Telegram Web Link
Dua etdiyimizdə “İnşAllah” demək, İcazəli deyil! Misal:
Allah bizə yardım etsin inşAllah
Allah bizə yardım etsin
Rəbbim nəsib etsin inşAllah
Rəbbim nəsib etsin

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əsla sizdən biri: Allahım, istəsən məni bağışla. Allahım, istəsən mənə rəhm et! - deməsin. Qoy qətiyyətlə dua etsin. Çünki heç nə Allahı bir şeyi etməyə məcbur edə bilməz.”

📚Buxari 6339. Muslim 2679.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allah üçün ən çirkin olan söz bir adam digərinə "Allahdan qorx" dedikdə, o da qayıdıb ona "get, özünlə məşğul ol" deməsidir.”

📚Tabərani, mucamul-kəbir 8587. Albani, silsilə sahihə 2598. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ

Onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildiyi zaman təkəbbür göstərirdilər.

سورة الصافات 35
Əs-Saffat 35.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) minbərdə belə dediyini eşitdim:

“Cümə namazını tərk edən bəzi adamlar ya buna son qoyacaqlar, ya da Allah onların qəlblərini mütləq möhürləyəcək, sonra onlar qafillərdən olacaqlar”.

📚Muslim 865. Nəsai 1370. İbn Macə 794.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar.”

📚Muslim 2588. Tirmizi 2029. İbn Hibban 3248.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər hansı bir mömin Allaha üz tutub Ondan bir şey diləsə, Allah ona dilədiyini verər: ya istədi­yini ona bu dünyada verər ya da ona verə­cəyini, o, tələsmədikcə Axirət gününə saxla­yar.” (Əbu Hureyrə) soruş­du: “Ey Allahın Rəsulu, tələsmək nədir?” O, dedi: “Dua etdim, dua et­dim, amma qəbul olduğunu görmədim, — deməkdir.”

📚Buxari, ədəbul mufrad 711. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Cümə günü edilən əməllər.

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Bir-birini sevən iki (mömin) kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır.”

📚Bəzzar 6869. İbn Hibban 566. Albani, ədəbul mufrad 544. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ)

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.

[سورة اﻷعراف 205]
əl-Əraf 205.
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”

سورة المؤمنون 115
Əl-Muminun 115.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:

“Cümə günü yetişdiyi zaman mələklər məscidin qapılarının önündə düzülüb (ora gələn adamları) birbəbir siyahıya alırlar. İmam minbərə oturduqda isə mələklər səhifələri büküb xütbəni dinləməyə gəlirlər.”

📚Buxari 3211. Muslim 850.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Noyabr ayının 7-8-9. Rabiul Səni ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
(إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا)

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

[سورة اﻷحزاب 35]
əl-Əhzab 35.
(مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ)

Kişi və qadınlaradan, mömin olaraq kim yaxşı iş görərsə, əlbəttə, ona gözəl həyat bəxş edəcəyik və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

[سورة النحل 97]
ən-Nəhl 97.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gözəl dəstəmaz alıb sonra cüməyə gələr, susar və (xütbəni) dinlərsə, növbəti cümə gününədək və əlavə üç gün onun günahları bağışlanar. Kim də (yerdə olan) çınqıl daşlara toxunarsa, artıq pis hərəkət etmiş sayılar.”

📚Muslim 857. Əbu Davud 1050.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini bərkitsin.”

📚Buxari 2067. Muslim 2557.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(لَنْ تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنْفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ)

Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.

[سورة آل عمران 92]
Ali İmran 92.
Təqvanın səmərəsi

(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا)
(وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ)
(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا)
(وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا)

Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.
Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

[سورة الطلاق ٢-٣-٤-٥]
ət-Talaq 2-3-4-5.
2024/10/02 20:44:33
Back to Top
HTML Embed Code: