Telegram Web Link
🌙SABAH İNŞƏALLAH 1 RAMAZAN

Əziz Müsəlmanlar!

Bu gecə ilk Təravih namazı qılınacaq.
Sabah isə Ramazanın ilk gününün orucudur.
Ramazan ayınız mübarək olsun!!!
🌟Hafsa bint Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim oruca gecədən niyyət etmirsə onun orucu yoxdur.”¹

“Fəcrdən əvvəl oruc tutmağa niyyət etməyənin orucu yoxdur.”²

📚¹Əbu Davud 914. ²Tirmizi 730. Albani, sahihul cami ¹6535, ²6538. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) İftar edərkən belə deyərdi:

«ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللّه»

"Zəhəbəz-zaməu, vabtəllətil uruq, va səbətəl əcru in şəə Allah"

[Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı.]

📚Əbu Davud 2357. Albani, sahihul cami 4678. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Zeyd ibn Xalid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.”

📚Tirmizi 807. İbn Macə 1428. İbn Hibban 3429. Albani, sahihul cami 6415. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Səhur yeməyində bərəkət var. Sizdən biri bir qurtum su içməklə olsa belə, onu tərk etməsin. Çünki Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.”

📚Əhməd 11396. Albani, sahihul cami 3683. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Salman ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən biri oruclu olduğu zaman iftar etdikdə qoy iftarını xurma ilə etsin. Əgər xurma tapmasa, qoy iftarını su ilə etsin. Çünki, su təmizdir.”

📚Əhməd 12676. Tirmizi 694. Albani, sahihul cami 6583. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ümrədə olanlar üçün gözəl fürsət!

🔺Nafilə tavafın fəziləti.

🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Kəbəni yeddi dəfə sayaraq tavaf edər və iki rükət namaz qılarsa, bir kölə azad etmiş kimi savab qazanar. (Tavaf əsnasında) ayağını hər qaldırıb endirdikdə mütləq onun üçün on savab yazılar, on günahı silinər və (Cənnətdə) on dərəcəsi qaldırılar.”

📚Əhməd 4462. Timizi 959. İbn Xuzeymə 2729. Albani, sahihul cami 6380. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim (oruclu olarkən) ədəbsiz danışmağı və yalanı tərk etməzsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Tabərani, mucamus-sağir 472. Albani, səhih tərğib 1080. ((həsən liğeyrihi)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) belə rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi.”

📚Əbu Davud 2356. Tirmizi 696. Albani, silsilə sahiha 2840. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫əl-Beydavi (rahiməhullah) buyurmuşdur:

“Orucun əmr olunmasındakı məqsəd, ac və susuz qalmağın özü deyildir, əksinə şəhvətləri sındırmaq, pislikləri əmr edən nəfsi xatircəm olan nəfsə tabe etdirməkdir. Əgər bu hasil olmazsa, Allah ona qəbul etmə nəzəri ilə baxmaz.”

📚Fəthul-Bari 5/235.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.”

📚İbn Hibban 1770. Albani, sahihul cami 2286. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm.”

📚Tirmizi 2526. İbn Hibban 7387. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazanda edilən ümrə həccə bərabərdir.”¹

“Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.”²

📚¹Buxari 1782. ²Muslim 1256.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Zuhri (rahiməhullah) Ramazan ayı daxil olduqda deyərdi:

“Bu ay Quran oxumaq və yemək yedizdirmək ayıdır.”

📚İbn Racəb, Lətaiful məarif 400.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Nə qədər ki, insanlar iftarı tezləşdirərlər din zahir olacaqdır. Çünki yəhudilər və xristiyanlar gecikdirirlər.”

📚Əbu Davud 2353. Albani, sahihul cami 7689. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Uca Allah Ramazanın hər gündüzü və gecəsində bir qrup insanı cəhənnəmdən azad edir. Həqiqətən, Ramazanın hər gündüzü və gecəsində hər bir müsəlmanın qəbul olunası bir duası var.”

📚Əhməd 7450. Bəzzar 962. Albani, səhihut tərğib 1002. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim (oruclu ikən) yalanı və onunla əməl etməyi və cahilliyi tərk etməzsə, onun yeyib içməsini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Buxari 6057. İbn Hibban 3480.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Oruc tutmaq təkcə yemək və içməyi təkr etməklə olmur. Həqiqətən, oruc tutmaq həm də boş-boş danışmağı və söyüş söyməyi tərk etməklə olur. Əgər biri səni söyərsə və ya sənə qarşı cahillik edərsə, de: Həqiqətən, mən orucam. Həqiqətən, mən orucam.”

📚İbn Xuzeymə 1996. İbn Hibban 3479. Hakim 1570. Albani, səhih tərğib 1082. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əgər böyük günahlardan çəkinərsə, beş vaxt namaz, cümə namazı, növbəti cüməyədək, ramazan orucu, növbəti ramazanadək arada olan günahların kəffarəsidir.”

📚Muslim 233. Tirmizi 214. İbn Hibban 1733.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/02 14:19:10
Back to Top
HTML Embed Code: