Telegram Web Link
🌟Əbu Səid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Siz özünüzdən əvvəlkilərin yolunu tutub qarış-qarış, addım-addım gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də onların ardınca gedəcəksiniz. Biz dedik; Ey Allahın Rəsulu! Yəhudiləri və xristiyanlarımı (qəsd edirsən)? O dedi: Başqa kim ola bilər ki?!”

📚Buxari 3456. Muslim 2669.



https://www.tg-me.com/DIN_NESIHETDIR
{ "SƏLƏF" nə deməkdir? }

Sələf sözünün mənası "əvvəl gələnlər" deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün "sələf" sayılır. Dində "sələfi saleh" (yəni, əməli saleh əcdadlarımız) dedikdə, Peyğəmbərimizin ﷺ vəsf etdiyi üç ən xeyirli nəsil nəzərdə tutulur: Peyğəmbəri ﷺ görmüş səhabələr (Allah onlardan razı olsun), onlardan sonra gələnlər (tabiinlər) və onlardan (tabiinlərdən) sonra gələnlər.

🗞(Bax: İbn Mənzur: "Lisənu-l-Arab", 6/330; İmam əs-Səffari: "Ləvamir əl-Ənvar əl-Bəhiyə", 1/20).

Özlərini sələfi adlandıranlar, sələfi-salehin yolunu getdiklərini deyirlər. Peyğəmbərimiz ﷺ demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" deyə soruşduqda, o: "Onlar mənim və mənim səhabələrimin yoluna tabe olanlardır".

🗒(Əhməd, 4/102; Əbu Dəvud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcəh, 2/479).

Uca Allah buyurur: "Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur".

🍁(ət-Tövbə, 100).

Allah Rəsulu ﷺ buyurmuşdur: "Ən xeyirli nəsil – mənim nəslimdir. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər". 

🗞(əl-Buxari, 3651; Muslim, 2533).

Həmçinin Uca Allah buyurmuşdur: 
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisə, 115). 

Uca Allah bu ayədə tabe olunması vacib olan yoldan söz açaraq, Peyğəmbərin ﷺ yolunu təqib olunması ilə kifayətlənməyərək, buraya səhabələrin (Allah onlardan razı olsun) yolunu da əlavə etmişdir. Uca Allah buyurur: "..Mənə üz tutanların yolu ilə get!.." (Loğman, 15).

İbn Əbu Cəmra (Allah ona rəhm etsin) belə demişdir: "Alimlər, bu ayələrdə (ən-Nisə, 115; Loğman, 15) söhbətin səhabələrdən və müsəlmanların birinci nəslindən getdiyini bildirmişlər".

📑(Bəhcətun-Nufus", 15).

Həmçinin ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: "Həqiqətən Uca Allah Öz qullarının qəlblərinə baxdı və Muhəmmədin qəlbini ən xeyirli qəlb olaraq seçdi, sonra isə onu Özü üçün rəsul seçdi və Öz risaləsi ilə göndərdi! Muhəmmədin qəlbindən sonra isə, qullarının qəlblərinə baxdı və onun səhabələrinin, bəndələrinin arasında ən xeyirli qəlblərə sahib olduqlarını gördü və onları Öz peyğəmbərinin köməkçiləri etdi!" 

📄(İmam Əhməd, 1/379; əl-Əcurri, 1204). 

Allah Rəsulu ﷺ demişdir:

"Həqiqətən sizdən sonra uzun səbr günləri gələcəkdir və bu şəraitdə olaraq, sizin yolunuzu tutan şəxslər, sizlərdən əlli nəfərin mükafatı ilə mükafatlandırılacaqdır". Səhabələr: "Bəlkə onlardan əlli nəfərin (mükafatı ilə) ?" – deyə soruşdular. Peyğəmbər ﷺ dedi: " Xeyr, məhz sizlərdən! " 

📃(İbn Nəsr "əs-Sunnə", 33; ət-Tabərani "əl-Kəbir" 289).
•••••••••••••••••••••••••••••••••••••••••••
💫Şeyxul İslam İbn Teymiyyə (rahimahullah) demişdir.

“Bəzi sələf alimlərdən rəvayət edildiyinə görə belə demişlər: Uca Allah mələkləri ağıllı amma şəhvətsiz yaratmışdır. Heyvanları isə şəhvətli amma ağılsız yaratmışdır. Adəm oğlunu isə həm ağıl həm də şəhvət duyğusunu vermişdir. Kimin ağlı şəhvətinə qalib gəlirsə mələklərdən daha xeyirli olur. Kimin də şəhvəti ağlına qalib gəlirsə heyvanlardan aşağı olur.”

📚Məcumul Fətəva 15/428-429.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əhli Sünnə vəl-Cəməanın Üzü Qiyamət Günü Ağ Olacaq!


يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوه ٌ...

O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır ...
Ali İmran 106.

İbn Abbas (radiyallahu anhumə) bu ayənin təfsirində belə demişdir:

“Əhli Sünnə vəl-Cəməanın üzü ağaracaq, bidət və firqə əhlinin isə üzü qaralacaq.”

📚Lələkəi, şərh usul etiqad əhli sünnə vəl-cəməa 1/72.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Mart ayının 26-27-28. Şaban ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Əbu Lübəbə ibn Abdul-Munzir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən cümə günü, günlərin ağası və Allah yanında ən əzəmətlisidir. O, Allah yanında Qurban bayramı və Ramazan bayramı günlərindən daha əzəmətlidir. Onda beş xislət vardır: Allah Adəmi o gün yaratdı. Allah Adəmi o gün (Cənnətdən) yerə endirdi. Allah Adəmi o gün öldürdü. O gündə elə bir saat vardır ki, qul Allahdan haram bir şey istəmədiyi müddətcə ona dilədiyi mütləq verilər. Qiyamət o gündə qopacaqdır. Elə bir yaxın olan mələk, göy, yer, küləklər, dağlar və dəniz yoxdur ki, cümə günündən qorxmasınlar.”

📚Əhməd 15548. İbn Macə 1084. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Orucun fərz olmasına Qurandan dəlil! Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur.

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. (Bəlkə təqva sahibi olasız).
Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq-aydın dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

📖 Əl-Bəqara 183-184-185.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ramazan orucunu tutmağa sünnədən dəlil!

🌟Əbu AbdurRahmən ibn Ömər ibn əl-Xattab (radiyallahu anhumə) rəvayət edir ki, mən Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“İslam beş təməl üzərində bina edilib: Allahdan başqa ibadətə layib haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğunu şəhadət gətirmək, Namaz qılmaq, Zəkat vermək, Kəbəni həcc etmək və Ramazan ayında oruc tutmaq.”

📚Buxari 8. Muslim 16.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”- dedi. (Səhabələr) soruşdular: “Ey Allahın Rəsulu! Biz sənin üç dəfə: “Amin!”- dediyini eşitdik”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:

“Birinci pilləyə qalxdıqda Cəbrayıl (aleyhissələm) yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”- dedim.

📚Buxari, ədəbul mufrad 644. Albani səhih liğeyrihi demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ömər ibn Xattab (radiyallahu anhu) belə rəvayət edir:

“Bir dəfə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!” Peyğəmbər buyurdu: “İslam (odur ki,) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!”– dedi. Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(İman odur ki,) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”. Adam: “Doğru söylədin!”– dedi. Sonra soruşdu: “Mənə ehsan haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “(Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür”. Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”. Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət (yerimdəcə) donub qaldım. Sonra Peyğəmbər məndən soruşdu: “Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?” Mən: “Allah və Onun Rəsulu daha yaxşı bilir!”– dedim. Peyğəmbər buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi.”

📚Muslim 8. Əbu Davud 4695. Nəsai 5005.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxıb: “Amin, amin, amin”– dedi. (Səhabələr) soruşdular: “Ey Allahın Rəsulu! Nə üçün belə etdin?” Peyğəmbər dedi:

“Cəbrayıl (aleyhissələm) mənə dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə zəlil olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Ramazana yetişib günahları bağışlanmamış (halda ondan ayrılan) bəndə zəlil olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə zəlil olsun!” Mən də: “Amin!”– dedim.”

📚Buxari, ədəbul mufrad 646. Albani həsən səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
İftar vaxtından əvvəl oruclarını açanların halı belədirsə, onda heç oruc tutmayıb ramazanda gündüzləri yeyib içənlərin halı necə olar?!


🌟Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Mən yatdığım zaman iki adam yanıma gəldi və çiyinlərimdən tutub, çətin bir dağa gətirdilər və “Çıx!” dedilər. “Mənim buna gücüm çatmaz” dedim. “Biz bunu sənin üçün asanlaşdırarıq” dedilər və mən çıxdım. Dağın zirvəsinə gəldikdə, birdən şiddətli səslər eşitdim. “Bu səslər nədir?” dedim. “Bu cəhənnəm əhlinin səsidir” dedilər. Sonra məni apardılar. Bir də ayaqlarından asılmış, yanaqları yarılmış və qanları axan bir camaat gördüm. “Bunlar kimdir?” dedim. “İftar vaxtından əvvəl oruclarını açanlardır, dedilər.”

📚İbn Xuzeymə 1986. İbn Hibban 7491. Albani, səhih tərğib 1005. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər qadın beş namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (zinadan) qoruyarsa və ərinə itaət edərsə, (Qiyamət günü) ona deyilər; “Cənnətin hansı qapısından istəyirsənsə ordan daxil ol.”

📚Əhməd 1664. İbn Hibban 4163. Albani, sahihul cami 660. ((səhih)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
Allah sənə bu il oruc tutmağı nəsib edibsə, bunu layiqincə yerinə yetir!


🌟Talha ibn Ubeydullah (radiyallahu anhu) belə rəvayət edir:

“Bəliyy qəbiləsindən iki kişi Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəldi. İkisinin də islamı qəbul etməkləri bərabər oldu. Bunlardan biri digərindən daha çox çalışqan idi. Bunlardan çox çalışqan olanı döyüşə gedib şəhid edildi. Digəri isə ondan sonra bir il yaşadı. Sonra o da vəfat etdi.” Talha dedi: “Mən yatarkən yuxuda Cənnətin qapısı yanında olduğum sırada bu iki kişi ilə qarşılaşdım. Cənnətdən bir nəfər çıxdı və bu iki kişidən sonradan vəfat edənə (Cənnətə girməsi üçün) izin verdi. Sonra yenə çıxdı və şəhid olan kişiyə (Cənnətə girməsi üçün) izin verdi. Daha sonra o mənim yanıma qayıdıb belə dedi: “Sən geri dön. Çünki sənin Cənnətə girməyinin zamanı hələ çatmadı.” Talha səhəri gün bu yuxunu insanlara danışdı. İnsanlar buna (şəhid olan kişinin digərindən sonra Cənnətə girməsinə) təəccübləndilər. Nəhayət bu xəbər Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) çatdı və ona bu yuxunu danışdılar. O belə buyurdu: “Siz bunun nəyinə təəccüblənirsiz?” Onlar dedilər: “Ey Allahın Rəsulu! Bu yoldaşından daha çox çalışqan idi. Sonra da şəhid edildi. Halbuki o bundan öncə Cənnətə girdi.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “O bundan sonra bir il yaşamadımı?” Onlar dedilər: “Bəli.” O belə buyurdu: “Ramazan ayına yetişib uruc tutdumu və bir ildə bu qədər və bu qədər səcdə etdimi?” Onlar dedilər: “Bəli.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Bu halda ikisinin arasında olan məsafə göy ilə yer arasındakı məsafədən daha uzaqdır.”

📚Əhməd 1403. İbn Macə 3925. İbn Hibban 2982. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Amr ibn Murra əl-Cuhəni (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi:

“Ey Allahın Rəsulu! De görüm, əgər mən, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və həqiqətən, sənin Allahın Rəsulu olduğuna şəhadət gətirsəm, beş namazı qılsam, zəkatı versəm, ramazan orucunu tutsam və gecələrini (təravih) namaz qılsam, mən kimlərdən sayılaram? Peyğəmbər dedi: “Siddiqlərdən və Şəhidlərdən.”

📚İbn Xuzeymə 2212. İbn Hibban 3492. Albani, səhih tərğib 1003. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnətdə Rəyyan adlı bir qapı var. Qiyamət günü həmin qapıdan oruc tutanlar daxil olacaq, onlardan başqa heç kim həmin qapıdan girməyəcək. “Oruc tutanlar hardadır?” – deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kim həmin qapıdan girməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar) bağlanacaq və (bundan sonra) heç kim o qapıdan (Cənnətə) daxil olmayacaq.”

📚Buxari 1896. Muslim 1152. İbn Hibban 3420.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Adəm övladının işlədiyi hər bir həsənətə (yaxşılığa) on mislindən yeddi yüz mislinə, Allah istədiyi saya qədər artırılır. İzzət və Cəlal sahibi Allah buyurur: Yalnız orucdan başqa. Həqiqətən, o Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm. O yeməyini və şəhvətini Mənə görə tərk edib. Oruc tutanın iki sevinci vardır. Orucunu açdığı iftar vaxtında sevinir. Bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir. Oruc tutanın ağzından gələn qoxu, Allah yanında müşk qoxusundan daha gözəldir.”

📚Muslim 1151. İbn Macə 1638.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər böyük günahlardan çəkinərsə, beş vaxt namaz, cümə namazı, növbəti cüməyədək, ramazan orucu, növbəti ramazanadək arada olan günahların kəffarəsidir.”

📚Muslim 233. Tirmizi 214. İbn Hibban 1733.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah bin Amr (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Oruc və Quran Qiyamət günü öz sahiblərinə şəfaət edəcəklər. Oruc deyəcək; Ey Rəbbim! Mən gündüzləri onu yeməkdən (içməkdən) və şəhvətlərdən çəkindirdim, onun üçün olan şəfaətimi qəbul et! Quran deyəcək; Ey Rəbbim! Mən gecələri onu yatmaqdan çəkindirdim, onun üçün olan şəfaətimi qəbul et! Onların ikisidə şəfaətçi olacaqlar.”

📚Əhməd 6626. Hakim 2036. Albani, sahihul cami 3882. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Oruc, (Cəhənnəm atəşindən qoruyan) bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya söysə, qoy iki dəfə: "Mən oruc tutmuşam" desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir.”

📚Buxari 1894. Nəsai 2233.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/05 15:26:59
Back to Top
HTML Embed Code: