Telegram Web Link
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kim ayın on yeddisi və ya on doqquzu yaxud iyirmi biri hicama edərsə, hər xəstəliyə şəfa olar.”

📚Əbu Davud 3861. Albani, sahihul cami 5968. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səmura ibn Cundəb (radiyallahu anhu) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) sübh namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb. O, qarmağı oturan adamın yanağına soxub onun ağzının bir tərəfini qafasına qədər cırır, sonra da bu qaydada onun ağzının digər tərəfini cırırdı. Bu əsnada ağzının əvvəl cı­rılan tərəfi sağalır və o, təzədən həmin tərəfi cırırdı. Mən: “Bu nədir?”– deyə so­ruş­dum. O iki nəfər mənə: “Get!”– dedi. Biz yolumuza davam etdik. Nə­ha­yət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə baş­qa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış ada­mın başını əzirdi. Daşı hər dəfə onun başına vur­duqda daş yumbalanıb ge­dir­di. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bi­ti­şə­rək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: “Bu kim­­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza davam et­dik. Nəhayət, gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyu­ğun altında atəş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən: “Bunlar kim­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kəna­rında isə başqa birisi dayanmışdı, qarşısında da çoxlu daşlar var idi. Çayın için­dəki adam sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Beləcə, o hər dəfə sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Mən: “Bu nədir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər. Biz yolumuza da­vam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında otu­rub qarşısındakı odu alovlandırırdı. Sonra yoldaşlarım məni ağaca qal­dır­dı­lar və məni elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini gör­mə­miş­dim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çı­xardıb bir az da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi. Mən o iki nəfərə de­dim: “Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə mənə gördüklərim barədə xə­bər verin.” Onlar dedilər: “Bəli! Ağzı cırılan adama gəlincə, o, bir yalançıdır. Dünyada ikən o, yalan danı­şardı və onun bu yalanı hər tərəfə yayılardı. Qi­ya­mət günü­nədək onun ağzı beləcə cırılacaq. Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun için­dəkilərə əməl etməmişdir. Qiya­mət gününə­dək onun başı beləcə əziləcək. Də­likdə gördüyün adamlar zinakar­lardır. Çayın içində gördüklərin isə sələm ye­yən­lərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim, ətrafındakı uşaqlar isə in­sanların övladla­rıdır. Odu alovlan­dıran Cəhənnəmin gözətçisi – Malikdir. Da­xil olduğun birinci ev bütün mömin­lərin evi, bu gördüyün ev isə şəhidlərin evi­dir. Mən Cəbrailəm, bu da Mikaildir. Qaldır başını”. Mən yuxarı baxıb ba­şım üzərində buluda bənzər bir şey gördüm. Onlar: “Bu sənin mənzilindir”– de­dilər. Mən dedim: “Qoyun mən öz mənzilimə daxil olum!” Onlar dedilər: “Sə­nin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış ol­say­dın, mənzilinə girərdin.”

📚Əhməd 20165. Buxari 1386.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!

سورة العنكبوت 64
Əl-Ənkəbut 64.
🌟İməra bin Şəbib (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

"Kim məğrib namazından sonra on dəfə; «Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhul-mulku va ləhul-həmdu yuhyi va yumitu va huva alə kulli şeyin qadir» deyərsə, Allah onu səhərə kimi şeytandan qoruyan silahlı (mələklər) göndərər, ona on həsənət yazılar, onun (kiçik) həlak edici on günahı silinər və bu, onun üçün on qulu azad etməyə bərabər olar."

📚Tirmizi 3534. Albani, silsilə sahiha 2563. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(لَنْ تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنْفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ)

Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.

[سورة آل عمران 92]
Ali İmran 92.
🌟Əli İbn Əbu Talib (radiyallahu anhu) belə rəvayət edir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə üzüyü bu və bu barmağıma taxmağı qadağan etdi." dedi və orta və ondan sonrakı barmağını göstərdi."

📚Muslim 2095.

İzah: Bu qadağa qadınlara deyil kişilərə aiddir. Qadınlar istədiyi barmağa eyni vaxta bir neçə barmağa istədikləri sayda üzük taxa bilərlər. Kişilərin şəhadət və orta barmağa üzük taxmaqları qadağan edilib. Kişilər üzüyü çeçələ yaxud adsız barmağa taxa bilərlər. Daha əfzəl olanı çeçələ barmağa taxmaqdır sağ əl sol əl fərq etməz. Eyni vaxta iki barmağa üzük taxmaq isə rafizilərin əlamətlərindəndir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ
خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

İman gətirib yaxşı işlər görənlər üçün Nəim cənnətləri hazırlanmışdır.
Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir.

سورة لقمان 8-9
Loğman 8-9.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
🌟Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, mən dedim: “Ey Allahın Rəsulu! Sənin Şaban ayında oruc tutduğun qədər başqa aylarda oruc tutduğunu görmədim”. O belə buyurdu:

“İnsanlar rəcəb ilə ramazan ayı arasında olan bu ay barədə qafildirlər. Bu ayda insanların əməlləri aləmlərin Rəbbinə yüksəldilir. Mən də istəyirəm ki, oruclu olduğum halda mənim əməllərim yüksəlsin.”

📚Nəsai 2357. Albani, səhih tərğib 1022. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki:

“Mən Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) ramazan istisna olmaqla, heç bir ayı kamil oruc tutduğunu görməmişəm. Həmçinin (başqa aylarda) şaban ayında olduğu qədər çox oruc tutduğunu da görməmişəm.”

📚Buxari 1969. Əbu Davud 2434.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Sələmə rəvayət edir ki, mən Aişədən (radiyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oruc tutması barədə soruşdum və o belə dedi:

“Oruc tuturdu və biz düşünürdük ki, artıq həmişə oruc tutacaq. Sonra oruc tutmurdu və biz düşünürdük ki, artıq oruc tutmayacaq. Lakin şaban ayında olduğu kimi hər hansı başqa bir ayda daha çox oruc tutduğunu heç vaxt görmədim. Şaban ayının az bir neçə günü istisna olmaqla şaban ayının hamısını oruc tutardı.”

📚Muslim 1156. İbn Macə 1649.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Şaban ayının orucunun hikməti!

💫İbn Rəcəb (rahiməhullah) buyurur:

“Şaban ayında oruc tutmaq, Ramazan ayına hazırlıq kimidir. Ramazan ayının orucu girdiyi zaman insana çətinlik və məşəqqət olmasın deyə, Şaban ayında oruc tutmaqla Ramazandan qabaq orucun ləzzətini və şirinliyini tam şəkildə hiss edir və Ramazan orucuna güclü və gümrah halda daxil olur. Şaban ayı Ramazan ayı üçün bir başlanğıc olduğuna görə, Ramazan ayında tutulan oruc və oxunan Quran kimi ibadətlər Şaban ayında da edilir ki, Ramazan ayının qarşılanması üçün hazırlıq əldə edilsin və onunla insanlar Rəhmanın itaətinə hazır olsun.”

📚Lətaiful-Məarif 138.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Sələflər şaban ayında nə edərdi?!

💫Sələmə ibn Kuheyl (rahiməhullah) buyurur:

“Şaban ayına qarilər ayı deyilərdi.”

💫Həbib ibn əbi Səbit (rahiməhullah) şaban ayı girəndə belə deyərdi:

“Bu qarilərin ayıdır.”

💫Amr ibn Qeys əl-Mulləi (rahiməhullah) şaban ayı girəndə mağazasını bağlıyıb Quran oxumağa çəkilib və belə deyərdi, xoş o adamın halına ki, özünü ramazandan əvvəl islah etdi.

📚İbn Racəb, Lətaiful-məarif 138.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Orucun fərz olmasına Qurandan dəlil! Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur.

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. (Bəlkə təqva sahibi olasız).
Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq-aydın dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

📖 Əl-Bəqara 183-184-185.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ramazan orucunu tutmağa sünnədən dəlil!

🌟Əbu AbdurRahmən ibn Ömər ibn əl-Xattab (radiyallahu anhumə) rəvayət edir ki, mən Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“İslam beş təməl üzərində bina edilib: Allahdan başqa ibadətə layib haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğunu şəhadət gətirmək, Namaz qılmaq, Zəkat vermək, Kəbəni həcc etmək və Ramazan ayında oruc tutmaq.”

📚Buxari 8. Muslim 16.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”- dedi. (Səhabələr) soruşdular: “Ey Allahın Rəsulu! Biz sənin üç dəfə: “Amin!”- dediyini eşitdik”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:

“Birinci pilləyə qalxdıqda Cəbrayıl (aleyhissələm) yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”- dedim.

📚Buxari, ədəbul mufrad 644. Albani səhih liğeyrihi demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər böyük günahlardan çəkinərsə, beş vaxt namaz, cümə namazı, növbəti cüməyədək, ramazan orucu, növbəti ramazanadək arada olan günahların kəffarəsidir.”

📚Muslim 233. Tirmizi 214. İbn Hibban 1733.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ömər ibn Xattab (radiyallahu anhu) belə rəvayət edir:

“Bir dəfə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!” Peyğəmbər buyurdu: “İslam (odur ki,) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!”– dedi. Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(İman odur ki,) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”. Adam: “Doğru söylədin!”– dedi. Sonra soruşdu: “Mənə ehsan haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür”. Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”. Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət (yerimdəcə) donub qaldım. Sonra Peyğəmbər məndən soruşdu: “Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?” Mən: “Allah və Onun Rəsulu daha yaxşı bilir!”– dedim. Peyğəmbər buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi.”

📚Muslim 8. Əbu Davud 4695. Nəsai 5005.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 23:31:05
Back to Top
HTML Embed Code: