Telegram Web Link
Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim üzürsüz səbəbə üç cüməni tərk edərsə, münafiqlərdən yazılar.”

📚Tabərani, mucamul kəbir 422. Albani, sahihul cami 6144. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu:

“Ey Allahın Rəsulu! Bir kişi aşura orucunu tutarsa onun savabı nədir?” O belə buyurdu: “Bu bir il oruca bərabərdir.”

📚İbn Hibban 3631. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum və rahmətullahi və bərakətuh.

7 Avqust məhərrəm ayının 9 günüdür (təəsua). 8 Avqust isə məhərrəm ayının 10 günüdür (aşura). Bu günlərdə oruc tutmaq sünnədir!
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutub, insanlara da bunu əmr edəndə dedilər: “Ey Allahın Rəsulu! Bu, yəhudi və nəsranilərin əzəmətləşdirdiyi gündür.” Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: “İnşəAllah gələn il olsa, doqquzuncu günü oruc tutarıq”. Lakin gələn il gəlmədən Allah Rəsulu (salləllahu aleyhi və səlləm) vəfat etdi.”

📚Muslim 1134. Əbu Davud 2445.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allahın razılığını qazanmaq üçün Lə iləhə illəllah desə son sözü bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün oruc tutsa son əməli bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün sədəqə versə son əməli bununla bitərsə, Cənnətə girər.”

📚Əhməd 22813. Albani, səhih tərğib 985. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Aşura gününün orucu Allahdan gözləyirəm ki, keçən bir ilin günahlarına kəffarə olsun.”

📚Muslim 1162. Tirmizi 752. İbn Macə 1424.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Ən yaxşı oruc tutanlar, oruc olduqları zaman Allahı ən çox zikr edənlərdir.”

📚əl-Vabilus-Seyyib 153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ ۚ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَهُوَ الْغَفُورُ الرَّحِيم

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

سورة يونس 107
Yunus 107.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Avqust ayının 11-12-13. Məhərrəm ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Amr bin Şurahbil (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər aydan üç gün oruc tutmaq, Qəlbin sərtliyi (kin-küdurətini, qəzəbini) aparır.”

📚Əhməd 20738. Nəsai 2385. Albani, sahihul cami 2608.((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Təqvanın səmərəsi

(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا)
(وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ)
(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا)
(وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا)

Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.
Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

[سورة الطلاق ٢-٣-٤-٥]
ət-Talaq 2-3-4-5.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Döymə edənə və etdirənə, qaşlarını alana və aldırana, gözəllik üçün dişlərinin arasını ayırana, Allahın yaratdığını dəyişənlərə Allah lənət etmişdir.”

📚Buxari 4886. Muslim 2125.



https://www.tg-me.com/DIN_NESIHETDIR
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Rəhimli Mərhəmətli Allahın adı ilə

أَلْهَاكُمُ التَّكَاثُرُ
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ
Hətta qəbirləri ziyarət etdiniz.
كَلَّا سَوْفَ تَعْلَمُونَ
Xeyr! Siz aqibətinizi mütləq biləcəksiniz!
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
Xeyr, xeyr! Siz aqibətinizi tezliklə biləcəksiniz!
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ
Xeyr! Kaş ki, yəqin biləydiniz.
لَتَرَوُنَّ الْجَحِيمَ
Siz Cəhənnəmi mütləq görəcəksiniz!
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ
Siz onu öz gözünüzlə mütləq görəcəksiniz!
ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ
Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsız!
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanı­na gəlib dedi: "Ey Allahın Rəsulu, savabı ən böyük olan sədəqə hansıdır?" Peyğəmbər belə buyurdu:

“Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan qorxduğun və varla­nacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də "filankəsə bu qədər, filankəsə də bu qədər verin" deyə vəsiyyət edəcəyin günə saxlama. Çünki həmin vaxt mal-dövlətin baş­qalarına miras qala­caq.”

📚Buxari 1419. Muslim 1032.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona urcah edərik və o da ona yoldaş olar.

[سورة الزخرف 36]
əz-Zuxruf 36.
💫İbn Teymiyyə (rahiməhullah) demişdir:

Kim itaətkarların dərəcəsinə çatmaq və xeyirlilərə oxşamaq istəyirsə, qoy hər üzünə doğan günü insanlara fayda verməyi niyyət etsin.

📚İmanul-ovsat 609.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Qiyamət günü bəndənin nemətlərdən ilk soruşulacağı: "Sənin bədənini sağlam etmədikmi və sənə sərin su içirmədikmi?" - deyilməsidir.”

📚Tirmizi 3358. Tabərani, mucamul kəbir 12289. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İki nemət vardır ki, insanların çoxu onları layiqincə dəyərləndirmir: Sağlamlıq və boş vaxt.”

📚Buxari 6412. Tirmizi 2304.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həlakedici yeddi günahdan çəkinin! Soruşdular: “Ey Allahın Rəsulu, onlar hansılardır?” Peyğəmbər buyurdu: “Allaha şərik qoşmaq, sehirbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, yetimin malını yemək, sələm yemək, döyüş meydanından qaçmaq, və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək.”

📚Buxari 2766. Muslim 89.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 06:19:56
Back to Top
HTML Embed Code: