Telegram Web Link
🌟Ənəs ibn Malik (radiyallahu anhu) demişdir:

“Bir gün mən Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) hücrəsinə daxil oldum. Peyğəm­bə­r (sallallahu aleyhi və səlləm) üzəri­nə xurma liflərindən toxunmuş həsir sərilmiş taxtın üs­tün­də söykənmişdi. Başının altında da içi xurma lifi ilə dolu dəridən bir yastıq var idi. Pey­ğəm­­bərin (sallallahu aleyhi və səlləm) vücudu ilə taxtın üstündəki həsir arasında heç bir pal­tar yox idi. Elə bu vaxt Ömər içəri daxil oldu və içəridəki mənzərəni görüb ağlamağa başladı. Pey­ğəm­­bər (sallallhu aleyhi və səlləm) ondan: “Səni ağla­­dan nədir, ey Ömər?”– deyə so­ruş­du. Ömər dedi: “Allaha and olsun ki, ey Allahın Rəsulu, mən bildiyim bir şeyə görə ağlayı­ram. Mən bili­rəm ki, Allah ya­nında sən Xosrovdan və Qeysərdən daha hör­­mət­li­sən, buna rəğmən, onlar bu dünya nemətlərindən istifadə edə­rək istə­dikləri kimi yaşayır, sən isə ey Allahın Rəsulu, gördüyüm bu yerdə qalırsan. Peyğəm­bər (sallallahu aleyhi və sələm) dedi: “Ey Ömər, istəmir­sən ki, dünya onlara, Axi­rət isə bizə nəsib olsun?” Ömər dedi: “Əl­bəttə, istəyirəm, ey Allahın Rəsulu!” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu, belə də olacaq.”

📚Əhməd 12417. Muslim 1479. İbn Macə 4153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Adəm övladı, namazdan, iki nəfərin arasını islah etməkdən və gözəl əxlaqdan daha fəzilətli bir əməl işləməmişdir.”

📚Buxari, ət-tarixul-kəbir 139. Albani, sahihul cami 5645. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ)

Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.

[سورة البقرة 195]
əl-Bəqərə 195.
🌟Abdullah ibn Busr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“(Qiyamət günü) əməl dəftərində çoxlu istiğfar tapan kimsənin xoş halına.”

📚Nəsai, sünənul kubra 1289. İbn Macə 3818. Albani, sahihul cami 3930. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona urcah edərik və o da ona yoldaş olar.

[سورة الزخرف 36]
əz-Zuxruf 36.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Evimlə minbərim arası cənnət bağlarından bir bağdır. Minbərim isə hovuzum üzərindədir.”

Buxari 1196. Muslim 1391.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Oktyabr ayının 28-29-30. Rabiul Səni ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Vaxt gələcək fitnələr baş qaldıracaq. O zaman oturan adam ayaq üstə duran adamdan, duran adam yeriyən adamdan və yeriyən adam fitnəyə meyl edən adamdan daha xeyirli olacaqdır. Kim fitnəyə tərəf boylanarsa onu özünə cəlb edər. Odur ki, hər kim ondan canını qurtarmaq üçün bir sığınacaq taparsa, ora sığınsın.”

📚Buxari 7082. Muslim 2886.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Soruşdular, hansılardı ey Allahın Rəsulu? O, buyurdu:
Qarşılaşdığında salam ver.
Dəvət edərsə dəvətinə icabət et.
Nəsihət istədikdə nəsihət ver.
Asqırıb Allaha həmd edərsə (əlhəmdulilləh) yərhəmukallah de.
Xəstələnərsə ziyarət et.
Öldükdə cənazəsində iştirak et.

📚Muslim 2162. İbn Hibban 242.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
(إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

[سورة النحل 90]
ən-Nəhl 90.
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə (ona böhtan, iftira atarsa), Allah onu dediyi sözdən təmizlənənə kimi, cəhənnəm əhlinin suyunda məskunlaşdırar.”

📚 Əhməd 5385. Əbu Davud 3597. Albani, sahihul cami 6196. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim məscidə camaatla (namaz qılmağa) gedərsə, gedərkən və qayıdarkən atdığı bir addım günahı silər digər atdığı bir addıma isə onun üçün savab yazılar.”

📚 Əhməd 6599. İbn Hibban 2037. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
❗️Bir çox insanların Quran oxuduqdan sonra xəbərsiz olduqları sünnə.

🔺Quran oxuduqdan sonra, hər hansı nafilə namazı qıldıqdan sonra və hər hansı bir məclisdən sonra bu kəlimələri demək müstəhəbdir:
(سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أشهد أن لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ ).
Aişə (radiyallahu anhə) rəvayət edir ki:
“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, hər dəfə oxuduğu Qurandan və qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi:
"SubhanəkAllahummə va bihəmdik, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə."
(Aişə) mən dedim: Ey Allahın Rəsulu! Görürəm ki, oturduğun hər bir məclisdən, hər dəfə oxuduğun Qurandan və qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən.
O dedi: “Bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim də şərr söyləyərsə, onun üçün kəffarə olar.”
📚Nəsai, sünənul kubra 10067. Tabərani, dua 1912.
İbn Həcər, nukət 2/733. ((səhih)).
Albani, silsilə sahiha 3164. ((səhih)).
Muqbil, camius sahih 2/128. ((səhih)).
İbn Bəzz, əl-Fətava 7306. ((səhih)).

🚫O ki, qaldı Quran oxuduqdan sonra «SadaqAllahul-Azim» deməyə: Buna, Quran və Sünnədən heç bir dəlil yoxdur!
Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunur.”
Başq bir rəvayətdə: “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunur.”
📚Buxari 2697. Muslim 1718.

🚩Allahdan istəyirəm bizə bilmədiklərimizi öyrətsin və ona əməl etməyi müvəffəq etsin.


https://www.tg-me.com/DIN_NESIHETDIR
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

سورة إبراهيم 34
İbrahim 34.
(يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ)

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dünya sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.

[سورة لقمان 33]
Loğman 33.
2024/10/02 00:28:49
Back to Top
HTML Embed Code: