Telegram Web Link
🌟Əbu Musa əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətimdən elə insanlar olacaq ki, şərab içəcəklər və onu başqa ad ilə adlandıracaqlar, musiqiyə və
müğənnilərə qulaq asacaqlar, Allah
onlara zəlzələ göndərəcək və onları meymunlara və donuzlara döndərəcək.”

📚İbn Macə 4020. İbn Hibban 6758. Albani, sahihul cami 5454. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Muaviyə ibn Cahimə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib cihada getmək istədiyimi ona dedim; O dedi: “Anan sağdırmı?” Mən dedim: “Bəli.” O belə buyurdu:

“Onun üçün çalış! Çünki, Cənnət ananın ayaqları altındadır.”

📚Nəsai 3104. Albani, səhih tərğib 2485. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Absə (radiyallahu anhu) Cümə namazına gedərkən demişdir: Mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu eşitdim:

“Kimin ayaqları Allah yolunda toz-torpağa bulaşarsa, Allah ona Cəhənnəm odunu haram edər.”

📚Buxari 907. İbn Hibban 4605.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Mömin möminin güzgüsüdür. Mömin möminin qardaşıdır. Ona bir itki üz verməsinin qarşısını alar və ona arxa-dayaq olub qoruyar.”

📚Əbu Davud 4918. Albani, silsilə sahiha 926. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Dekabr ayının 26-27-28. Cumədəl-Axir ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Bir-birini sevən iki (mömin) kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır.”

📚Bəzzar 6869. İbn Hibban 566. Albani, ədəbul mufrad 544. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kiçik günahlardan çəkinin! Həqiqətən, kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, biri bir çöp başqa biri bir çöp gətirir və nəhayət çör-çöp toplayıb yeməklərini bişirirlər. Həqiqətən, kiçik günahlar da üst-üstə toplanıb sahibini belə həlak edir.”

📚Əhməd 22808. Albani, silsilə sahiha 389. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)
Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahın əzabından qorunasınız.

[سورة البقرة 21]
əl-Bəqərə 21.
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلۡتُمُوهُۚ وَإِن تَعُدُّوا۟ نِعۡمَتَ ٱللَّهِ لَا تُحۡصُوهَاۤۗ إِنَّ ٱلۡإِنسَـٰنَ لَظَلُومࣱ كَفَّارࣱ

O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

سورة إبراهيم ٣٤
İbrahim surəsi 34.
(قُلْ لِعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنْفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ)

İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər.

[سورة إبراهيم 31]
İbrahim 31.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Yanvar ayının 25-26-27. Rəcəb ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِی تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَـٰقِیكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلۡغَیۡبِ وَٱلشَّهَـٰدَةِ فَیُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.

سورة الجمعة ٨
Əl-Cümə 8
🌟Əbu Musa (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini duyarsan.”

📚Buxari 5534. Muslim 2628.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ)

Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara (Axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

[سورة البقرة 262]
əl-Bəqərə 262.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdular:

“Cənnətə girməyə daha çox səbəb olan nədir?” O, buyurdu: “Allah qorxusu (təqva) və gözəl əxlaq!” Yenə soruşdular: “Bəs Cəhənnəm oduna girməyə daha çox səbəb olan nədir?” O, buyurdu: “İki boşluq; cinsiyyət üzvü və ağız”.

📚Tirmizi 2004. İbn Macə 4246. Albani, səhih tərğib 2642. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Muaz bin Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“İzzət və Cəlal sahibi Allah (Qiyamət günü) belə deyəcək: Mənim xatirim üçün bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.”

📚Əhməd 22031. Tirmizi 2390. Albani, səhih tərğib 3019. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səad ibn Əbi Vaqqas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İnsanlar arasında ən çox sınağa çəkilən kəslər peyğəmbərlərdir. Sonra onlara oxşarlar və oxşarlar. Adam dininə görə sınağa çəki­lir. Və əgər dinində möhkəm olarsa, müsibətləri artar. Yox əgər zəif olarsa, onda dininə uyğun sınağa çəkilər. (Mömin bəndənin) günahları silinənədək bu müsibətlərin ona üz verməsi davam edər.”

📚Tirmizi 2398. Albani, silsilətus sahihə 143. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/01 19:18:46
Back to Top
HTML Embed Code: