Telegram Web Link
Forwarded from Besiret.Az
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
📌Kərbəla şəhidləri, 1-ci hissə

🔺Nafe ibni Hilal
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
📌Kərbəla şəhidləri, 2-ci hissə

🔺Həbib ibn Müzahir
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
📌Kərbəla şəhidləri, 3-cü hissə

🔺Müslüm ibn Əql
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
📌Kərbəla şəhidləri, 4-cü hissə

🔺Əbu Sümamə Saidi
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
AŞURA VƏ AZADLIĞIN SİRRİ

Kərbəlada bəzilərinin bir an içrə dəyişib batildən üz döndərməsi və haqq cəbhəsinə qoşulması Aşura vaqiəsinin qəribəliklərindəndir. Hürr ibn Yəzid Riyahi daxilən və nagəhan dəyişilən həmin kəslərdən biridir. Elə bir kəs ki, işin başlanğıcında öz İmamının yolunu kəsdi və Aşura karvanının yolunu Kərbəlaya doğru yönəltdi. Buna rəğmən, o, bir anın içində özünə gəldi və nəhayət, axır-aqibəti xeyirlə bitdi. Hətta şəhadətə yetdiyi zaman imam Hüseyn (ə) onu qucağına alıb buyurdu:

أَنتَ الحُرُّ كَمَا سمَّتكَ اُمُّكَ وَ أَنتَ الحُرُّ فِي الدُنيا وَ الآخِرَة؛

“Sən hürr və azadsan, necə ki, anan bu adı sənə verib. Sən həm dünyada, həm də axirətdə hürr və azadsan!”

BU HƏQİQƏTİN SİRRİ

Həm Qurani-Kərimdə, həm də məsum rəhbərlərin rəvayətlərində təfəkkür və düşüncəyə xüsusi yer ayrılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:

فِکرَةُ ساعَةٍ خَیرٌ مِن عِبادَةِ اَلفِ سَنَةٍ؛

“Bir saat təfəkkür etmək min ilin ibadətindən üstün və faydalıdır.” (“Misbahuş-şəriə”, səh.114.)

Məxsusən, insan əsas və mühüm seçkilərdə, haqq ilə batildən birini seçmək məcburiyyəti ilə üzləşdikdə, ona ilk sözü deyən təfəkkürdür. Kərbəlada qılınclar çalındıqda, Hürr bir guşəyə çəkildi, daşınıb-düşündükdən sonra imam Hüseyni (ə) seçdi və başını aşağı dikib xəcalətli halda İmamın (ə) xeymələrinə doğru addımladı.
İnsanın axır-aqibətinin necəliyi Qurani-Kərimin önəm verdiyi ən mühüm məsələlərdən biridir və ayələrdə keçmiş qövmlərin aqibəti ilə bağlı “keyfə kanə aqibətul...” (...axır-aqibəti necə oldu!) ibarəsi, düz 21 dəfə işlənmişdir.
Buna misal olaraq “Əraf” surəsinin 103-cü ayəsini göstərə bilərik:

ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُواْ بِهَا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axır-qibəti necə oldu!”

Keçmişlərin axır-aqibəti haqda düşünmək və təfəkkür etmək bir çox dərslər aşılayır ki, pis aqibətdən qurtuluş həmin dərslərdən biridir; başqa sözlə, tarixin çirkin və qəddar insanlarının pis aqibəti haqda düşünmək xeyirli aqibətə səbəb olur.

Azadlığın özəyi həqiqi tövhid və Allaha bəndəçilikdir. İmam Əli (ə) buyurur:

لا تَكُن عَبدَ غَيرِكَ و َقَد جَعَلَكَ اللّهُ حُرّاً؛

Başqasına qul olma ki, Allah səni azad yaratmışdır.” (“Tuhəful-uqul”, səh.77.)

Başıucalıq və azadlıq pak olan insanlıq fitrəti və həqiqətindən qaynaqlanır. Qurani-Kərimin “Rum”surəsinin 30-cu ayəsində buyurulur:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنيفاً فِطْرَتَ اللَّهِ الَّتي‏ فَطَرَ النَّاسَ عَلَيْها؛

Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut...”

Aşura vaqiəsində çoxlarının zülm ordusunda yerləşməsi və nəticədə, axır-aqibətlərinin pis olmasına əsas səbəb onların azad olmaması və madiyyata möhkəm bağlı olmaları idi. Elə buna görə də, imam Hüseyn (ə) düşmənlərə xitabən belə bir cümlə işlədir:

إن لَم يَكُن لَكُم دينٌ وَ كُنتُم لا تَخافونَ المَعادَ فَكونوا أَحراراً فى دُنياكُم؛

“Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyanızda azad olun.”
(“Biharul-ənvar”, c.45, səh.51.)

Bu dərinmənalı ibarədən anlaşılır ki, hürriyyət və azadlıq həqiqi mənada dindar insanın dönməz etiqadının tərkib hissəsidir. Azadlıq və comərdlik qoxusu duymayan insanın nəinki dini olmaz, hətta insaniyyətini belə itirmiş olur. Demək, azadlığın ilkin pilləsi insaniyyətdir, ondan sonra isə dini həyaya sahib insan dini dəyərləri qorumağı qarşısına məqsəd qoyacaq və Hürr yolunun davamçısı şərəfinə nail olacaq!

Maide.Az- Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hacı Vasif Nəftullayev - İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi

#Məhərrəmlik #Aşura #İmam_Hüseyn #Kərbəla #Hacı_Vasif_Nəftullayev #Qiyam
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Məhərrəm ayının 7-ci gecəsi və günü – Həzrət Əliəsğər

Adətən, Məhərrəm ayının 7-ci gecsəi və 7-ci günü Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş əzadarlıq məclislərində “Kərbəlanın kiçik hacətlər qapısı” Həzrət Əliəsğərin rövzəsi deyilir və o həzrətin şəhadətindən danışılır.

Aşura günü İmam Hüseyn (ə) dostları və köməkçilərinin şəhid olduğunu və onlardan qadınlar və xəstə oğlu İmam Səccaddan (ə) başqa, kimsənin qalmadığını gördüyü zaman səsləndi:

هَلْ مِنْ ذَابٍّ یَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللَّهِ صلی الله علیه وآله؟ هَلْ مِنْ مُوَحِّدٍ یَخَافُ اللَّهَ فِینَا؟ هَلْ مِنْ مُغِیثٍ یَرْجُو اللَّهَ بِاِغَاثَتِنَا؟ هَلْ مِنْ مُعِینٍ یَرْجُو مَا عِنْدَ اللَّهِ فِی اِعَانَتِنَا؟

“Allah Rəsulunun (s) hərəmini müdafiə edən bir kəs yoxdurmu? Sizin aranızda Allahdan qorxan və bizə zülmü rəva görməyən bir kimsə varmı? Allaha xatir bizim imdadımıza yetişən bir kəs varmı? Allah dərgahındakılara ümid edərək bizə yardım etmək istəyən bir kəs varmı?”

İmam (ə) qadınların ağlaşma və nalə səslərini eşitdikdə, xeymələrə yaxınlaşdı və buyurdu:

نَاوِلُونِي عَلِيّاً، ابْنِيَ الطِّفْلَ حَتَّى أُوَدِّعَهُ

"Kiçikyaşlı oğlum Əlini mənə verin ki, onunla vidalaşım."

Oğlunu yanına gətirdilər. Övladını öpdüyü halda buyurdu:

وَيْلٌ لِهَؤُلَاءِ الْقَوْمِ إِذَا كَانَ خَصْمَهُمْ جَدُّكَ مُحَمَّدٌ الْمُصْطَفَى 

“Cəddin Allah Rəsulunun (s) düşmənçilik etdiyi bu zülmkar dəstənin vay halına!”

Hələ körpə İmamın (ə) qucağında aram olmamışdı ki, Hərmələ ibn Kahil Əsədi uşağı nişan aldı, atdığı ox onun boğazını üzdü. Qan axmağa başladı. İmam (ə) əlini onun boğazının altına tutdu və ovcu qanla doldu. Sonra ovcundakı qanı göyə doğru səpdi və dedi:

اَللّهُمَّ إِنْ حَبَسْتَ عَنَّا النَّصْرَ فَاجْعَلْ ذلِكَ لِما هُوَ خَيْرٌ لَنا

“İlahi! Əgər bu dünyada (zahirdə) biz bu qövmə qələbə çalmasaq belə, ondan daha yaxşısını bizə ruzi et (bizə nəsib et)!”

Digər bir rəvayətdə qeyd edilir ki, İmam (ə) əllərini körpənin boğazı altına tutdu və buyurdu:

يا نَفْسُ اِصْبِري فيما أَصابَكِ، اِلهي تَرى ما حَلَّ بِنا في الْعاجِلِ فَاجْعَلْ ذلِكَ ذَخيرَةً لَنا في الاْجِلِ

“Ey nəfs! Bütün bu müsibətlər müqabilində səbirli ol! Sən görürsən ki, bu fani dünyada bizim üçün hansı müsibətlər baş verdi. Belə olduğu halda, onu Qiyamət günü üçün ehtiyat saxla!” ("Məalis-sibtəyn", c.1, səh.419.)

Başqa bir rəvayətdə İmamın (ə) belə buyurduğu yazılır:

اَللّهُمَّ أَنْتَ تَعْلَمُ أَنَّهُمْ دَعَوُنَا لِيَنْصُرُونا فَخَذَلُونا وَ أَعانُوا عَلَيْنا، اَللّهُمَّ احْبِسْ عَنْهُمْ قِطَرَ السَّماءِ، وَ احْرِمْهُمْ بَرَكاتِكَ، اَللّهُمَّ لا تُرْضِ عَنْهُمْ أَبَداً، اَللّهُمَّ إِنَّكَ إِنْ كُنْتَ حَبَسْتَ عَنَّا النَّصْرَ في الدُّنْيا، فَاجْعَلْهُ لَنا ذُخْراً فِي الاْخِرَةِ وَ انْتَقِمْ لَنا مِنَ الْقَوْمِ الظّالِمينَ

"İlahi! Sən onların bizə yardım etmək üçün bizi dəvət etdiyini, amma bizi tərk etdiyini, bizim müqabilimizdə daynadığını bilirsən. İlahi! Asimanın yağışını onlardan əsirgə, bərəkətlərindən məhrum et! İlahi! Əsla onlardan razı olma! İlahi! Əgər dünyada qələbəni bizdən əsirgədinsə, onu bizim axirətimiz üçün zəxirə et və zalım dəstədən bizim intiqamımızı al!" ("Yənabiul-məvəddəh", c.3, səh. 77.)

Körpə Əliəsğərin şəhadətindən sonra, İmam Hüseyn (ə) atından yerə endi və qılıncın qını ilə kiçik bir qəbir qazdı və körpəni qanına boyadı və dəfn etdi. (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.2, səh.32; "Biharul-ənvar", c.45, səh.46.)

Əllamə Məclisi əlavə edir: İmam (ə) buyurdu:

هَوَّنَ عَلَيَّ مَا نَزَلَ بِي أَنَّهُ بِعَيْنِ اللَّهِ

"Bu müsibət mənim üçün asandır, çünki Allahın hüzurunda baş vermişdir."

İmam Baqir (ə) buyurmuşdur:

فَلَمْ یَسْقُطْ مِنْ ذَلِکَ الدَّمِ قَطْرَةٌ اِلَی الْاَرْضِ

"İmamın (ə) göyə tərəf səpələdiyi Əliəsğərin qanından bir qətrə də yerə düşmədi." 
("Biharul-ənvar", c.45, səh.46-47; "Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.800-805.))

Maide.Az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı  #təqvim #gündəlikzikr

https://www.tg-me.com/MaideTV
Forwarded from Besiret.Az
Forwarded from Besiret.Az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏴 Ayətullah Behcət (r) - İmam Hüseynə (ə) ağlamaq bütün müstəhəb əməllərdən üstündür

🎥 "YouTube"dən izləmək üçün:
https://youtu.be/BBZ9JlemNWg

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz
Forwarded from Besiret.Az
Tarix boyu İmam Huseynin (əleyhissalam) qiyamı və onun əzadarlıq məclisləri haqqında vəhhabilər və digər Əhli-beyt (əleyhissalam) düşmənləri tərəfindən çoxlu şübhələr atılmışdır. Onlardan biri də İmam Huseynin (əleyhissalam) əzadarlıq məclislərinin bidət sayılmasıdır. Bu məqaləmizdə vəhhabilərin məşhur alimlərindən biri olan İbn Teymiyyənin qeyd etdiyimiz mövzuda şübhə yaratmaq üçün dediyi sözləri əziz oxucuların nəzərinə çatdıracaq və bu barədə şübhələrə cavab verməyə çalışacağıq. İbn Teymiyyə əzadarlıqlar haqqında müxtəlif yerlərdə dəfələrlə söhbət açsa da biz yalnız onlardan üçünü nəzərinizə çatdıracağıq. Belə ki, İbn Teymiyyə deyir...

📝 Məqalənin davamını oxumaq üçün daxil olun:
https://besiret.az/meqale?id=168%27&p=1
Forwarded from Besiret.Az
2024/09/30 20:31:10
Back to Top
HTML Embed Code: