Telegram Web Link
Forwarded from Maide.Az/MaideTV
İKİ ƏMANƏT
Photo
Onkoloji xəstə olan inanclı məhbusu müalicə etmirlər

Siyasi məhbus Pentensiar Xidmətin Müalicə Mərkəzində ölümə tərk edilib
Narkotik ittihamı ilə şərlənib həbs edilən siyasi məhbus Nicat Niyazi oğlu Cəfərov onkoloji xəstəlikdən (qalxanabənzər vəzinin bədxassəli törəməsi) əziyyət çəkir. O, iki dəfə, 2018 və 2020-ci illərdə onkoloji xəstəlikdən əməliyyat olunub.
İyunun 14-də Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Nicat Cəfərov ailəsinə bildirib ki, bu günə qədər onunla maraqlanan olmayıb:
“Səhhətim getdikcə pisləşir. Bu xəstəlik vaxtında müalicə olunmayanda ağırlaşır və ölümə səbəb olur. Dəfələrlə burda rəhbərliyə desəm də, mənim müalicəmlə maraqlanan olmayıb.”
Qeyd edək ki, Nicat Cəfərovu 12 may 2023-cü ildə doğulduğu Ağcabədi rayon Hindarx kəndində Ağcabədi rayon pilis İdarəsinin əməkdaşları qaçırıblar:
Həyat yoldaşı Səkinə Cəfərova həmin günü belə xatırlayır:
“Həkimə gedirdik. Maşında uşağımız və atam da vardı. Qəfil polis maşınları hər tərəfdən yolumuzu kəsdilər. Nicat maşını saxlayan kimi onu dartışdırıb öz maşınlarına mindirib apardılar.”
İstintaq materiallarında isə polislərin Nicat Cəfərovu Hindarx kəndinin qəbiristanlığının yaxınlığından tutduqları yazılıb. Digər inanclı məhbusların istintaq materialındakı o məşhur cümlə burda da təkrarlabnıb: “sol cibindən narkotik tapılıb."
Onkoloji xəstəlikdən əziyyət çəkən Nicat Cəfərovun cibindən sol cibindən 8.814 qram heroin tapıldığını iddia edən Ağcabədi Rayon Polis İdarəsinin əməkdaşları ailəyə and-aman ediblər ki, bizlik bir şey yoxdur, Nicatın həbs sifarişi Bakıdan-yuxarıdan gəlib. Ona CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılıb.
Nicat Cəfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsində, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə (16 oktyabr 2023) 5 il müddətinə azadlıqdan məhrum edilib.
İltimasi dua 🤲
Forwarded from ♡يا علي
Forwarded from Panahian | Azeri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎥 Məhərrəm ayına hazırlıq
👤 Höccətül-islam Əlirza Pənahian
YouTube linki: youtu.be/rlhLkGlQf4A
youtube.com/panahianazeri
Panahian.net Azeri
instagram.com/Panahianaz
www.tg-me.com/panahianAZ
youtube.com/panahianazeri
🤲BİSMİLLƏHİR RAHMƏNİR RAHİM🤲

🏴MƏHƏRRƏM SƏFƏR AYLARINDA MƏSCİDLƏRDƏ, EVLƏRDƏ HƏR YERDƏ İMAM HÜSEYNƏ (Ə) LAYİQİNCƏ ƏZA SAXLAMAQ, EHSANLAR VERMƏK NƏSİBİMİZ OLSUN VƏ BU İŞDƏ BİZƏ MANE OLMAQ İSTƏYƏN BÜTÜN İSLAM DÜŞMƏNLƏRİNİN ALLAH YOLLARINA SƏD ÇƏKSİN. ƏZADARLIĞIN SALAMATLIQLA HƏYATA KEÇMƏSİNDƏN ÖTRÜ 14 MƏSUMLARA 14 SALAVAT ZİKR EDƏK QÜRBƏTƏN İLƏLLAH.🏴
📿ZİKRİMİZİ QƏM AYI BİTƏNƏ QƏDƏR DAVAM EDƏK VƏ BUNU ÖZÜMÜZƏ BORC BİLƏRƏK, ÖMRÜMÜZÜN SONUNA QƏDƏR DAVAMLI OLMASINI ALLAHDAN DİLƏYƏK İNŞƏALLAH
.
🤲
Media is too big
VIEW IN TELEGRAM
Amin ya Rabbəl aləmin 🤲
Forwarded from Maide.Az/MaideTV
Media is too big
VIEW IN TELEGRAM
Məhərrəm ayının rəsmi şüarı - Ayətullah Cavadi Amuli
 
https://www.tg-me.com/MaideTV
7 İyul
1 Məhərrəm
Forwarded from İmamRezaAz (rəsmi)
Media is too big
VIEW IN TELEGRAM
Aşura ziyarətnaməsindən-1
_*Bu gecənin əməlləri*_

_*Bu gecə (6 İyul 2024) Məhərrəm ayının 1-ci gecəsidir, sabah (7 iyul) birinci günüdür*_

_1️⃣Əhya saxlamaq, dua və ibadətlə məşğul olmaq._

_2️⃣Kərbəla şəhidlərinə əzadarlıq etmək._

_3️⃣Bu gecənin namazı 2 rəkətdir. Hər rəkətdə Fatihə surəsindən (Həmd) sonra 11 dəfə İxlas surəsi (Qulhuvəllah) oxunur._

_Hədisə əsasən, bu namaz qılana bir ilin tamam günlərini xeyir işlə məşğul olanın savabı verilir._

_4️⃣Məhərrəm ayının birinci günü oruc tutmaq da çox savabdır._

_Rəyyan ibn Şəbibin İmam Rizadan (ə) rəvayət etdiyi hədisə görə, Həzrəti Zəkəriyya peyğəmbər (ə) Məhərrəm ayının 1-ci günü oruc tutmuş və Allahdan övlad istəmişdir. Allah-Təala onun duasını qəbul və Həzrəti Yəhyanı (ə) ona hədiyyə etmişdir._
📚📗📚📗📚📗📚📗📚📗📚📗📚📗📚📗
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kərbəlada Beynul hərəmeyndə hər kəsə sual olunur. İmam Hüseynə (ə) olan eşqlərini heç cür izah edə bilmirlər. Bu səbəbdən sükut edib göz yaşı tökürlər. Çünki, həqiqi eşqi sözlə ifadə etmək olmur. Allah qəlbimizdə bu hərarəti əskik etməsin inşəallah amin 🤲😰
2024/11/05 18:38:27
Back to Top
HTML Embed Code: