Telegram Web Link
💫İbnul Qeyyim (rahiməhullah) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanların ən comərdi idi. Ramazanda daha da comərd olardı, sədəqəni, xeyirxahlığı, Quran oxumağı, namazı, zikri çoxaldar və etikaf edərdi (ibadət etmək üçün məsciddə qalmaq).”

📚Zədul Məad 2/32.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Qədr gecəsini imanla və savabını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar.”

📚Buxari 2014. Muslim 760. Əbu Davud 1372.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Q ə d r S u r ə s i

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işə görə yerə enərlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olar.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Aişə (radiyallahu anhə) buyurur ki, mən dedim: Ey Allahın Rəsulu! De görüm, əgər bilsəm ki, Qədr gecəsidi onda nə deyim?! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: De:

اللَّهُمَّ إِنَّكَ عَفْوٌّ تُحِّبُ الْعَفْوَ فَاعْفُ عَنِّي

Allahummə innəkə afuvvun tuhibbul afva fə'afu anni.

Allahım! Həqiqətən, sən əfv edənsən, əfv etməyi sevirsən məni əfv et!

📚Tirmizi 3513. İbn Macə 3850. Albani, sahihul cami 4423. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Cümə günü həftənin tərəzisidir.
Ramazan ayı ilin tərəzisidir.
Həcc isə ömürün tərəzisidir.”

📚Zədul Məad 1/384.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Vasilə bin əl-Əsq'a (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İbrahimin səhifələri Ramazanın birinici gecəsi nazil olub. Tövrat Ramazanın yeddinci gecəsi nazil olub. İncil Ramazanın on dördüncü gecəsi nazil olub. Zəbur Ramazanın on doqquzuncu gecəsi nazil olub. Quran isə Ramazanın iyirmi beşinci gecəsi nazil olubdur.”

📚Əhməd 16984. Tabərani, mucamul kəbir 185. Beyhəqi, şuabul iman 2053. Albani, sahihul cami 1497. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qədr gecəsinin (əlamətləri) barədə belə demişdir:

“Qədr gecəsi parlaq-işıqlı (nurlu) mülayim olar, nə isti nə də soyuq olar, həmin günün səhəri günəş parlaq olmadan şüasız çıxar.”

📚İbn Xuzeymə 2192. Albani, sahihul cami 5475. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qədr gecəsi iyirmi yeddinci gecə yaxud iyirmi doqquzuncu gecədir. Həqiqətən, həmin gecədə yer üzündə mələklər, xırda daşların sayından daha çox olurlar.”

📚Əhməd 10734. İbn Xuzeymə 2194. Albani, silsilə sahiha 2205. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) fitrə zəkatını bir saa (2 kq) xurma və ya arpa çıxartmağı hər bir müsəlman, qadın və kişiyə, böyük və kiçiyə, azad və qula, fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.”

📚Buxari 1503. Muslim 984. Nəsai 2503.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Fitrə zəkatını oruc tutanın pis və boş-boşuna danışdığı sözlərdən təmizlənməsi və kasıbların yeməsi üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir.”

📚Əbu Davud 1609. İbn Macə 1827. Albani, sahihul cami 3570. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) belə rəvayət edir:

“Biz Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) zamanında ramazan bayramında fitrə zəkatını bir saa (2 kq) yeməkdən çıxarardıq. O zaman bizim yeməyimiz arpa, kişmiş, qurut və xurma idi.”

📚 Buxari 1510. Muslim 985. Əbu Davud 1616.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Ramazan bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
🌟Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.”

📚Muslim 1164. Əbu Davud 2433. Tirmizi 759.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Bişr əl-Həfi (rahiməhullah) belə buyurur:

“Allahın haqqını yalnız ramazanda tanıyan qövm necədə pis bir qövmdür. Həqiqətən, saleh kimsə (təkcə ramazanda deyil) bütün il boyu Allaha ibadət etməyə çalışan kimsədir.”

📚Lətaiful Məarif 222.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Rəcəb (rahiməhullah) belə buyurur:

“Ramazan orucundan sonra, yenidən oruca qayıtmaq, Ramazan orucunun qəbul olmasının əlamətidir. Çünki, Allah bəndənin əməlini qəbul etdikdə, o əməldən sonra ona başqa saleh əməllər etməyə müvəffəq edir.”

📚Lətaiful Məarif 221.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Sovbən (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının bir ay orucu on ayın savabını gətirir və (şəvvalın) altı gün orucu isə iki ayın savabını gətirir ki, bu da bütün ilin orucudur.”

📚İbn Xuzeymə 2115. Albani, səhih tərğib 1007. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bəndə qəbrə qoyulduğu və yol­daşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və hə­min anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəm­məd (salləllahu aleyhi və səlləm) deyilən adam haqqında nə deyə bilərsən?” O deyir: “Mən şa­hid­­lik edi­rəm ki, Mu­həmməd Allahın qulu və el­çisi­dir.” (On­da ona) deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sə­nə Cənnətdə bir yer verdi". Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “O adam hər iki yerini görür. Kafir və ya münafiqə gəl­dik­də isə, (verilən suala o belə) cavab verir: “Bilmirəm, mən insanların de­di­yi­ni deyir­dim.” (On­da ona) deyilir: “Sən (haqqı) başa düşməmisən və (Quran) oxu­mamısan!” Bundan sonra dəmir çəkiclə onun qulaqlarının arasına bir zərbə vu­rulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, yanında­kıların ha­mısı onun səsini eşidir.” 

📚Buxari 1338. Muslim 2870.



https://www.tg-me.com/DIN_NESIHETDIR
*Cümə günü edilən əməllər.*

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Teymiyyə (rahiməhullah) demişdir:

"İxlas yalnız zahidlikdən sonra, zahidlik də yalnız təqvadan sonra hasil olur, təqva isə yaxşılığı əmr edib, pislikdən çəkindirməklə olur."

📚Siyar 1/97.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/02 12:34:36
Back to Top
HTML Embed Code: