Telegram Web Link
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda olan mücahid kimidir. Həmçinin (o kimsə) gündüzləri oruc tutan, gecələri namaz qılan kimidir.”

📚Buxari 5353. Muslim 2982.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç qisim insan vardır ki, Qiyamət günü Allah on­­ları danışdırmayacaq, onları təmizə çıxarmayacaq və onların üzünə baxmayacaqdır. Üs­təlik, onları üzücü bir əzab gözləyir. Bu, zinakar qoca, yalançı hökmdar və təkəbbürlü ka­sıbdır.”

📚Muslim 167. Nəsai 2585.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Noyabr ayının 27-28-29. Cumədəl Ulə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Abdullah ibn Busr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“(Qiyamət günü) əməl dəftərində çoxlu istiğfar tapan kimsənin xoş halına.”

📚Nəsai, sünənul kubra 1289. İbn Macə 3818. Albani, sahihul cami 3930. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
إِنَّ فِی خَلۡقِ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَـٰفِ ٱلَّیۡلِ وَٱلنَّهَارِ لَـَٔایَـٰتࣲ لِّأُو۟لِی ٱلۡأَلۡبَـٰبِ

Həqiqətən, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

صورة آل عمران ١٩٠
Ali İmran 190.
🌟Əlqamə (rahiməhullah) belə rəvayət edir:

“Mən, Abdullah ibn Məsud (radiyallahu anhu) ilə birlikdə cüməyə getdim. Ondan əvvəl getmiş olan üç nəfəri (məsciddə) gördükdə, dedi: “Mən dörd nəfərin dördüncüsüyəm. Dördüncü də uzaq deyil. Həqiqətən mən, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Həqiqətən, insanlar cümələrə birinci, ikinci və üçüncü olaraq erkən gediş sırasına görə Qiyamət günü Allaha yaxın məqam sahibi olacaqlar.”

📚İbn Macə 1094. Tabərani, mucamul kəbir 1013. Beyhəqi, şuabul iman 2995. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا)
(يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا)
(لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا)

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

[سورة الفرقان 29-28-27]
əl-Furqan 27-28-29.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

سورة اﻷنفال 29
əl-Ənfal 29.
قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِی تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَـٰقِیكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلۡغَیۡبِ وَٱلشَّهَـٰدَةِ فَیُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.

سورة الجمعة ٨
Əl-Cümə 8
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”

سورة لقمان 13
Loğman 13.
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Beş şey gəlmədən əvvəl beş şeyin qədirini bil: qocalığından əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl hayatının!”

📚Hakim 7846. Beyhəqi, şuabul iman 10248. Albani, sahihut tərğib 3355. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İki səs vardır ki, bunlar dünyada və Axirətdə lənətlənmişdir: şənlik məclisində çalınan musiqi və bir də yasdakı vay-şivən səsi.”

📚ət-Tərğib vət-Tərhib, 3527; Məcməuz-Zəvaid, 3/13; Muxtəsər Zə­vaid Musnəd əl-Bəzzar, 1/349; Albani Silsilətul-Əhadisis-Səhihə, 427. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdur-Rəhman ibn Auf (radiyallahu anhu) demişdir:
“Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oğlu İbra­him vəfat etdikdə, o, ağlamağa başladı. Mən ona: “Sən də ağlayırsan, ya Rəsulullah? Axı sən ölü üçün ağ­la­mağı qadağan etmisən?”– deyəndə, o dedi: “Müsibət gəldikdə, ağlamaq mənə qadağan edil­mə­yib. Lakin mənə, axmaq və fəsadçı iki səs qadağan edilmişdir: əy­lən­cə və kef məc­lisin­dəki musiqi – şeytanın nəğməsi və bir də müsibət üz verdiyi – üzlər şillələndiyi və ya­xalar cırıldığı zaman eşidilən şeytanın yanıqlı səsi.”
Mustədrək əl-Ha­kim, 4/40; Su­nən əl-Beyhəqi, 4/69; Şoəbul-İman, 7/241/1063 və 1064; Şərhus-Sunnə, 5/430-431; Musnəd ət-Tə­yalisi, 1683; ət-Təbəqat İbn Səd, 1/138; şeyx Albani “Təhrim Əlatut-Tarab” əsərində, səh. 53, habelə Silsilətul-Əhadisis-Səhihə, (427) bu hə­di­sin mötəbər ol­du­ğunu demişdir.

İbn Qeyyim bu hədisi izah edərkən demişdir: “Sən bir bu hədisdəki tə­kid­lə deyilən qa­dağaya bax ki, musiqi səsini axmaq səs adlandırmış, bununla kifayət­lən­məmiş, hətta, onun fə­sadçı olduğunu vəsf etmiş, bununla da kifayətlənməmiş, axırda onu şeytanın nəğ­məsi adlan­dırmışdır... Bu qadağadan musiqinin haram buyurulduğunu başa düşmə­yən kəs, heç vaxt bu xüsusda, olan qadağanı başa düşməz” (İğasətul-Ləhfan, 1/384).


https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Amir əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina etmə­yi, ipək geyməyi, şərab içməyi və musiqi alətlərindən istifadə etməyi halal sa­ya­caqlar.”

📚Buxari 5590. İbn Hibban 6754



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Hər kəs Qiyamət günü insanlar arasında hökm verilənədək öz sədəqəsinin kölgəsində olacaqdır.”

📚Əhməd 17333. İbn Xuzeymə 2431. İbn Hibban 3310. Albani, sahihul cami 4510. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/01 22:31:28
Back to Top
HTML Embed Code: