələr baş verir. O Həzrət bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa dəvət edir. İmam səfər əsnasında Əs-Səfaha çatarkən o dövrün gənc şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşur. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim mühiti belə vəsf edir: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”

İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə əhalisinə məktub yazır və yaxın bir zamanda Kufəyə girəcəyini bildirir. Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə Həsin ibn Nümeyr tərəfindən həbs edilir. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu udur və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirilir.

İmam (ə) hərəkətinə davam edib Zədud məntəqəsində Züheyr ibn Qeynlə rastlaşır və onu öz dəstəsinə qoşulmağa dəvət edir. O da İmamın sözlərindən təsirlənib həyat yoldaşının da təşviqi ilə İmamın dəvətini qəbul edir və Eşq karvanına qoşulur.

İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan Hani, Müslim ibn Əqilin şəhadət xəbərini o Həzrətə çatdırır.
Çox keçmir ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırılır. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi. Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurur: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, səh.169.)

Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk edirlər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qalırlar.
Nəhayət, İmam Hüseyn (ə) Şərat məntəqəsinə çatır. Gecə orada istirahət edib ertəsi gün yoluna davam edir və günün yarısında Hürr ibn Yezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başlayır. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmir. Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə camaat namazına qoşulur. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq olur. İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurur: “Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım və elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum...” (“Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249.)
Hürr məktublar haqqında məlumatsız olduğunu bildirir. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atır. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəliləyir. Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzülürlər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəlir və beləcə Əl-Üzeybə doğru hərəkət etməli olurlar.

Burada Tirimmah ibn Üdeyy İmam Hüseyndən (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istəsə də, İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmir. Nəhayət, karvan “Bəni-Müqatil”ə çatır və oradan da Neynəvaya tərəf üz tutur. Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırılır: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”

İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif edir. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurur: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”
Forwarded from Maide.Az/MaideTV
KƏRBƏLAYA GİRİŞ
İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil olur. İmam (ə) bu yerə girən kimi onun adını soruşduqda, “Kərbəla” olduğunu söyləyirlər. İmam (ə) Kərbəla sözünü eşitcək belə dua edir: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atlardan düşün, bura bizim qanlarımızın axan yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub.”

Maide.az – Maarif bölümü

https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Media is too big
VIEW IN TELEGRAM
Hacı Mehdi Rəsuli - Ləbbeyk Hüseyn Ləbbeyk

https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
İmam Hüseynə (ə) ağlamağın fəziləti

Mismə ibn Əbdülməlik Kirdin Bəsri nəql edir ki, İmam Sadiq (ə) mənə buyurdu:

يَا مِسْمَعُ أَنْتَ مِنْ أَهْلِ الْعِرَاقِ أَمَا تَأْتِي قَبْرَ الْحُسَيْنِ (ع):

“Ey Mismə! Sən iraqlısan, İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gedirsənmi?”

Dedim:

لَا أَنَا رَجُلٌ مَشْهُورٌ عِنْدَ أَهْلِ الْبَصْرَةِ وَ عِنْدَنَا مَنْ يَتَّبِعُ هَوَى هَذَا الْخَلِيفَةِ وَ عَدُوُّنَا كَثِيرٌ مِنْ أَهْلِ القَبَائِلِ مِنَ النُّصَّابِ وَ غَيْرِهِمْ وَ لَسْتُ آمَنُهُمْ أَنْ يَرْفَعُوا حَالِي عِنْدَ وُلْدِ سُلَيْمَانَ فَيُمَثِّلُونَ بِي

“Xeyr, mən bəsrəlilər arasında məşhur şəxsəm (məni hamı tanıyır) və bizm yanımızda elələri var ki, bu xəlifənin istəklərini icra edir (bizimlə bağlı məllumatları ona çatdırır), nasibi və qeyri-nasibilərdən olan düşmənlərimiz də çoxdur. Haqqımda Süleymanın oğluna məlumat verdikləri üçün amanda deyiləm. O, başqalarına ibrət olsun deyə mənə işgəncələr verə bilər. Elə buna görə də, ehtiyat edib, o Həzrətin ziyarətinə getmirəm.”

İmam Sadiq (ə) mənə buyurdu:

أَ فَمَا تَذْكُرُ مَا صُنِعَ بِهِ؟

“O Həzrətin başına gələn müsibətləri yad edirsənmi?”

Dedim:

نَعَمْ

“Bəli!”

Həzrət buyurdu:

فَتَجْزَعُ؟

“Heç ah-nalə edirsənmi?”

Dedim:

إِي وَ اللَّهِ وَ أَسْتَعْبِرُ لِذَلِكَ حَتَّى يَرَى أَهْلِي أَثَرَ ذَلِكَ عَلَيَّ فَأَمْتَنِعُ مِنَ الطَّعَامِ حَتَّى يَسْتَبِينَ ذَلِكَ فِي وَجْهِي

“Bəli! And olsun Allaha, o Həzrətin müsibətlərini xatırlayarkən o qədər narahat olur və qəmlənirəm ki, əhli-əyalım belə narahat olduğumu hiss edir, halım o qədər dəyişir ki, yeməkdən əl çəkirəm. Narahat və qəmli olmağım üzümdə belə görünür.”

Həzrət buyurdu:

رَحِمَ اللَّهُ دَمْعَتَكَ أَمَا إِنَّكَ مِنَ الَّذِينَ يُعَدُّونَ مِنْ أَهْلِ الْجَزَعِ لَنَا وَ الَّذِينَ يَفْرَحُونَ لِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَخَافُونَ لِخَوْفِنَا وَ يَأْمَنُونَ إِذَا أَمِنَّا أَمَا إِنَّكَ سَتَرَى عِنْدَ مَوْتِكَ حُضُورَ آبَائِي لَكَ وَ وَصِيَّتَهُمْ مَلَكَ الْمَوْتِ بِكَ وَ مَا يَلْقَوْنَكَ بِهِ مِنَ الْبِشَارَةِ أَفْضَلُ وَ لَمَلَكُ الْمَوْتِ أَرَقُّ عَلَيْكَ وَ أَشَدُّ رَحْمَةً لَكَ مِنَ الْأُمِّ الشَّفِيقَةِ عَلَى وَلَدِهَا

“Allah göz yaşlarına (görə sənə) rəhm etsin! Bil ki, həqiqətən də sən bizə görə qəmlənən, sevincimizə sevinən, qəmimizə qəmlənən, qorxduqlarımıza görə qorxan və əmin-amanlıqda olduğumuz zaman əmin-amanlıqda olan kəslərdən sayılırsan. Agah ol ki, ölüm zamanı ata-babalarımı başının üstündə durub səni ölüm mələyinə tapşırdığını, sənə verəcəkləri müjdənin hər şeydən üstün olduğunu, ölüm mələyinin səninlə rəftarında övladına qarşı mehriban olan anadan da mehriban və rəhmli olduğunu görəcəksən.”
(“Kamiluz-ziyarat”, 32-ci bölmə, səh. 203.)

Maide.az – Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hacı Vasif Nəftullayev - Kərbəla hadisəsi unudulmaz bir məktəbdir

#Məhərrəmlik #Aşura #İmam_Hüseyn #Kərbəla #Hacı_Vasif_Nəftullayev
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
MƏHƏRRƏM AYININ 3-CÜ GÜNÜ – İBN ZİYADIN QOŞUNU KƏRBƏLADA

İmam Hüseyn (ə) 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil olur və Məhərrəm ayının 3-dən etibarən İbn Ziyadın qoşunu tədricən Kərbəlaya toplaşırlar. İbn Ziyad İmam Hüseynin (ə) şəhadətə yetəcəyi ilə gələcəkdə qisas məqsədilə baş verə biləcək qiyamların qarşısını almaq üçün bütün Kufə əhalisi və qəbilələrinin əlini Peyğəmbərin (s) övladının qanına bulaşdırmağa cəhd göstərir. İbn Əsəmin nəqlinə görə, təqribən, iyirmi iki min nəfər Kufədən yola düşür. Amma Bilazəri, Dinəvəri və İbn Sədin rəvayətlərindən aydın olduğu kimi, onların əksəriyyəti yolun yarısında ordudan ayrılıb qaçır. Çünki Kufə əhalisinin əksəriyyəti Rəsulullahın (s) övladı ilə döyüşmək istəmirdi. Bu səbəbdən, İbn Ziyad belə bir göstəriş verir: “Bu gündən etibarən orduya qatılmayan hər hansı bir şəxsin qanı mənim boynumda deyildir.”

Cəmiyyət belə bir hədə-qorxudan təsirlənərək Kərbəlaya doğru üz tutur. Hətta, Rey şəhərinin hakimi və müşrik deyləmilərlə döyüşmək məqsədilə İrana doğru hərəkətə hazırlaşan Ömər ibn Səd ibn Vəqqas, İbn Ziyad tərəfindən Hüseynin (ə) işini bitirdikdən sonra Reyin valiliyini öhdəsinə alması üçün Kərbəlaya gəlməsinə dair əmr alır və Kufə ordusunun sərkərdəliyinə təyin edilir. O, Kərbəla məsələsi üzərində daxili nigarançılığını geridə qoyub, nəhayət, Rəsulullahın (s) övladının qanının axıdılması bahasına olsa da, Rey valiliyinə şahib olmağa üstünlük veriir və Kərbəlaya doğru yola düşür.

İbn Ziyad “Aşura”dan bir neçə gün əvvəl Ömər ibn Sədə məktub yazıb İmama (ə) su verilməməsi əmrini verir: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.” Başqa bir məktubda da belə yazır: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” (“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəri, imam Hüseynin (ə) həyatı.)
İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə İbn Sədlə görüşür və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışır. Amma – tarixi rəvayətlərə görə – Rey valiliyi onun ağlını əlindən almışdı.

Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərir ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir. Ömər Səd bu təklifi qəbul edir. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət edir və göstəriş verir ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verir və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil olurlar. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurur: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”
Ömər Səd deyir: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.”

İmam Hüseyn (ə) buyurur: “Mən öz hesabıma sənin üçün bir ev alaram.”
Ömər Səd deyir: “Qorxuram xurma bağımı müsadirə etsinlər.”
İmam Hüseyn (ə) buyurur: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”
Ömər Səd deyir: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”
İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.”
Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirir, dünya səltənətinə – Rey mülkünə də sahib ola bilmir. Nəhayət, Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirir.

Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
ÖMƏR İBN SƏDİN KEÇMİŞİ

Bir gün Əmirəlmöminin Əli (ə) minbərdə buyurdu: “Məni əldən verməmiş nə istəyirsinizsə, məndən soruşun…”
Bu vaxt Səd ibn Əbu Vəqqas (Ömər Sədin atası) yerindən qalxıb dedi: “Ey Əmirəlmöminin! Xəbər ver görüm, mənim üz və başımda nə qədər tük var?”
İmam (ə) buyurdu: “Sənin soruşduğun məsələni Peyğəmbəri-Əkrəm (s) mənə xəbər verib buyurmuşdu ki, sən bu sualı məndən soruşacaqsan. Bil ki, sənin baş və üzündə elə bir tük yoxdur ki, onun dibində bir şeytan oturmasın. Eləcə də, sənin evində südəmər bir uşaq var ki, oğlum Hüseyni qətlə yetirəcəkdir.” O vaxt Ömər ibn Səd balaca bir uşaq idi. (“Kamiluz-ziyarat”, səh.74.)

Sədin İmam Əlidən (ə) soruşduğu sual həqiqəti öyrənmək üçün deyil, yalnız masqara üçün idi. Niyyətlərdən agah olan Əmirəlmöminin Əli (ə) bilirdi ki, Sədin başında nə kimi planlar var. Məhz buna görə də, Həzrət elə bir cavab verdi ki, camaat arasında xar olan o alçaq və yaramazın alnına əbədi rüsvayçılıq damğası vuruldu. Xüsusən də, Əmirəlmöminin Əli (ə) bu sözləri Peyğəmbəri-Əkrəmin (s) mübarək dilindən nəql etmişdi.
Beləliklə, belə bir alçaq və rəzil bir ünsürdən Ömər Səd kimi birisinin törənməsi heç də təəccüb doğurmur.

Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Audio
Aşura ziyarəti
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
KƏRBƏLA ŞƏHİDİ – HÜRR İBN YEZİD RİYAHİ

Məhərrəm ayının dördüncü günü əvvəlcə Yezid ordusunda olan, lakin sonradan tövbə edib İmam Hüseynə (ə) qoşulan Kərbəla şəhidi Hürr ibn Yezid Riyahinin adını daşıyır və ona məxsusdur.

Hürr ibn Yezid Riyahi öz qəbiləsinin başçısı, Kufənin tanınmış şəxsiyyətləri və hərbi sərkərdələrindən biri di. O, Aşura vaiqəsindən öncə İbn Ziyadın əmri ilə İmam Hüseynin (ə) hərəkətinə mane olmaq üçün min nəfərlik qoşuna başçı təyin edildi.
Hürr Aşura günü Ömər ibn Sədin müharibə qərarının ciddi olduğunu gördükdə, qorxdu və yavaş-yavaş Yezidin qoşunundan kənaralaşdı.
Mühacir ibn Ovs, Hürrün iztirab və təşvişini gördükdə dedi: Allaha and olsun, indiyə qədər səni belə halətdə görməmişdim, əgər indiyə qədər məndən “Kufənin ən şücaətli şəxsi kimdir?” – deyə soruşsaydılar, ancaq səni göstərərdim!

Hürr dedi:

إنّي وَاللَّهِ أُخَيِّرُ نَفْسي بَيْنَ الْجَنَّةِ وَالنَّارِ وَلا أخْتارُ عَلَى الْجَنَّةِ شَيْئاً

“Özümü Cənnətlə Cəhənnəm arasında görürəm, amma bədənim parça-parça olsa və məni odda yandırsalar da, heç nəyi Cənnətdən üstün tutmaram!”

Nəhayət, Hürr qərara gəldi və İmam Hüseynin (ə) xeyməsinə doğru hərəkət etdi.

İbn Əsir özünün “Tarix” kitabında belə yazır: “Hürr, İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Mən inanmazdım ki, bu camaat işi bu yerə çatdırsın, yoxsa, heç vaxt onlarla birgə olmazdım. İndi isə tövbə üçün sizin hüzurunuza gəlmiş və qərar vermişəm ki, ölənə qədər sizi müdafiə edim və sizin gözünüzün qabağında ölüm. Mənim tövbəm qəbuldurmu?!”

İmam (ə) mehribanlıqla cavab verdi:

نَعَمْ، يَتُوبُ اللَّهُ عَلَيْكَ وَيَغْفِرُ لَكَ‌

“Bəli, Allah tövbəni qəbul edir və günahlarını bağışlayır.” (“Əl-kamil”, İbn Əsir, c.4. səh.64.)

Tarixin səhifələrində Hürrün İmam Hüseynin (ə) yanına gələndən sonra Allahla belə münacat etdiyini oxuyuruq:

أللَّهُمَّ إِلَيْكَ انيبُ فَقَدْ أَرْعَبْتُ قُلوبَ أَوْلِيائِكَ وَأَوْلادِ نَبِيِّكَ‌

“İlahi, Sənin dostlarının və Peyğəmbərinin (s) övladlarının qəlblərinə qorxu saldığım üçün Sənə üz tutub tövbə edirəm.” (“Əmali”, Şeyx Səduq, səh.223.)

Xarəzmi yazır: “Hürr tövbə edəndən sonra İmam Hüseynə (ə) dedi: “Ey Allah Rəsulunun (s) övladı! Mən sizin yolunuzu kəsən birinci şəxsəm. İcazə verin, Qiyamət günü əlimi Cəddinizin əlinin üstünə qoymaq ümidilə, sizin qarşınızda birinci mən şəhid olum!”

İmam Hüseyn (ə) buyurdu: “Sən Allahın tövbələrini qəbul etdiyi kəslərdənsən.” (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.4, səh.10.)

Bəli, o, meydana ilk gedib şəhid olan şəxs idi.

Amma Təbəri və İbn Kəsirin qeydlərinə görə, Hürr, Həbibin şəhadətindən sonra və zöhr namazından öncəq Züheyr ibn Qeynlə birlikdə düşmənə hücum etdi; belə ki, hər biri düşmənin mühasirəsinə düşdükdə, o biri digərinin köməyinə gedir və onu düşmənin mühasirəsindən çıxarırdı. Sonda Hürrün atının ayaqlarını kəsdilər, amma o, eləcə vuruşurdu. (“Təbəri tarixi”, c.4, səh.366; “Əyanuş-şiə”, c.4, səh.614.)

Başqa bir rəvayətə əsasən, Hürr şücaətlə vuruşur və bu rəcəzi oxuyurdu:

إنّي أَنَا الحُرُّ ومُؤوِى الضَّيْفِ‌
اضْرِبُ في أعْراضِكُم بِالسَّيفِ‌
عَنْ خَيْرِ مَنْ حَلَّ بِلادَ الخيفِ‌
أَضْرِبُكُمْ وَلا أرى‌ مِنْ حَيْفٍ‌

“Həqiqətən, mən qonaqlarımın ev sahibi olan Hürrəm, qılıncımı üstünüzə çəkirəm, Xeyf şəhərinin (Məkkə məntəqəsi) ən yaxşı insanını müdafiə edir, sizinlə vuruşur və (ölümdən) qorxmuram.”

Hürr fəryad cəkərək vuruşurdu, nəhayət, İbn Sədin piyada qoşunu ona hücum edib şəhadətə yetirdi.

İmamın (ə) əshabı Hürrü yarıcan halda xeyməyə gətirdi. İmam (ə) onun başı üstündə oturub üzünün qanını sildi və buyurdu:

أَنْتَ الْحُرُّ كَما سَمَّتْكَ أُمُّكَ وَ أنْتَ الْحُرُّ فِي الدُّنْيا وَالْآخِرَةِ

“Sən hürr və azadsan, necə ki, anan səni belə adlandırb. Sənsən dünya və axirətdə azad insan!” (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.2, səh.11.)
2024/09/30 22:12:21
Back to Top
HTML Embed Code: