Telegram Web Link
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsində kölgələndirəcəkdir. Ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah üçün sevən, Onun yolunda birləşib və Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda; "Mən Allahdan qorxuram" deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi.”

📚Buxari 660. Muslim 1031. Nəsai 5395.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qiyamət günü cəhənnəmdən bir qrup varlıq çıxacaq, onun görən iki gözü eşidən iki qulağı və danışan bir dili olacaq və belə deyəcək: “Mən üç adama vəkil təyin edildim; Hər bir inadkar təkəbbürlüyə, hər bir Allahla yanaşı başqa bir ilaha ibadət edənə və hər bir şəkil çəkənə.”

📚Əhməd 8430. Tirmizi 2574. Albani, silsilə sahiha 512. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü imam xütbə verərkən öz yoldaşına "Sus" desən, artıq pis hərəkət etmiş sayılarsan.”

📚Buxari 934. Muslim 851.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Malik əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd şey vardır ki, onları tərk etməzlər: Nəsl-nəcabəti ilə öyünmək, nəsəblərə tənə etmək, ulduzlardan yağış diləmək və ağı demək. Sonra isə belə buyurdu: “Meyit üçün ağı deyib ağlayan, ölməzdən qabaq tövbə etməzsə, qiyamət günü (qəbrindən) qalxdığı vaxt, əynində qətrandan şalvar, qoturdan isə köynək olacaq.”

📚Əhməd 22903. Muslim 934.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Talq ibn Həbib (rahiməhullah) “təqva” (qorxmaq) kəlməsinə belə tərif vermişdir:

“Təq­va: Allahın nuru üzərində (Kitab və Sünnəyə uyğun), savabını da Allahdan umaraq, Allaha itaət etmək və Allahın nuru üzərində, Allahın əzabından qorxaraq Allaha asi olan işlər­dən çəkinməkdir.”

📚Musən­nəf ibn Əbi Şeybə 30993.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Zənnə qapanmaqdan çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizin eybini axtarmayın, cəsusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!”

📚Buxari 6066. Muslim 2563.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah belə buyurdu:

“Mənim xatirimə bir-birini sevənlərə Mənim sev­­gim vacib oldu. Mənim xatirimə bir-biri ilə əlaqə saxlayanlara Mənim sevgim vacib ol­du. Mənim xatirimə bir-birinə nəsihət edənlərə Mənim sevgim vacib oldu. Mənim xati­ri­mə bir-birini ziyarət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-bi­rinə yax­şılıq edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər Qiyamət gü­nü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər on­lara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər.”

📚Əhməd 22002. Albani, sahihul cami 4321. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Həsən əl-Basri (rahiməhullah) buyurur:

“Şirinliyi üç şeydə axtarın; Namazda, Zikirdə, Quran oxumaqda. Əgər bunlarda tapsanız (şirinliyi tapmısız), yox əgər tapmasaz bilinki qapı üzünüzə bağlıdır.”

📚Təhzib mədəricis-səlikin 463.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا)

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

[سورة اﻹسراء 37]
Əl-İsra 37.
*Cümə günü edilən əməllər.*

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

سورة الفرقان 77
əl-Furqan 77.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdular:

“Cənnətə girməyə daha çox səbəb olan nədir?” O, buyurdu: “Allah qorxusu (təqva) və gözəl əxlaq!” Yenə soruşdular: “Bəs Cəhənnəm oduna girməyə daha çox səbəb olan nədir?” O, buyurdu: “İki boşluq; cinsiyyət üzvü və ağız”.

📚Tirmizi 2004. İbn Macə 4246. Albani, səhih tərğib 2642. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə idim. Ənsarlardan bir kişi gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verdi sonra dedi: Ey Allahın Rəsulu! Hansı Mömin daha üstündür? O dedi: Əxlaqı ən gözəl olanı. O dedi: Hansı mömin daha ağıllıdır? O dedi: Ölümü ən çox xatırlayanı və ölümdən sonrakı (həyatı) üçün ən gözəl şəkildə hazırlananıdır. Onlar ən ağıllı olanlarıdır.”

📚İbn Macə 4259. Hakim 8743. Albani, səhih tərğib 3335. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Birinci və Dördüncü günlər oruc tutmağın fəziləti.


🌟Aişə (radiyallahu anhə) buyurur:

“Allah Rəsulu (sallallahu aleyhi va səlləm) Bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox diqqət göstərərdi.”

📚Nəsai 2360. Albani, sahih tərğib 1044. ((səhih)).

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əməllər bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur. Mən oruclu olduğum halda əməlimin ərz olunmasını istəyirəm.”

📚Tirmizi 747. Albani, sahihul cami 2959. ((səhih)).

🌟Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Allahın Peyğəmbəri (sallallahu aleyhi və səlləm) bazar ertəsi və cümə axşamı oruc tutardı. Bu barədə soruşuldu. O belə buyurdu:

“Həqiqətən, bəndələrin əməlləri bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur.”

📚Əbu Davud 2436. Albani, sahihul cami 1570. ((səhih)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Sentyabr ayının 9-10-11. Səfər ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim beş əməli bir gündə edərsə, Allah onu Cənnət əhlindən yazar. Xəstə ziyarəti edər, cənazədə iştirak edər, oruc tutar, cüməyə gedər və qul azad edər.”

📚İbn Hibban 2771. Albani, səhih tərğib 3470. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qeybət nədir, bilirsinizmi?” Dedilər: “Allah və Rəsulu daha yaxşı bilir.” Peyğəmbər buyurdu: “Qardaşını xoşlamadığı bir şeylə zikr etməndir.” Dedilər: “Əgər söylədiklərim onda varsa necə?” Peyğəmbər buyurdu: “Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) atmış olursan.”

📚Muslim 2589. Əbu Davud 4874. Tirmizi 1934.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Üseyd əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) məscidin xaricində ikən belə dediyini eşitmişdir:

“Yolda kişilərlə qadınlar bir-birinə qarışmışdılar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qadınlara dedi: “Geri çəkilin! Siz yolun ortası ilə getməli deyilsiniz. Siz yolun kənarı ilə getməlisiniz.” (Bundan sonra) Qadın divara sürtünərək gedirdi. Hətta divara sürtünərək getdiyinə görə paltarları divara yapışırdı.”

📚Əbu Davud 5272. Tabərani, mucamul kəbir 580. əş-Şaşi, müsnəd 1515. Albani, silsilə sahiha 856. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ)

O kəslərə ki, Allah anıldığı zaman qəlbləri (qorxudan) titrəyər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.

[سورة الحج 35]
əl-Həcc 35.
2024/10/03 04:31:44
Back to Top
HTML Embed Code: