Telegram Web Link
Ümrədə olanlar üçün gözəl fürsət!

🔺Nafilə tavafın fəziləti.

🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Kəbəni yeddi dəfə sayaraq tavaf edər və iki rükət namaz qılarsa, bir kölə azad etmiş kimi savab qazanar. (Tavaf əsnasında) ayağını hər qaldırıb endirdikdə mütləq onun üçün on savab yazılar, on günahı silinər və (Cənnətdə) on dərəcəsi qaldırılar.”

📚Əhməd 4462. Timizi 959. İbn Xuzeymə 2729. Albani, sahihul cami 6380. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Uca Allah Ramazanın hər gündüzü və gecəsində bir qrup insanı cəhənnəmdən azad edir. Həqiqətən, Ramazanın hər gündüzü və gecəsində hər bir müsəlmanın qəbul olunası bir duası var.”

📚Əhməd 7450. Bəzzar 962. Albani, səhihut tərğib 1002. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Amr ibn əl-As (radiyallahu anhu) rəvayər edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bizim orucumuzla əhli-kitabın orucu arasında olan fərq, səhur yeməyidir.”

📚Muslim 1096. Əbu Davud 2343. İbn Hibban 3477.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç dua müstəcəbdir: Oruclunun duası, məzlumun duası və müsafirin duası.”

📚Beyhəqi, şuabul iman 3318. Albani, sahihul cami 3030. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən kim bu gün oruc tutub? Əbu Bəkr dedi: mən. Peyğəmbər buyurdu: Sizdən kim bu gün cənazənin arxasınca gedib? Əbu Bəkr dedi: mən. Peyğəmbər buyurdu: Sizdən kim bu gün bir yoxsulu yedirib? Əbu Bəkr dedi: mən. Peyğəmbər buyurdu: Sizdən kim bu gün xəstə ziyarət edib? Əbu Bəkr dedi: mən. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu xislətlər kimdə cəm olarsa, mütləq Cənnətə girər.”

📚Muslim 1028. İbn Xuzeymə 1994.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İftarı tezləşdirin səhuru isə gecikdirin.”

📚Tabərani, mucamul kəbir 21513. Albani, sahihul cami 2835. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İnsanlar iftarı tezləşdirdiyi müddətdə xeyr içində olarlar. İftarı tezləşdirin. Çünki yəhudi və xristiyanlar gecikdirirlər.”

📚İbn Macə 1698. Albani, səhih tərğib 1075. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sizdən kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın.”

📚Əbu Davud 2350. Albani, silsilə sahiha 1394. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim (oruclu olarkən) ədəbsiz danışmağı və yalanı tərk etməzsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Tabərani, mucamus-sağir 472. Albani, səhih tərğib 1080. ((həsən liğeyrihi)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Forwarded from İSLAM VƏ ELM
Səhl bin Səad (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ümmətim iftarda ulduzları gözləmədiyi müddətcə sünnəm üzərində olarlar.”

📚İbn Xuzeymə 2061. İbn Hibban 3510. Albani, səhih tərğib 1074. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Qədr gecəsini Ramazan ayının son on gününün tək gecələrində axtarın.”

📚Buxari 2017. Muslim 1169. Tirmizi 792.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Q ə d r S u r ə s i

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işə görə yerə enərlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olar.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Aişə (radiyallahu anhə) buyurur ki, mən dedim: Ey Allahın Rəsulu! De görüm, əgər bilsəm ki, Qədr gecəsidi onda nə deyim?! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: De:

اللَّهُمَّ إِنَّكَ عَفْوٌّ تُحِّبُ الْعَفْوَ فَاعْفُ عَنِّي

Allahummə innəkə afuvvun tuhibbul afva fə'afu anni.

Allahım! Həqiqətən, sən əfv edənsən, əfv etməyi sevirsən məni əfv et!

📚Tirmizi 3513. İbn Macə 3850. Albani, sahihul cami 4423. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) belə rəvayət edir:

“(Ramazanın) axır on günü girdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belbağını bərk-bərk bağlayardı (canla-başla ibadət etməyə ciddi hazırlıq görərdi) və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).”

📚Buxari 2024. Muslim 1174.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Qədr gecəsini imanla və savabını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar.”

📚Buxari 2014. Muslim 760. Əbu Davud 1372.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qədr gecəsi parlaq gecədir, nə isti nə də soyuq olur. O gecədə ulduz atılmaz. O gecənin gündüzünün əlaməti isə günəş şüasız çıxar.”

📚Tabərani, mucamul kəbir 17605. Albani, sahihul cami 5472. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul-Qeyyim (rahiməhullah) demişdir:

“Ramazanın son on gecəsi zulhiccənin ilk on gecəsindən daha fəzilətlidir, zulhiccənin ilk on gündüzü isə, ramazanın son on gündüzündən daha fəzilətlidir. Ramazanın son on gecəsi qədr gecəsinə görə fəzilətli edilib. Zulhiccənin ilk on gündüzü isə, qurban günü, ərəfə günü və tərviyə gününə (zilhiccənin səkkizi) görə fəzilətli edilib”.

📚Zədul-məad 1/57.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) buyurur: Ramazan ayı yetişdikdə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi:

“Həqiqətən, bu ay (Ramazan) artıq gəlib çatıb, onda min aydan xeyirli bir gecə vardır. Kim ondan məhrum olarsa, artıq xeyrin hamısından məhrum olmuşdur. Onun xeyrindən yalnız məhrum olmuş kimsə məhrum olar.”

📚İbn Macə 1644. Albani, sahihul cami 2247. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Vasilə bin əl-Əsq'a (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İbrahimin səhifələri Ramazanın birinici gecəsi nazil olub. Tövrat Ramazanın yeddinci gecəsi nazil olub. İncil Ramazanın on dördüncü gecəsi nazil olub. Zəbur Ramazanın on doqquzuncu gecəsi nazil olub. Quran isə Ramazanın iyirmi beşinci gecəsi nazil olubdur.”

📚Əhməd 16984. Tabərani, mucamul kəbir 185. Beyhəqi, şuabul iman 2053. Albani, sahihul cami 1497. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/03 19:22:28
Back to Top
HTML Embed Code: