Telegram Web Link
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: Uca Allah buyurmuşdur:

“Kim Mənim dostumla düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona fərz etdiklərimdir. Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, hətta onu sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Əgər Məndən istəsə, mütləq ona verərəm. Əgər Məndən sığınma diləsə, mütləq ona sığınacaq verərəm.”

📚Buxari 6502. İbn Hibban 347.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ)

Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.

[سورة هود 114]
Hud 114.
🌟Əbu Məsud əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gecə bəqərə surəsinin son iki ayəsini oxuyarsa ona kifayət edər.”

📚Buxari 5008. Muslim 808.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, insanlar üzərinə aldadıcı illər gələcəkdir. O zaman yalançı adam doğrulanacaq, doğru adam yalanda ittiham olunacaq. Xain adama güvəniləcək, güvəniləsi adam xainlikdə ittiham olunacaqdır. O zaman söz sahibi ruveybidə olacaqdır. Dedilər: “Bəs ruveybidə kimdir?”. O belə buyurdu: “Ümumi məsələlər barədə danışan səfeh.”

📚Əhməd 7922. İbn Macə 4036. Hakim 8439. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Bir-birini sevən iki (mömin) kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır.”

📚Bəzzar 6869. İbn Hibban 566. Albani, ədəbul mufrad 544. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Birinci və Dördüncü günlər oruc tutmağın fəziləti.


🌟Aişə (radiyallahu anhə) buyurur:

“Allah Rəsulu (sallallahu aleyhi va səlləm) Bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox diqqət göstərərdi.”

📚Nəsai 2360. Albani, sahih tərğib 1044. ((səhih)).

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əməllər bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur. Mən oruclu olduğum halda əməlimin ərz olunmasını istəyirəm.”

📚Tirmizi 747. Albani, sahihul cami 2959. ((səhih)).

🌟Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Allahın Peyğəmbəri (sallallahu aleyhi və səlləm) bazar ertəsi və cümə axşamı oruc tutardı. Bu barədə soruşuldu. O belə buyurdu:

“Həqiqətən, bəndələrin əməlləri bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur.”

📚Əbu Davud 2436. Albani, sahihul cami 1570. ((səhih)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər hansı bir mömin Allaha üz tutub Ondan bir şey diləsə, Allah ona dilədiyini verər: ya istədi­yini ona bu dünyada verər ya da ona verə­cəyini, o, tələsmədikcə Axirət gününə saxla­yar.” (Əbu Hureyrə) soruş­du: “Ey Allahın Rəsulu, tələsmək nədir?” O, dedi: “Dua etdim, dua et­dim, amma qəbul olduğunu görmədim, — deməkdir.”

📚Buxari, ədəbul mufrad 711. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar.”

📚Muslim 2588. Tirmizi 2029. İbn Hibban 3248.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Mömin möminin güzgüsüdür. Mömin möminin qardaşıdır. Ona bir itki üz verməsinin qarşısını alar və ona arxa-dayaq olub qoruyar.”

📚Əbu Davud 4918. Albani, silsilə sahiha 926. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İyad ibn Xəlifə rəvayət edir ki, o, Əlinin (radiyallahu anhu) Siffin döyü­şün­də belə dediyini eşitdi:

“Həqiqətən, ağıl qəlbdədir, mərhəmət qa­ra ciyərdə­dir, şəfqət dalaqdadır və nəfəs ağ ciyərdədir.”

📚Buxari ədəbul mufrad 547. Beyhəqi şuabul iman 4340.



https://www.tg-me.com/DIN_NESIHETDIR
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ ۖ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ)

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

[سورة البقرة 186]
əl-Bəqərə 186.
(إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ)

Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.

[سورة البقرة 271]
əl-Bəqərə 271.
(يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ)

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dünya sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.

[سورة لقمان 33]
Loğman 33.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam.” Cənnət dedi: “Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?” Onda ulu və uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm.” Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə əzab verərəm.” Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: “Yetər, yetər!” deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. Qüdrətli və əzəmətli Allah qullarında heç kəsə zülm etməz. Cənnətə gəlincə, qüdrətli və əzəmətli Allah onun (dolması) üçün başqa varlıqlar yaradacaq.”

📚Buxari 4850. Muslim 2846.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Nomən ibn Bəşir (radiyallahu anhu) minbərdə ikən demişdir:

“Şeytanın qur­duğu torlar və tələlər vardır. Onun torları və tələ­ləri: Allahın ne­mət­ləri ilə azğınlıq etmək, Allahın verdiyi şeylə lovğa­lanmaq, Allah bəndələrinə tə­kəbbür göstərmək və Allah rizasını qazanmağa aid olmayan işlərdə nəfsin istəyinə uymaqdır.”

📚Buxari Ərdəbil mufrad 553.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

سورة إبراهيم 34
İbrahim 34.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Fevral ayının 14-15-16. Rəcəb ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ey Əbu Hureyra! Şübhəli şeylərdən çəkin, insanların ən çox ibadət edəni olarsan. Qənaətkar ol, insanların ən çox şükr edəni olarsan. Özün üçün istədiyini, insanlar üçün də istə, mömin olarsan. Sənə qonşu olanlarla yaxşı qonşuluq et, müsəlman olarsan və az gül, çünki çox gülmək qəlbi öldürür!

📚İbn Macə 4217. Tabərani, müsnəduş şamiyyin 385. Albani, sahihul cami 4580. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əsma bint Əbu Bəkr (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Gizlətmə, yoxsa Allah da (verdiyi nemətləri) səndən gizlədər. Bacardığın qədər (malın­dan Allah yolunda) xərclə!”

📚Buxari 1434. Muslim 1029.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/04 01:28:21
Back to Top
HTML Embed Code: