Telegram Web Link
(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ)

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

[سورة الحجرات 12]
əl-Hucurat 12.
(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ)

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.

[سورة الحجرات 11]
əl-Hucurat 11.
(وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ)

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.

[سورة اﻷنعام 120]
əl-Ənam 120.
إِنَّ فِی خَلۡقِ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَـٰفِ ٱلَّیۡلِ وَٱلنَّهَارِ لَـَٔایَـٰتࣲ لِّأُو۟لِی ٱلۡأَلۡبَـٰبِ

Həqiqətən, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

صورة آل عمران ١٩٠
Ali İmran 190.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“İnsanın hər eşitdiyini danışması, ona yalan olaraq yetər.”¹

“İnsanın hər eşitdiyini danışması, ona günah olaraq yetər.”²

📚 ¹Muslim 5. ²Əbu Davud 4992.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ey Muaz! Allahın bəndələri və bəndələrin Allah üzərində haqqı nədir bilirsənmi?” Dedim: “Allah və Rəsulu daha yaxşı bilər.” O dedi: “Allahın bəndələri üzərində haqqı odur ki, onlar Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsin.”

📚Buxari 6500. Muslim 30. Tirmizi 2643.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Kəab (radiyallahu anhu) demişdir:

“Cümə günü verilən sədəqənin savabı qat-qat artıqdır.”¹

“Cümə günü sədəqə vermək başqa günlərdə sədəqə verməkdən daha fəzilətlidir.”²

📚¹İbn Əbi Şeybə, musannəf 5513. ²Abdurrazzaq əs-Sənani, musannəf 5558. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Canım Əlində olan Allaha and olsun ki, iman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etsəniz bir-birinizi sevəcəksiniz!? Aranızda salamı yayın!”

📚Muslim 54. Əbu Davud 5193. Tirmizi 2688.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Uməmə əl-Bəhili (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Pak və müqəddəs Rəbbim mənə ümmətimdən yetmiş min nəfəri, haqq-hesabsız və əzabsız Cənnətə daxil edəcəyini vəd etdi. (Onlardan) hər min nəfəriylə birlikdə yetmiş min nəfər və İzzət və Cəlal sahibi Rəbbimin ovuclarıyla üç ovuc da olacaqdır.”

📚Əhməd 22303. Tirmizi 2437. İbn Macə 4286. Albani, sahihul cami 7111. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Rəbbiniz dağ başında azan verib namaz qılan bir qoyun otaran çobandan razı qalır. İzzət və Cəlal sahibi Allah belə deyir: “Bu quluma baxın. Məndən qorxaraq azan və iqamə verib namaz qılır. Artıq mən bu qulumu bağışladım və onu Cənnətə daxil etdim.”

📚Əhməd 17442. Əbu Davud 1203. Nəsai 666. Albani, silsilə sahiha 41. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Onların hər ikisində xeyir vardır. Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə olardı.” demə. Lakin de: “Allahın qədəri idi. O istədiyini etdi.” Çünki “əgər” demək şeytanın əməlinə (qapı) açır.”

📚Muslim 2664. İbn Macə 79.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər bir şeyin təmizliyi (saf edəni) vardır, qəlblərin də təmizliyi (saflığı) Allahı zikr etməkdir. Allahı zikr etmək kimi, Allahın əzabından qorunmaq (nicat tapmaq) üçün daha (güclü bir şey) yoxdur.” Dedilər: “Allah yolunda cihad etməkdən də?” O dedi: “Hətta qılıncı ilə vurulub kəsilsə belə.”

📚Beyhəqi, şuabul iman 1/320. Albani, sahihut tərğib 1495. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Oktyabr ayının 9-10-11. Rabiul Əvvəl ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Həqiqətən, Allah və mələkləri, Səma və yer əhli hətta yuvasında olan qarışqalar və dənizdə olan balinalar belə insanlara xeyir (elm) öyrədənə dua edirlər.”

📚Tirmizi 2685. Albani, sahihul cami 1838. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Altı nəfərin duası müstəcəbdir!

1. Allahı çox zikr edənin duası.
2. Oruclunun duası.
3. Valideynin duası.
4. Müsafirin duası.
5. Məzlumun duası.
6. Adil başçının duası.

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç nəfər vardır ki, Allah onların duasını rədd etməz: Allahı çox zikr edənin, Məzlumun duası və Adil başçı.”

📚Bəzzar 3140. Beyhəqi, şuabul iman 6973. Albani, silsilə sahiha 3374. ((həsən))

Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Üç nəfərin duası rədd olunmaz: Valideynin duası, Oruclunun duası və Müsafirin duası.”

📚Beyhəqi, sünənul kubra 6185. Albani, sahihul cami 3032. ((həsən))

📍Allahı çox zikr edən kimdir?!

💫İbn Salah (rahiməhullah) buyurur:

“Kim səhər və axşam zikrlərini, fərz namazlardan sonrakı zikrləri və yatmazdan əvvəl edilən zikrləri davamiyyətli edərsə, Allahı çox zikr edənlərdən sayılar.”

📚Nəvəvi, əl-əzkar 10.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha xeyirlidir.

[سورة الكهف 46]
əl-Kəhf 46.
Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim heç bir zərurət olmadan ardıcıl üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər.”

📚Beyhəqi, sünənul kubra 5781. Albani, sahihul cami 6140. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Müsibətə düçar olmuş kimsəni görərkən edilən dua

🌟Ömər (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim müsibətə düçar olmuş kimsəni görərkən:
(( الْحمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً ))
[Əlhəmdu lilləhi-lləzi afəniy mim­məbtəlakə bihi və fəddaləniy alə kəsiyrin mimmən xaləqa təfdiylən]
Sənə üz vermiş müsibətdən məni sala­mat edən və məni yaratdıqlarının çoxun­dan fə­zilətli edərək üstün tutan Allaha həmd olsun! Deyərsə, yaşadığı müddətcə o müsibətdən salamat qalar.”¹

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim müsibətə düçar olmuş kimsəni görərkən:
(( الْحمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً ))
[Əlhəmdu lilləhi-lləzi afəniy mim­məbtəlakə bihi və fəddaləniy alə kəsiyrin mimmən xaləqa təfdiylən]
Sənə üz vermiş müsibətdən məni sala­mat edən və məni yaratdıqlarının çoxun­dan fə­zilətli edərək üstün tutan Allaha həmd olsun! Deyərsə, o müsibət onun başına gəlməz.”²

📚Tirmizi ¹3431, ²3432. İbn Macə ¹3154. Bəzzar ²6217. Albani, sahihut tərğib 3392. ((səhih)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Nəvvas ibn Səman (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Uca Allah doğru yola aid bir məsəl çəkdi; bu yolun hər tərəfində bir divar, həmin divarlarda açıq qapılar və bu qapıların üstündə sallanmış pərdələr var­dır. Yolun başında dayanmış bir nəfər in­sanları çağırıb: “Ey insanlar! Hamı­nız bu yolla gedin və firqələrə bölünməyin!”– de­yir. Digər dəvətçi də yolun üstündə dayanıb nəzarət edir. Kimsə o qapılardan biri­ni açmaq istəyəndə ona: “Vay sənin halına! O qapını açma. Əgər sən onu açsan, müt­ləq ora girəcəksən”– deyir. (Peyğəm­bər (sallallahu aleyhi və səlləm) sözünə davam edib) dedi: “Burada yol – İslam dinidir; divarlar – Allahın qoy­duğu hüdudlar və qayda-qanun­lardır, açıq qapılar – Allahın haram buyurduqlarıdır, yo­lun başında dayanan çağırışçı – Allahın Kitabıdır və nəhayət, yolun üstündə duran nəza­rətçi – Allahın hər bir müsəl­manın qəlbində təyin etdiyi nəsihətçidir.”

📚Əhməd 17634. Tirmizi 2859. Albani, sahihul cami 3887. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/11/20 09:39:43
Back to Top
HTML Embed Code: