Telegram Web Link
وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا ۗ أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

سورة اﻷنعام 70
əl-Ənam 70.
🌟Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, mən dedim: “Ey Allahın Rəsulu! Sənin Şaban ayında oruc tutduğun qədər başqa aylarda oruc tutduğunu görmədim”. O belə buyurdu:

“İnsanlar rəcəb ilə ramazan ayı arasında olan bu ay barədə qafildirlər. Bu ayda insanların əməlləri aləmlərin Rəbbinə yüksəldilir. Mən də istəyirəm ki, oruclu olduğum halda mənim əməllərim yüksəlsin.”

📚Nəsai 2357. Albani, səhih tərğib 1022. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki:

“Mən Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) ramazan istisna olmaqla, heç bir ayı kamil oruc tutduğunu görməmişəm. Həmçinin (başqa aylarda) şaban ayında olduğu qədər çox oruc tutduğunu da görməmişəm.”

📚Buxari 1969. Əbu Davud 2434.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Şaban ayının orucunun hikməti!

💫İbn Rəcəb (rahiməhullah) buyurur:

“Şaban ayında oruc tutmaq, Ramazan ayına hazırlıq kimidir. Ramazan ayının orucu girdiyi zaman insana çətinlik və məşəqqət olmasın deyə, Şaban ayında oruc tutmaqla Ramazandan qabaq orucun ləzzətini və şirinliyini tam şəkildə hiss edir və Ramazan orucuna güclü və gümrah halda daxil olur. Şaban ayı Ramazan ayı üçün bir başlanğıc olduğuna görə, Ramazan ayında tutulan oruc və oxunan Quran kimi ibadətlər Şaban ayında da edilir ki, Ramazan ayının qarşılanması üçün hazırlıq əldə edilsin və onunla insanlar Rəhmanın itaətinə hazır olsun.”

📚Lətaiful-Məarif 138.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Sələmə rəvayət edir ki, mən Aişədən (radiyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oruc tutması barədə soruşdum və o belə dedi:

“Oruc tuturdu və biz düşünürdük ki, artıq həmişə oruc tutacaq. Sonra oruc tutmurdu və biz düşünürdük ki, artıq oruc tutmayacaq. Lakin şaban ayında olduğu kimi hər hansı başqa bir ayda daha çox oruc tutduğunu heç vaxt görmədim. Şaban ayının az bir neçə günü istisna olmaqla şaban ayının hamısını oruc tutardı.”

📚Muslim 1156. İbn Macə 1649.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَإِذَا مَسَّ ٱلۡإِنسَـٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦۤ أَوۡ قَاعِدًا أَوۡ قَاۤىِٕمࣰا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ یَدۡعُنَاۤ إِلَىٰ ضُرࣲّ مَّسَّهُۥۚ كَذَ ٰ⁠لِكَ زُیِّنَ لِلۡمُسۡرِفِینَ مَا كَانُوا۟ یَعۡمَلُونَ
İnsana bir sıxıntı üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizə dua edər. Bu sıxıntıdan onu qurtardıqda sanki ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
سورة يونس ١٢
Yunus 12
Sələflər şaban ayında nə edərdi?!

💫Sələmə ibn Kuheyl (rahiməhullah) buyurur:

“Şaban ayına qarilər ayı deyilərdi.”

💫Həbib ibn əbi Səbit (rahiməhullah) şaban ayı girəndə belə deyərdi:

“Bu qarilərin ayıdır.”

💫Amr ibn Qeys əl-Mulləi (rahiməhullah) şaban ayı girəndə mağazasını bağlıyıb Quran oxumağa çəkilib və belə deyərdi, xoş o adamın halına ki, özünü ramazandan əvvəl islah etdi.

📚İbn Racəb, Lətaiful-məarif 138.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“İnsanın hər eşitdiyini danışması, ona yalan olaraq yetər.”¹

“İnsanın hər eşitdiyini danışması, ona günah olaraq yetər.”²

📚 ¹Muslim 5. ²Əbu Davud 4992.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Fevral ayının 23-24-25. Şaban ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
Amr bin Şurahbil (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər aydan üç gün oruc tutmaq, Qəlbin sərtliyi (kin-küdurətini, qəzəbini) aparır.”

📚Əhməd 20738. Nəsai 2385. Albani, sahihul cami 2608.((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah şaban ayının on beşi gecəsi yaratdıqlarına baxar, müşrikdən və küsülü olanlardan başqa bütün yaratdıqlarını bağışlıyar.”

📚İbn Macə 1390. İbn Hibban 5665. Albani, səhih tərğib 2767. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَقُل لِّعِبَادِی یَقُولُوا۟ ٱلَّتِی هِیَ أَحۡسَنُۚ إِنَّ ٱلشَّیۡطَـٰنَ یَنزَغُ بَیۡنَهُمۡۚ إِنَّ ٱلشَّیۡطَـٰنَ كَانَ لِلۡإِنسَـٰنِ عَدُوࣰّا مُّبِینࣰا

Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

سورة الإسراء ٥٣
Əl-İsra 53.
یَـٰۤأَیُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقࣱّۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَیَوٰةُ ٱلدُّنۡیَا وَلَا یَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ

Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, tovlayan (şeytan) da sizi yoldan çıxartmasın.

فاطر ٥
Fatir 5.
Quranı Mushafdan Oxumağın Fəziləti.

Abdullah İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allah və Rəsulu onu sevməsini istəyirsə, qoy Quranı mushafdan (kitabdan) oxusun.”

📚Əbu Nueym 7/209. Albani, silsilə sahiha 2342. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dua edərdi:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ»

((Allahummə inni əuzu bikə min zəvali nimətikə, va təhavvuli afiyətikə, va fucaəti niqmətikə, va cəmi'i səxatikə.))

“Allahım! Mənə verdiyin nemətin qurtarmasından, verdiyin sağlamlığın dəyişməsindən, əzabın qəfil gəlməsindən və Səni qəzəbləndirəcək hər şeydən Sənə sığınıram.”

📚Muslim 2739. Əbu Davud 1545. Nəsai, sünənul kubra 7900.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazanda edilən ümrə həccə bərabərdir.”¹

“Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.”²

📚¹Buxari 1782. ²Muslim 1256.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həcc və Ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da, kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin savabı isə Cənnətdir.”

📚Əhməd 3669. Tirmizi 810. Nəsai 2630. Albani, sahihul cami 2900. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və asi cinlər zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açıq qalmır, Cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Bir çağrışçı belə deyər: Ey xeyir istəyən kimsə! Qəbul et! Ey şərr istəyən kimsə! Geri çəkil! Hər gecə Allahın cəhənnəmdən azad etdiyi kimsələr vardır.”

📚Tirmizi 682. İbn Macə 1339. Albani, sahihul cami 759. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/01 17:22:51
Back to Top
HTML Embed Code: