Telegram Web Link
Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç şey Peyğəmbərliyin əxlaqındandır! İftarı tezləşdirmək, Səhuru gecikdirmək və Namazda sağ əli sol əlin üstə qoymaq.”

📚Heysəmi 2/108. Albani, sahihul cami 3038. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Xurma möminin ən gözəl səhur yeməyidir.”

📚Əbu Davud 2345. İbn Hibban 3475. Albani, səhih tərğib 1072. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Cabir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, hər iftar vaxtında Allah tərəfindən (Cəhənnəm atəşindən) azad edilənlər vardır. Bu (ramazanın) hər gecəsində olur.”

📚İbn Macə 1643. Albani həsən səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Səhur yeməyində bərəkət var. Sizdən biri bir qurtum su içməklə olsa belə, onu tərk etməsin. Çünki Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.”

📚Əhməd 11396. Albani, sahihul cami 3683. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Zubeyr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər hansı bir evdə iftar edirdisə (ev sahibi üçün) dua edərdi:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ ، وَأَكَلَ طَعَامَكُمُ الأَبْرَارُ ، وَصَلَّتْ عَلَيْكُمُ الْمَلائِكَةُ .

Əftara indəkumus-saimun, va əkələ təaməkumul-əbrar, va sallət aleykumul-mələikə.

Oruc tutanlar sizdə iftar açsın, yeməyinizi yaxşı adamlar yesin, mələklər də sizin üçün dua etsin!

📚 Əbu Davud 3854. İbn Macə 1429. İbn Hibban 5296. Albani, sahihul cami 4677. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim imam namazı bitirib gedənə kimi onunla namaz (təravih) qılarsa bütün gecəni namaz qılmış (savabı) yazılar.”

📚Əbu Davud 1375. Tirmizi 806. Albani, sahihul cami 2417. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Salman ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən biri oruclu olduğu zaman iftar etdikdə qoy iftarını xurma ilə etsin. Əgər xurma tapmasa, qoy iftarını su ilə etsin. Çünki, su təmizdir.”

📚Əhməd 12676. Tirmizi 694. Albani, sahihul cami 6583. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Zuhri (rahiməhullah) Ramazan ayı daxil olduqda deyərdi:

“Bu ay Quran oxumaq və yemək yedizdirmək ayıdır.”

📚İbn Racəb, Lətaiful məarif 400.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Nə qədər ki, insanlar iftarı tezləşdirərlər din zahir olacaqdır. Çünki yəhudilər və xristiyanlar gecikdirirlər.”

📚Əbu Davud 2353. Albani, sahihul cami 7689. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir qurtum su ilə olsa belə səhur edin.”

📚İbn Hibban 3476. Albani, səhih tərğib 1071. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Kəab (radiyallahu anhu) demişdir:

“Cümə günü verilən sədəqənin savabı qat-qat artıqdır.”¹

“Cümə günü sədəqə vermək başqa günlərdə sədəqə verməkdən daha fəzilətlidir.”²

📚¹İbn Əbi Şeybə, musannəf 5513. ²Abdurrazzaq əs-Sənani, musannəf 5558. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazanda edilən ümrə həccə bərabərdir.”¹

“Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.”²

📚¹Buxari 1782. ²Muslim 1256.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs (radiyallahu anhu) Zeyd ibn Sabitin (radiyallahu anhu) belə dediyini rəvayət edir:

“Biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə səhur etdik, sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) birbaşa namaza getdi. (Ənəs) Mən ondan soruşdum ki, bəs azanla səhur arasında nə qədər vaxt keçdi? (Zeyd) dedi: Əlli ayə oxunan qədər.”

📚Buxari 1921. Muslim 1097. Tirmizi 703.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Əbu Bəkr ibn əbi Məryəm (rahiməhullah) şeyxlərindən rəvayət edərək deyir ki, onlar deyərdilər:

“Ramazan ayı gəldiyində, bu ayda sədəqə verməyi çoxaldın! Çünki bu ayda verilən sədəqə Allah yolunda xərclənən sədəqə kimi qat-qat artırılar. Bu ayda edilən təsbih (SubhənAllah demək) digər aylarda edilən təsbihdən min dəfə daha fəzilətlidir.”

📚İbn Racəb, lətaiful məarif 357.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) buyurmuşdur:

“Ramazan ayında fəqirlərə yemək ilə yardım etmək, İslamın sünnələrindəndir.”

📚Məcmu əl-Fətəva 25/298.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.”

📚İbn Hibban 1770. Albani, sahihul cami 2286. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cənnətin səkkiz qapısı vardır. O qapılardan birinin adı Reyyandır. O qapıdan yalnız oruc tutanlar girər.”

📚Buxari 3257. Beyhəqi 7865.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Səhl ibn Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İnsanlar iftarı tezləşdirdikləri müddətdə, xeyir içində olacaqlar.”

📚Buxari 1957. Muslim 1098.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Ən yaxşı oruc tutanlar, oruc olduqları zaman Allahı ən çox zikr edənlərdir.”

📚əl-Vabilus-Seyyib 153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 21:29:05
Back to Top
HTML Embed Code: